Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xalqa bağışlanan ömür

 


        Azərbaycanda XX əsrin 90-cı illərində müstəqilliyə gedən yol çox da asan olmadı. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü Azərbaycan xalqını qardaş qırğınına qədər gətirib çıxartdı. 

1993-cü ildə xalqın təkidi və tələbi ilə Naxçıvandan Bakıya gələn ümummilli lider Heydər Əliyev ölkəni parçalanmaqdan və milli qırğından xilas etdi. 3 oktyabr 1993-cü ildə xalqın yüksək səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada öz siyasi nüfuzuna sahib çıxdı. İlkin mərhələdə ölkə daxilində aparılan islahatlar əhalinin məşğulluq məsələsini, ərzaq çatışmazlığı problemini həll etdi. Bununla yanaşı, xarici dövlətlərlə siyasi əlaqələrlə bərabər iqtisadi, mədəni əlaqələrin qurulması təmin edildi. Aəzrbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edəcək neft və qaz müqavilələrinin bağlanması xalqın maddi rifah halının yüksəldilməsinə səbəb oldu.

Ümummilli lider təhsil sahəsinin inkişafına, ordu quruculuğuna xüsusi önəm verdi. Xarici ölkələrdə yaşayan həmvətənlərimiz arasından olan elm adamlarını və hərbçiləri ölkəyə dəvət etməsi elmin və hərbi sahənin inkişafına böyük təkan verdi. Xarici dövlətlərdə, beynəlxalq təşkilatlarda keçirilən görüşlərdə olarkən Ümummilli Liderin mütləq qarabağ məsələsini önə çəkməsi bu günkü hərbi və siyasi qələbəmizin qazanılmasında böyük rol oynadı.

        Azərbaycan xalqı öz xilaskarını əsrlər boyu unutmayacaq, onu xatirəsini daim əziz tutacaq. 

Aydın HƏSƏNOV,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi