Xocalılar Zəfər Günü ilə əlaqədar avtoyürüş təşkil etdilər

         

        Zəfər Gününün ildönümü ilə əlaqədar olaraq rayonumuzda keçirilən silsilə Tədbirlər Planına uyğun olaraq xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində avtoyürüş təşkil edildi. Avtoyürüş rayon icra hakimiyyəti qarşısından başayaraq qəsəbənin girəcəyində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidə-bulağın qarşısında dayandı.

         Abidə-bulağın qarşısında toplanan tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

         Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva çıxış edərək Şanlı Zəfər salnaməmizi yazan şəhidlərimizə Allahdan rəhmət dilədi, qazilərimizə, döyüşçülərimizə cansağlığı arzuladı. Xalqımızın Ordumuza, Cənab Prezidentimizə dəstəyi nəticəsində bu qələbəni əldə etdiyimizi dedi. Ali Baş Komandan İlham Əliyevin diplomatikvə hərbi sahədə göstərdiyi şücaətə, mətinliyə görə 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdiyimizi vurğuladı. Bildirdi ki, nəyi, nə zaman etdiyini bilən ölkə başçımız sübut etdi ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısıdır. Prezident İlham Əliyev qələbəmizin təmin olunması üçün zəmin hazırlayırdı. Beynəlxalq təşkilatlar erməni işğalına göz yumaraq münaqişənin dondurulmasına çalışırdı. Hər zaman müharibə yolu ilə torpaqlarımızın işğaldan azad olunmasına qadir olan dövlətimiz münaqişənin hüquq müstəvisi çərçivəsində həll olunmasını istəyirdi. Bu haqsızlığa dözməyən xalqımız həmrəy olaraq 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etdi.

        Daha sonra tədbirdə çıxış edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, Xocalı rayon 5 nöməli tam orta məktəbin direktoru Mətanət Camalova və şəhid ailələri Ali Baş Komandanımızın həyata keçirdiyi qətiyyətli siyasətdən, Ordumuzun gücündən və xalqımızın həmrəyliyindən söz açdılar. Çıxışlarda qeyd edildi ki, biz düşmən üzərində qələbə çalmaqla Şanlı Zəfər tariximizin qürurunu yaşayırıq. Qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda qorxmdana irəli atıldılar. Azərbaycanın gücü, qüdrəti bütün dünyanı heyrətə gətirdi.  

         Çıxışlardan sonra əks istiqamətdə davam edən avtoyürüş qəsəbənin mərkəzində yekunlaşdı.






















 

Yorum Gönder

Daha yeni Daha eski