Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

SHXÇDX-nin Xocalı rayon bölməsinin təşkilatçılığı ilə "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" adlı tədbir keçirildi

        Noyabr ayının 5-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" devizi altında tədbir keçirilmişdir. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, SHXÇDX-nin Xocalı rayon bölməsinin, Xocalı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər və rayon gəncləri iştirak etdilər. 

        Tədbir iştirakçıları əvvəlcə "Heydər Parkı"nda ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər, Ulu öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədilər. 

    Sonra Aşağı Ağcakənd qəsəbəsinin girəcəyində şəhidlərimizin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi ziyarət edildi.














Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi