Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Zəfər Günü ilə Bayraq Günümüzün 8-9 noyabr tarixlərinə düşməsi xalqımızın sevincinə sevinc qatır

  
        Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır, 1991-ci ildən müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir.

         Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

        2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanında qurulmuş, 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

        Azərbaycan Bayrağının daim yüksəklərdə dalğalanması hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.44 günlük vətən müharibəsində də ölkədə demək olar ki, bütün evlərin bayrağa bürünməsi xalqımızın bayrağa olan böyük sevgisinin göstəricisidir. 29 il sonra bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda, Azərbaycanın mədəniyyət ocağı olan Şuşada dalğalanması xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Zəfər Günü ilə Bayraq Günümüzün 8-9 noyabr tarixlərinə düşməsi xalqımızın sevincinə sevinc qatır.

 Əminə Əliyeva,

Xocalı rayon Kosalar kənd tam orta məktəbin

riyaziyyat müəllimi


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi