Xocalı rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına uyğun olaraq Zəfər Günü münasibətilə rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Zəfər Günü münasibətilə xalqımızın 44 günlük müharibədə qazandığı şanlı qələbəninin şagirdlər tərəfindən daha dərindən öyrənilməsi məqsədilə Vətən Müharibəsi iştirakçılarının Xocalı məktəbliləri ilə görüşləri təşkil edilir.
Noyabr ayının 1-də Xocalı rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid
ailələri ilə işin təşkili şöbəsinin təşkilatçılığı ilə Xocalı rayon Xankəndi şəhər
Natiq Şahmuradov adına 6 mömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin, Xocalı
rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin şagirdləri ilə Vətən
Müharibəsi iştirakçılarının görüşü keçirilmişdir.
Tədbir işrirakçıları
məktəblilərin məskunlaşdıqları ərazilərdə ucaldılmış Xocalı soyqırımı abidələrini,
həmçinin Gəncə şəhərində ermənilərin atdığı raketlər nəticəsində dağıdılmış
yaşayış yerini ziyarət edərək şəhid olan mülki insanların xatirə lövhəsinin
önünə qərənfillər düzdülər.
Məktəblilərlə görüşlər zamanı əvvəlcə
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin
ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən Xocalı rayon İcra Hakimiyyəti
Aparatında Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar
Quliyev, Vətən Müharibəsi iştirakçıları, Xocalı rayon İHB-nın Kosalar kənd
İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın sədri Qalib Quliyev, məktəb rəhbərlikləri çıxış edərək Müzəffər
Ordumuzun xilaskar missiyasından danışdılar. Çıxışlarda düşmən üzərində əldə
etdiyimiz qələbədə arxa cəbhəmizin fədakarlıqlarından, xalqımızın ordumuza
verdiyi dəstəkdən danışıldı. Qeyd edildi ki, Ali Baş Komandanımızın “dəmir
yumruğ”u, Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi sayəsində haqq savaşımızda düşmənə
layiqli dərs verilərək diz çökdürüldü.
“Cəsur döyüşçü” medalı ilə təltif edilmiş qazimiz İmran
Rəcəbovun öz döyüş yolundan söhbəti şagirdlərin vətənpərvərlik ruhunu yüksəltdi.
Talış və Suqovuşan uğrunda gedən döyüşlərin cəngavəri hələ 2017-ci ildə üç erməni
quldurunu necə cəhənnəmə vasil etməsi hadisəsini danışarkən şagirdlərimiz böyük
maraqla dinlədilər.
Məktəb şagirdləri Vətən Müharibəsini tərənnüm edən
çəkdikləri rəsm əsərlərini, Üçrəngli Bayrağımızı əllərində saxlayaraq döyüşçülərimizi,
qazilərimizi dinlədilər. Şagirdlər səhnəciklər nümayiş etdirərək, vətənpərvər
ruhda yazılmış şeirlər səsləndirərək tədbir iştirakçılarının qələbə əhval-ruhiyyəsini
daha da artırdılar.
Görüşlərin sonunda məktəblilər Vətən Müharibəsi
iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər. Görüş xoş təəssüratlarla
yekunlaşdı.