Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

60 yaşın zirvəsində ən gözəl yubiley hədiyyəsi Zəfər sevincimizi yaşamaqdır

         Bu gün "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə baş tibb bacısı vəzifəsində çalışan Quliyeva Çiçək Yaqub qızının doğum günüdür.

          Çiçək Quliyeva 1962-ci il yanvar ayının 1-də Xocalıda anadan olub. O, uzun illərdir ki, tibb sahəsində məsuliyyətlə çalışır. 2018-ci ildə Cənab Prezidentin Sərəncamına əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə "Tərəqqi" medalı ilə təltif edilib. 

        Çiçək xanım, Vətən müharibəsində yaralıların müalicəsində fəallıq göstərmiş, ağ xalatlımız gecəli-gündüzlü gözlərini qırpmadan yaralı əsgərlərimizin qayğısına qalmışdır. Çiçək xanım bildirir ki, Vətən müharibəsində kollektiv olaraq əlimizdən gələnin artığını etməyə çalışdıq ki, artıq şəhidimiz olmasın. Yaralıları qəbul etdikcə ürək ağrısı keçirirdik. 60 yaşın zirvəsində mənim üçün ən gözəl yubiley hədiyyəsi torpaqlarımızın azadlığını və düşmən üzərində qisasımızın alınmasını görmək, Zəfər sevincimizi yaşamaqdır. Bunun üçün Ali Baş Komandanımıza, igid oğullarımıza minnətdarlıq edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. 

    "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin kollektivi və Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəvqətli, mehriban, işində məsuliyyət duyğusu yüksək olan Çiçək Quliyevanı 60 illik yubileyi və Yeni il münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və xocalılı günlər arzulayır. 









Paylaşın:

Xocalı rayon Kosalar kənd tam orta məktəbində "Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanların yaradılması" mövzusunda tədbirin icrası həyata keçirildi

        28 dekabr 2021-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı rayon Kosalar kənd tam orta məktəbində "Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanların yaradılması" mövzusunda tədbirin icrası həyata keçirildi. Tədbirə məktəbin pedaqoji kollektivi, şagirdlrə və valideynlər iştirak etdilər.

        Tədbirin videoçəkilişinə Facebook linkinə daxil olmaqla baxa bilərsiniz. 

https://fb.watch/adaU0uoBC3/




Paylaşın:

Xocalı şəhər 2 saylı tam orta məktəbində "Uşaqların müdafiəsi sayəsində hüquqi bazasının təkmilləşdirilməsi" mövzusunda tədbir keçirildi

         Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı şəhər 2 saylı tam orta məktəbində 29.12.2021-ci il tarixində şagirdlərin, müəllim kollektivinin və valideyinlərin iştirakı ilə "Uşaqların müdafiəsi sayəsində hüquqi bazasının təkmilləşdirilməsi" mövzusunda tədbir keçirildi.Tədbiri məktəbin direktoru Fiqurə Rüstəmova açıq elan etdi. Fiqurə müəllimə tədbir iştirakçılarına çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanların yaradılması, baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyasının və xüsusi ilə onların peşə təhsilinə yönləndirilməsi mövzularında geniş məlumat verdi.

         Növbəti çıxış üçün söz Tarix müəllimi Əbdülov Səbuhiyə verildi. O, uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyyəsi istiqamətində işlərin gücləndirilməsi, aztəminatlı ailələrdən olan uşaqların davamlı təhsil hüququnun təmin olunması mövzularında geniş çıxış etdi.
         Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin olunması sahəsində fəaliyyətin gücləndirilməsi haqqında Qafarova Aynur müəllimə çıxış etdi.
Tədbirin sonunda valideyinlərdən Vəliyev Pənah, Cəbrayılov Yavər, Həsənova Aygün, Mahmudova Günay təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə nəzarətin gücləndirilməsinə görə məktəbin müəllim kollektivinə təşəkkür etdilər.






Paylaşın:

Xocalı şəhər 3 saylı tam orta məktəbində şagirdərlə maarifləəndirici söhbətlər aparılır

       

        Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanita rməsələlər şöbəsinin tapşırığına əsasən, rayonumuzun bütün məktəblərində olduğu kimi,  Xocalı şəhər 3 saylı tam orta məktəbində "Uşaq hüquqlarının qorunması", "Çətin həyat şəraitində baxımsız kimsəsiz uşaqların sosial reabiltasiyası", "Şagirdlərin təhsildən yayınması" mövzularında şagirdlərlə maarifləndirici söhbətlər aprılmışdır.

Tədbirin videosu:


Paylaşın:

Xocalı rayon Yaloba kənd tam orta məktəbində "Uşaq hüquqlarının qorunması" mövzusunda tədbir keçirilmişdir

         28.12.2021-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı rayon Yaloba kənd tam orta məktəbində "Uşaq hüquqlarının qorunması", "Uşaqlarda milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik hisslərinin yaradılması və genişləndirilməsi", "Uşaq zorakılığının, şagirdlərin təhsildən yayınmasının qarşısının alınması" və s. mövzularında geniş tədbir keçirildi. Tədbirdə məktəbimizin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edirdi. Tədbirdə çıxış edən müəllimlər və valideynlər mövzular haqqında əhatəli və geniş məruzələr və çıxışlar etdilər.









Paylaşın:

Ürək ağrıdan görüntülər - Ağdamın Şəhidlər Xiyabanında Xocalılar viran qəbirlərin axtarışında - VİDEO




Paylaşın:

Ağdamın Şəhidlər Xiyabanında xocalılar viran qəbirlərin axtarışında (24.12.2021)

          Dekabr ayının 24-də bir qrup Xocalı sakini Ağdama səfər edərək Şəhidlər Xiyabanını ziyarət etdilər. Bundan əvvəl oktyabr ayının 14-də ziyarətimiz baş tutmuşdu. Bu ziyarətin təşəbbüskarlarından və təşkilatçılarından biri olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Goranboy rayonu üzrə Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Seymur Çobanov hər bir sakinin şəhidlərimizin ziyarət edilməsi istəklərinə həssaslıqla yanaşır, səfər ərəfəsində ziyarətçilərlə maraqlanır, təhlükəli yerlərə yaxınlaşmamaq üçün məlumatlandırırdı. Savab bir işə vəsilə olan Seymur müəllimə öz adımdan minnətdarlıq edirəm. Elimizin belə dəyərli, vətənpərvər oğulları həmişə var olsun...
         İkinci ziyarətimizdə də eyni təəssüratı, eyni kədəri yaşadıq. Sevinclə kədərin qarışdığı bir məkanda doğma Xocalımıza da sədamız çatacaq qədər yaxın idik. Yenə şəhidlərimizin məzarlarını müəyyənləşdirməkdə çətinlik çəkdik. Yenə də Qaraqayaya, Naxçıvanlı kəndinə tərəf baxaraq dərindən köksümüzü ötürdük. Xocalı soyqırımı, o müsibətli günlər kino lenti kimi gözlərimizin önündə canlandı. Ağdamın Cümə Məscidinin qarşısında ümidlə doğmalarından xəbər gözləyən baxışlar bir daha yollara boylandı. Sözsüz ki, ömrümüzün axırına kimi Xocalı ağrısı bizim qəlbimizi dağlayacaqdır. Viran edilmiş qəbirlərin başında şəhidlərimizin yaxınları göz yaşları axıdaraq qəmli bayatılar söylədilər. Xocalıların bu ah-nalələri qarşıdan gələn fevral ayında daha da yüksək ərşə qalxacaq, ürəkləri parçalayacaqdır. 
        Yurd həsrəti çəkən, şəhidlərimizin məzarlarını görmək üçün ürəkləri yanan xocalılara bu ziyarətlər təsəllidir. Buna görə də belə ziyarətlərin tez-tez təşkil edilməsini və getmək imkanı olmayan sakinlərimizin də ziyarətlərinin gerçəkləşməsini arzulayırıq.  
        Ağdamın Şəhidlər Xiyabanında qəbirlər tanınmaz haldadır. Erməni quldurları bu yerdə nə qədər fitnələr törədib, qəbirləri dağıdıb, şəhidlərimizin ruhlarını narahat ediblər. Şükürlər olsun ki, artıq doğma və əziz ruhların dolaşdığı müqəddəs yerləri ziyarət edirik. Bu görüşlərdə şəhidlərimizin ruhları da sevinir. Bununla belə, bir çox qəbirlərin tanınmaz olması şəhidlərimizin doğmalarını hələ də nigaran saxlayır. Xocalı sakinləri qəbirlərin tanınması və Şəhidlər Xiyabanının bərpası üçün aidiyyəti orqanlardan köməklik istəyirlər. 
       Allah bütün şəhidlərimizə rəhmət eləsin! 
                                                                                                Qalib BƏYMƏMMƏDOĞLU 
Paylaşın:

Əminə Yusifqızı bölgə mətbuatının problemlərini "Media haqqında" yeni qanun layihəsinin müzakirələrində səsləndirdi

Paylaşın:

Xocalının 100 yaşlı məktəbi



Paylaşın:

Qəbirdən qəbirə aparılan bir ovuc torpaq payı narahat ruhlar üçün təsəllidir

Paylaşın:

Xocalı rayon Başkənd kənd tam orta məktəbində təhsil alan şagirdlər ilk öncə vətənpərvərlik ruhunda tərbiyə edilir

             
        28 dekabr 2021-ci il tarixdə 
Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində uşaqların sosial müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanların yaradılması, baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyasını və xüsusilə onların peşə təhsilinə yönləndirilməsi, uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, aztəminatlı ailələrə yönəlmiş məşğulluq tədbirlərinin gücləndirilməsi, həmin ailələrdən olan uşaqların davamlı təhsil hüququnun təmin olunması, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin olunması istiqamətində fəaliyyətin gücləndirilməsi, uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətlərində maarifləndirici tədbirlər təşkil edildi.

        Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Məruzəsində bildirdi ki, müasir zamanda uşaqların asudə vaxtının səmərəli təşkili olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. İstər məktəbdə, istərsə də cəmiyyətdə uşaqların asudə vaxtını səmərəli şəkildə təşkil etməliyik. Bu biz müəllimlərin, valideynlərin üzərinə düşən vacib vəzifədir. Bütün yaş dövrü üçün uşağın asudə vaxtının səmərəli dəyərləndirilməsinin ən ideal məşğuliyyəti mütaliə etməkdir. Asudə vaxtının səmərəli təşkili baxımından şahmat oyununun faydalarını da xüsusi vurğulamaq lazımdır. Bu zaman uşağın tez qərar qəbul etmək qabiliyyəti inkişaf edir. Ona görə də Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbdə uşaqların asudə vaxtı idmanla məşğul olmaqla, kitabxanada bədii kitablar oxumaqla, zehni gücləndirən şahmat oyunu oynamaqla, idman zalında basketbol, voleybol oynamaqla təşkil olunur.

        Xocalı Rayon İcra Hakimiyyətinin hər zaman rayonumuzda olan aztəminatlı ailələrə, baxımsız, kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğı danılmazdır. Onlarla keçirilən görüşlər, edilən yardımlar, həmin ailələrə hansı həssaslıqla yanaşılması, əlbəttə ki məktəbimizə də yansıyan bir hal olmuşdur. Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi olaraq hər zaman məktəbimizdə təhsil alan şagirdlərin valideynləri ilə sıx əməkdaşlıq qurmuşuq. Davamlı təhsil hüququ təmin edilib. Aztəminatlı ailələri məşğulluq sahələrinə yönəldib, onlara istər maddi, istərsə də mənəvi yardım olunub. Onların məktəbyaşlı övladların təhsilə, elmə cəlb edib, onlarla daha çox əlaqə saxlanılıb.
          Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası da hər zaman diqqət mərkəzində olub. Belə uşaqları məktəbimizdə azlıq təşkil etsələr də, onlara daha çox diqqət ayırmışıq. Əsasən də bu uşaqları peşə məktəblərinə yönəltməyə çalışırıq. Onlara peşə seçimində köməklik göstəririk. Bu uşaqların qayğıya, sevgiyə ehtiyacını nəzərə alaraq onlarla ünsiyyətdə olur, problemlərini birgə həll etməyə çalışırıq.

          Məktəbimizdə təhsil alan şagirdləri ilk öncə vətənpərvərlik ruhunda tərbiyə edir, onlara milli mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı aşılayırıq. Bu biz müəllimlərin və valideynlərin xüsusi diqqətidir. Vətənpərvərlik mövzusunda tədbirlər təşkil edirik. Bu istiqamətdə işlərin gücləndirilməsi hal - hazırda kı vacib məsələlər sırasındadır. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlər hər zaman öz bəhrəsini verir.

        İnsan hüquqları və azadlıqları sahəsində şagirdlərlə söhbət aparmaq, onlara öz hüquqlarını müdafiə etməyi öyrətməliyik. Şagirdlər bilməlidirlər ki, hər bir kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Bu sahədə müəyyən məktəbimizdə tədbirlər keçirilir və şagirdlər daha çox məlumatlanırlar.

        Bu gün təhsil sistemində yayınma hallarının qarşısının alınması ən vacib məsələlərdən biridir. Bunun üçün məktəb, valideyn, ictimai qurumlar birgə çalışmalıdır. Hətta cəmiyyətin hər bir üzvü buna qoşulmalıdır. Məktəbə gəlməyən şagirdlərin problemləri aradan qaldırılmalı, bunun üçün də valideyn - müəllim assosiasiyası yaradılmalıdır.

        Ekspertlər qeyd edir ki, uşaqların bir qismi sağlamlığını itirdiyi üçün, bir qismi başqa ölkələrdə təhsilini davam etdirdiyi üçün təhsilini yarımçıq qoyur. Statistika göstərir ki, 1,3-2 faiz uşaq məktəbə getmir. Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, onun 900-ü IX sinfi bitirib. Şükürlər olsun ki, yayınma hallarına, şagirdlərimizin təhsildən uzaqlaşmağı hallarına rast gəlməmişik. Bacardığımız qədər şagirdləri təhsilə, elmə cəlb etmişik. Bu halların yaranmasına şərait yaratmamışıq. Xüsusən də belə hallar bəzi regionlarda baş verir. Bu zaman qızlar təhsildən yayınaraq erkən nikaha daxil olurlar. Əlbəttə ki, burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim valideyn əməkdaşlığı nəticəsində bu halların qarşısı alına bilər. Bu sahədə məktəblərdə tədbirlər geniş vüsət almalıdır.

        Bu tədbirlər Xocalı Rayon İcra hakimiyyətinin ictimai siyasi əlaqələr şöbəsinin tapşırığı ilə müntəzəm olaraq həyata keçirilən tədbirlər sırasındadır. Bunun nəticəsidir ki, rayonumuzun məktəblərində bu hallara az təsadüf edilir. Əlbəttə ki, keçirdiyimiz görüşlərlə, tədbirlərlə Xocalı Rayon İcra hakimiyyətinin ictimai siyasi əlaqələr şöbəsinə məlumatlar ötürülür və onlar da öz lazımi məsləhətlərini, tövsiyələrini məktəblərə çatdırırlar.


Paylaşın:

Bayram ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

      
            Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı Xocalı rayonunda da daim hiss olunur. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğını iş fəaliyyətinin əsas hissəsi hesab Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin əməkdaşları da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış bir qrup şəhid ailələrini ziyarət edib, bayram payı çatdırıblar. Görüşlərdə SHXÇDX-nin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov şəhidlərimizin ailələri ilə görüşməyin, onların qayğsına qalmağın hər birimizin borcu olduğunu dilə gətirib.  

          Qeyd edək ki, şəhid ailələri ilə görüşlər davam etdiriləcəkdir.

“Xocalının səsi” qəzeti 

Paylaşın:

Yeni reallıqlar yaradan Ali Baş Komandan

       

      Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı  İlham Əliyevin cari ilin 24 dekabr tarixində Xocavənd rayonunun Hadrut qəsəbəsində  və Şuşa şəhərində çıxışında aşağıdakıları qeyd etdi:

   “Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə böyük diqqət yetirilir, çünki hərbiçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni  yerinə yetirə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun.
   Hərbiçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə dövlətimizin diqqət mərkəzindədir.
   Müharibədən sonra ordu quruculuğu dayandırılmayıb. Orduya  ayrılan xərc daha da artırılıb. Yeni kontraktlar əsasında ordumuz ən müasir  texnikalar, silahlarla təchiz olunur.  Yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş , yüksək iradə nümayiş  etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər.
   Hadrut əməliyyatı  İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik bir əməliyyat idi. Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyanı davam etdirdi.
   Hadrut əməliyyatından sonra  Şuşaya yol açıldı. Azərbaycanın qəhrəman övladları yüngül silahlarla  qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız,  Qarabağın tacı olan Şuşanı işğaldan azad etdilər.
  Şuşanın işğaldan azad olunması döyüşləri  dünyanın ən müasir ordusu olan dövlətlərinin Ali məktəblərində araşdırlır.
  Azərbaycan xalqı hədəfinə nail oldu. Xalq həmrəyliyinin bəhrəsini yaşadı. Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.
   “Xarı bülbül”  festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda  təqdim edildi. Necə böyük inamla , necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq.
   Təəssüf ki,  atam Şuşanın azad olunmağını görmədi, amma onun, bütün şəhidlərin ruhu şaddır.”
   Biz bu torpaqları igidlərimizin  qanı, canı bahasına  işğaldan azad etmişik. Bu torpaqlar əbədi bizimdir.
Heç bir düşmən bu torpaqlara göz dikə bilməz. Əgər düşmən bir daha belə bir səhv etməyə cürət etsə, layiqli cavabın alar.  Buna bizim II Qarabağ müharibəsi dövründə  Prezident, Ordu və xalqın biriyi sayəsində çaldığımız qələbə əyani sübutdur.
   2003-cü ildən prezidentliyə başlamış Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çoxlu çıxışları olmuşdur.
   44 günlük müharibənin gedişində də müxtəlif  jurnalistlərlə müsahibəsində necə təmkinlə, qürurla, məntiqli cavablar verdiyinin şahidi olmuşuq.
   Ali Baş Komandanın bu çıxışının əhəmiyyətindən biri odur ki,  bu çıxışını işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando Hərbi  hissəsinin açılışında etdi.
   Bu görüşü  24 dekabrda-öz ad günündə , həm də 60 illik yubileyində etməsi dostlara, xalqımıza qürur, düşmənlərimizə isə göz dağı və Qüdrətli Ordunun Qalib Sərkərdəsinin layiqli mesajı idi. .
    Bax budur, ömrünü Vətənə, Xalqa, dövlətçiliyimizə həsr etmək.
    Biz müəllimlər də Prezidentimizlə qürur duyuruq. Onun bütün çıxışlaırnı, tövsiyələrini həvəslə dinləyir, yerinə yetiririk. Şagirdlərimizi vətənpərvər, mənəvi saflıq ruhunda tərbiyə etməyə çalışırıq.
   Biz həmişə Prezidentimizin arxasında-dayağındayıq. Hələ görməli işlər,Qarabağın , Azərbaycanın çiçəklənməsi qabaqdadır. Bu işləri həyata keçirmək üçün bütün Azərbaycan xalqı yanındadır, Möhtərəm Prezident!
    Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev! Yaşasın və yeni Qələbələr yaşatsın Azərbaycana!
    Qarabağ Azərbaycandır!

Xudayar Quliyev,
Xocalı rayon sakini 

Paylaşın:

Xalqın dəstəyinə arxalanan Prezident

        
        Bildiyimiz kimi, 24 dekabr ölkə başçımız İlham Əliyevin doğum günüdür. O, orta
təhsilini (1967-1977) Bakı şəhərində almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr institutuna daxil olub və oranı müvəffəqiyyətlə bitirmişdir. 1985 –ci ildə Disertasiya müdafiə edən İlham Əliyev Tarix elmlər namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOKAR) Vitse-Prezidenti sonra isə Birinci Vitse Prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci iilərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Nümayəndə Heyyətinin rəhbəri olub.

  Ölkə başçımız hər il olduğu kimi bu il də öz doğum gününü Azərbaycan xalqı ilə birlikdə qeyd etdi. Digər ad günlərindən fərqli olaraq bu ilki ad günü daha yadda qalan oldu. O, ad gününü Azərbaycanın dilbər guşəsi olan, ayrılmaz hissəsi olan Şuşada qeyd etdi. Bir ölkə başçısı üçün 30 il düşmən tapdağında qalan ərazini azad edib və öz doğum gününü xalqı ilə həmin ərazidə qeyd etmək çox qürurvericidi. Bu hər rəhbərə qismət olmur. İlham Əliyev öz çıxışında bunları vurğulamışdır.

   Bu gün biz azad Qarabağdayıq.Bu gün biz azad Zəngəzurdayıq. Biz-bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq.  Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırır ki, biz buna nail olacağıq. Xalqımız birləşdi bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.

   Ölkə başçısı öz ad günlərini demək olar ki, qeyd etmir. Adətən ad günlərinə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşür. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışında, yeni salınmış köçkün qəsəbələrində bu kataqoriyadan olan insanlarla görüşür. Təsadüfi deyil ki, ölkə başçımız 50 illiyini də məcburi köçkünlərlə bərabər qeyd etmişdir. 50 illiyini Qarabağda-Ağcəbədidə keçirən Prezidentimiz, 60 illiyini isə Qarabağda-bu dəfə şuşada qeyd etdi. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyirci deldik. Bu gün işğaldan azad edilmiş torpaqlarda azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda Ermənilərin qazdıqları səngərlərdə küşik çəkirlər. Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o, hərbi texnikadan indi biz istifadə edirik. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan xalqının bütövlüyü, bir yumruq kimi birləşməyimizin əyani sübutu,ölkə, ordu olaraq üstünlüyümz. Bu həmişə də belə olacaq xalq olaraq, millət olaraq ölkə başçımızın ətrafında daim birləşəcəyik, birlik nümaiş etdirəcəyik. Ölkə başçımız da azərbaycan xalqına güvənərək, arxalanaraq atdığı hər addımda daha məsuliyətli daha qürurludu. Biz həmişə onun yanındayıq ona dəstəyik o, bizim liderimizdir.

 Venera Rəsulova,

Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbinin müəllimi 

Paylaşın:

ƏSİRLƏRƏ VERİLƏN İŞGƏNCƏLƏR

         Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.  

Aşağıda bu faktların bir qismi göstərilir:

  • Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni "həkimləri" tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur.
  • Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni "həkimi" Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur.
  • Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, lakin buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur.
  • Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln. rus rubluna ailəsinə satmışlar.
  • Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən çirk eləmiş və onun bədənində çürümə prosesi getmişdir. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələmişlər.
  • Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
  • Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilmişdir. O, altı ay davamlı işgəncələrə məruz qalmışdır.
  • Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.
  • Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.
  • 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
  • Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
  • Hərbi əsirlər - Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
  • Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
  • Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
  • Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.
  • Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.                                                                                          Mənbə: supremecourt.gov.az
Paylaşın:

DİM və "YAŞAT" Fondunun əməkdaşlığı çərçivəsində Gəncə şəhərində şəhid övladları ilə görüş keçirilib

        25 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə Vətənin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük müharibədə canlarından keçmiş şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə Gəncə şəhərində tədbir keçirilib.
        Gəncə şəhərində “PMD Group”un dəstəyi ilə “Ramada Plaza by Wyndham Gence” otelində təşkil olunmuş tədbirdə DİM-in şöbə müdiri Vəli Hüseyn, Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, “YAŞAT” Fondunun nümayəndəsi Elvin Nəsibov, otelin baş direktoru Emin Həsənov, Gəncə, Mingəçevir, Daşkəsən, Samux, Naftalan, Göygöl, Xocalı, Kəlbəcər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qismi və onların valideynləri iştirak ediblər 
         Tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  
        DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və “YAŞAT” fondunun nümayəndəsi Elvin Nəsibov çıxışlarında ordumuzun qəhrəmanlığından, şanlı qələbəmizdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs ediblər. Həmçinin, xatırladılıb ki, 4 noyabr tarixində DİM ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İmzalanan memorandumun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.
         Tədbir iştirakçılarına həmçinin, psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhvə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədi ilə yaradılan e-psixoloq.az saytı barəsində məlumat verilib. Çıxışda saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətləri xüsusilə vurğulanıb. 
        Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov çıxışında dövlətçiliyimizin möhkəmləndirilməsində, ərazi bütövlüyümüzün təmin olunmasında şəhidlərimizə borclu olduğumuzu vurğuladı. Bildirdi ki, şəhid ailələrinə, qazilərə hər birimiz diqqət və qayğı ilə yanaşmalıyıq. Azərbaycanın daha da qüdrətlənməsi üçün bundan sonra da yüksək bilik və bacarığa malik gələcəyimiz lazımdır. Qəhrəman döyüşçülərimizin arzu və amalını şəhid övladları yaxşı oxumaları ilə yerinə yetirməlidirlər. Dövlətimizi və dövlətçiliyimizi qoruyub saxlamağımız, onu daha da möhkəmləndirməyimiz gələcək nəsillərin ancaq bilik və savadından asılıdır. Ona görə də bu gün atılacaq ən böyük addım təhsillə bağlıdır. DİM Gəncə Regional Bölməsi də fəaliyyət göstərdiyi 13 il ərzində şəhid ailələrinin, qazilərin müraciətlərinə diqqətlə yanaşmış, təhsillərini davam etdirməklə uğurlu gələcəyə atdığı addımlarda onlara dəstək olmağa çalışmışıq. 
          Vətən Müharibəsi şəhidi Rauf Əsgərovun anası Brilliyant Əsgərova çıxış edərək keçirilmiş tədbir haqqında öz təəssüratlarını çatdırdı. Şəhid ailələri ilə maraqlanan, onları unutmayan, hər bir sahədə şəhid övladlarının qayğısına qalan insanlara təşəkkür etdi. Fikirlərinə əlavə etdi ki, bu diqqət və qayğı bizləri mənəvi cəhətdən ruhlandırır, fəxr edirik ki, qəhrəman şəhidlərimizin belə dəyərli qardaş və bacıları var. 
        Qeyd edək ki, tədbirə COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınaraq 33 məktəbli və onların valideynləri dəvət olunub və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülüb. Gəncə şəhəri və Mingəçevir, Daşkəsən, Samux, Naftalan, Göygöl, Xocalı, Kəlbəcər, Goranboy rayonlarının məktəblərində təhsil alan, lakin pandemiya qaydalarına riayət etmək səbəbi ilə çağırılmayan 84 şəhid övladına da DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (ümumilikdə 276 ədəd), otk.az saytı üçün ödənişsiz kuponlar çatdırılacaqdır.






















Paylaşın:

Yurd həsrəti çəkən, şəhidlərimizin məzarlarını görmək üçün ürəkləri yanan xocalılara bu ziyarətlər təsəllidir

Dekabr ayının 24-də bir qrup Xocalı sakini Ağdama səfər edərək Şəhidlər Xiyabanını ziyarət etdilər. Bundan əvvəl oktyabr ayının 14-də ziyarətimiz baş tutmuşdu. Bu ziyarətin təşəbbüskarlarından və təşkilatçılarıdan biri olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Goranboy rayonu üzrə Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Seymur Çobanov hər bir sakinin şəhidlərimizin ziyarət edilməsi istəklərinə həssaslıqla yanaşır, səfər ərəfəsində ziyarətçilərlə maraqlanır, təhlükəli yerlərə yaxınlaşmamaq üçün məlumatlandırırdı. Savab bir işə vəsilə olan Seymur müəllimə öz adımdan minnətdarlıq edirəm. Elimizin belə dəyərli, vətənpərvər oğulları həmişə var olsun...

İkinci ziyarətimizdə də eyni təəssüratı, eyni kədəri yaşadıq. Sevinclə kədərin qarışdığı bir məkanda doğma Xocalımıza da sədamız çatacaq qədər yaxın idik. Yenə şəhidlərimizin məzarlarını müəyyənləşdirməkdə çətinlik çəkdik. Yenə də Qaraqayaya, Naxçıvanlı kəndinə tərəf baxaraq dərindən köksümüzü ötürdük. Xocalı soyqırımı, o müsibətli günlər kino lenti kimi gözlərimizin önündə canlandı. Ağdamın Cümə Məscidinin qarşısında ümidlə doğmalarından xəbər gözləyən baxışlar bir daha yollara boylandı. Sözsüz ki, ömrümüzün axırına kimi Xocalı ağrısı bizim qəlbimizi dağlayacaqdır. Viran edilmiş qəbirlərin başında şəhidlərimizin yaxınları göz yaşları axıdaraq qəmli bayatılar söylədilər. Xocalıların bu ah-nalələri qarşıdan gələn fevral ayında daha da yüksək ərşə qalxacaq, ürəkləri parçalayacaqdır.

Yurd həsrəti çəkən, şəhidlərimizin məzarlarını görmək üçün ürəkləri yanan xocalılara bu ziyarətlər təsəllidir. Buna görə də belə ziyarətlərin tez-tez təşkil edilməsini və getmək imkanı olmayan sakinlərimizin də ziyarətlərinin gerçəkləşməsini arzulayırıq. 

Ağdamın Şəhidlər Xiyabanında qəbirlər tanınmaz haldadır. Erməni quldurları bu yerdə nə qədər fitnələr törədib, qəbirləri dağıdıb, şəhidlərimizin ruhlarını narahat ediblər. Şükürlər olsun ki, artıq doğma və əziz ruhların dolaşdığı müqəddəs yerləri ziyarət edirik. Bu görüşlərdə şəhidlərimizin ruhları da sevinir. Bununla belə, bir çox qəbirlərin tanınmaz olması şəhidlərimizin doğmalarını hələ də nigaran saxlayır. Xocalı sakinləri qəbirlərin tanınması və Şəhidlər Xiyabanının bərpası üçün aidiyyəti orqanlardan köməklik istəyirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qalib BƏYMƏMMƏDOĞLU,

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri 






















Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.