Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Laçın rayonu işğaldan əvvəl, işğal dövründə və işğaldan sonra

         1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon — Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

        Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970–1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.1922-ci ilin 18 mayında Ermənistan tərəfindən işğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

        Laçın əhalisinin milli tərkibi 2009-cu il əhalinin siyahıya alınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycan türkləri, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

        2021 –ci il 10 dekabr Kapitulyasiya aktı 44 günlük müharibənin qalibi kimi Ermənistan Baş Naziri və Azərbaycan Prezidenti Rusiya Prezidentinin vasitəçiliyi ilə üçtərəfli bəyanata əsasən Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir.Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi. Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Prezident İlham Əliyev Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətində demişdir: Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir.Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

        Laçın bizimdir! Qarabağ Azərbaycandır!

         Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən bir gün sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Laçının da bəzi kəndlərinin işğaldan azad olunduğunu açıqladı. Bunlar Qubadlıya yaxın olan Güləbird, Səfiyan və Türklər kəndləri idi. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonumuzdan biridir. Ərazisinin böyüklüyünə görə, Kəlbəcərdən sonra ikinci böyük rayonumuzdur. Bu rayonun ərazisində 1 şəhər, 1 qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd olduğunu və Laçının qərbdən Ermənistanla sərhəddə yerləşdiyini nəzərə alsaq, bu torpaqların işğaldan azad olunması üçün kifayət qədər insan itkisi qaçılmaz olmayacaqdı. Beləliklə, 10 noyabr Birgə Bəyanatına əsasən nəzərdə tutulmuş üç rayonun Azərbaycana təhvil verilməsi prosesi uğurla başa çatdırıldı. İndi Qarabağ bölgəsində Azərbaycan Ordusu, erməni əhalisinin yaşadığı Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlıları, həmçinin Birgə Monitorinq Mərkəzində xidmət edəcək Türkiyə hərbçiləri qulluq edəcək. Azərbaycanda artıq bugündən yeni dövr başlayır. Bu, quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrüdür. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərərək, dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək.

Rövşən Atakişiyev,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi