Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Vətən Müharibəsi iştirakçıları Xocalı məktəbliləri ilə görüşüb

       Vətən Müharibəsinin birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər planına uyğun olaraq 29 oktyabr tarixdə Vətən Müharibəsi iştirakçılarının Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri ilə görüşü təşkil edildi. 

        Görüşdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, şəhid Xəqani Nəsirovun atası Kamran Nəsirov, şəhid Sənan Miriyevin atası Arif Miriyev, Vətən Müharibəsi qaziləri Əli Hümbətov, İmran Rəcəbov, Rüfət Novruzov və məktəb şagirdləri iştirak etdilər. 

        Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladları bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva II Qarabağ Müharibəsində Müzəffər Ordumuzun əldə etdiyi şanlı qələbədən danışdı. Məktəblilərə yaxşı təhsil almaları ilə yanaşı, vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyini qeyd edən Lamiyə Qarayeva təşkil edilən bu görüşün məqsədinin məhz şagirdlərin milli ruhda tərbiyə olunmasına bir daha töhfə vermək və 44 günlük haqq savaşımızda Böyük Zəfərimizi təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırdı. 

        Sonra qonaqlar çıxış edərək şagirdlərə müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən, xalqımızın ordumuza verdiyi dəstəkdən danışdılar. Çıxışlarda qeyd edildi ki, məktəblilər Vətən Müharibəsində yazılan Zəfər tariximizi qürur və fəxr hissi ilə dərindən öyrənməli, bu şanlı qələbədə imzası olan qəhrəman oğulları yaxşı tanımalı, onları özlərinə nümunə götürməlidirlər. 

        Şəhid atası Kamran Nəsirov qürurlu və kövrək hisslərlə çıxış edərək şagirdlərimizə şəhidlərimizin indiki və gələcək nəsillərin gözəl gələcəyi üçün döyüşdüklərini, canlarını fəda etdiklərini bildirdi. 

        Xocalı rayon məktəblərində şagirdlərin yaxşı təhsil almalarına diqqət yetirildiyi kimi, vətənpərvər ruhda tərbiyə olunmaları üçün də daim tədbirlər görüldüyünü qeyd edən rayon təhsil şöbəsinin müdiri Şakir Əliyev bildirdi ki, Vətənin müdafiəsi bu gün yetişən, böyüyən, hərbi xidmətə qədəm qoyan gənclərimizin üzərinə düşüb. Həqiqətən, ölkəmizdə təhsil sahəsi vətənpərvərlik əhval-ruhiyyəsinin, milli-mənəvi ruhumuzun inkişafına düzgün istiqamət verib ki, gənclərimiz topraqlarımızın azadlığı uğrunda qorxmadan irəli atıldılar. 

        Sonda şagirdlər öz ürək sözlərini bölüşərək qəhrəman Azərbaycan əsgərlərinə minnətdarlıqlarını bildirdilər.

       

       













Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi