Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Heydər Əliyev siyasəti Azərbaycan xalqının Zəfərini təmin edən siyasətdir

   

             

              Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  sovetlər  dönəmində  bütün bölgələrlə bərabər  Qarabağ  bölgəsinə   xüsusi  diqqətlə  yanaşmışdır.  Dahi  şəxsiyyət  digər  milli  azlıqlardan  fərqli  olaraq  ermənilərdə  separatçılıq  meyllərinin  olduğunu   yaxşı  bilirdi.  Bildiyimiz  kimi  Ulu  Öndərin  ata-babası,  qohum-əqrəbası   qədimdən   Qərbi   Zəngəzurda   yaşamış, XX  əsrin  əvvəlində  ermənilərin   təcavüzü   nəticəsində  bu  əraziləri   tərk  edib  köçkün  düşmək  məcburiyyətində   qalmışdır. Bundan  əlavə  Heydər  Əliyevin  1941-1944-cü  illərdə  Naxçıvan  Muxtar  Respublikası  Xalq  Daxili  İşlər  Komissarlığında  arxiv  şöbəsinin məxfi  hissəsinin müdiri  vəzifəsində  işləməsi  və  1944-cü  ilin  mayından isə  dövlət  təhlükəsizliyi  orqanlarında  əmək  fəaliyyətinə  başlaması  gizlində   saxlanılan  və  geniş  ictimaiyyətə  açıqlanmayan  tariximizin  məqamlarını  öyrənməyə  şərait   yaratmış  oldu.    Tariximizi   və  tariximizin   gizlədilmiş,  yasaq  olunmuş   məqamlarını  da   dərindən  bilən,   sovetlər  dövründə  Azərbaycana  rəhbərlik  edən  Heydər  Əliyev   bütünlüklə    fəaliyyətini   ölkəmizin  gələcəkdə  öz   müstəqilliyini   bərpa   etməsinə   kökləmişdi. 

              Sovet  imperiyasının  qadağalarına,  ciddi  senzuraya,  nəzarətə   baxmayaraq  Ulu  Öndər   daim  azərbaycançılıq    ideologiyasını,  azərbaycançılıq   məfkurəsini, milliliyi, mənəvi  dəyərləri  ön  plana   çəkmişdir. Heydər  Əliyevin  müdrikcəsinə dediyi aşağıdakı ifadələr bunun ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.  Bu  fikirləri  açıq  bəyan  edən  Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Keçmiş Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.

             Ermənilərin  “Böyük  Ermənistan” xülyasının  mövcudluğu  real  fakt  kimi   Heydər  Əliyevin  diqqət   mərkəzində  olmuşdur. Dahi  şəxsiyyət  ermənilərin  Qarabağda  kompakt  yaşadıqları  üçün  onların  bu  boş  xülyasının  başlanğıcı  kimi  Azərbaycan   ərazilərinə  əsassız  iddia  qaldıracaqlarının  mümkünlüyünü  istisna  etmirdi.  XIX  əsrin  sonunda  təşəkkül  tapmağa  başlayan  erməni  terror  dəstələrinin  XX  əsrin  əvvəlində,  ortasında  azərbaycanlıların  öz  ata-baba  yurdlarından   etnik  təmizlənməsini  həyata  keçirməsi  xronologiyasını  yaxşı   bilən  Ulu  Öndər  1967-ci  ildə  Xankəndi  şəhərində  milli  zəmində  yaranmış  qarşıdurmanı  yerindəcə  boğdu.  Həmin  ildə  Xankəndi  şəhəri  və  ətraf  ərazilərdə  erməni  millətçiləri  qarşıdurma  yaratmaq  məqsədilə  bir  sıra  məkrli  niyyətlərini  həyata  keçirmişdilər.  Belə  ki,  erməni  millətçiləri   tərəfindən  müxtəlif  vaxtlarda   ermənilərə  qarşı  qətllər  törədilir  və  qəsdən  bu  ölüm  işləri  açılmamış  qalırdı.  Nəticədə  ermənilərdən  ibarət  kütlə   müxtəlif  vaxtlarda  törədilmiş  qətllərin   azərbaycanlılar  tərəfindən  törədilməsi  qənaətinə  gəlirdi.  Belə  bir  hadisə  1967-ci  ildə  Xocavənd  rayonunun  Qaradağlı  kəndində   baş  vermişdir.  Belə  ki,  ermənilərlə  azərbaycanlıların  təhsil  aldığı  Qaradağlı  kənd  məktəbində  bir   erməni  uşağı  yoxa  çıxır,  səhərisi  gün  vəhşicəsinə  qətlə  yetirilmiş  həmin  uşağın  meyiti  yol  kənarından  tapılır.  Bu  hadisədən  bir  neçə   gün  sonra  heç  bir  əsas  olmadan  məktəbin   direktoru  Ərşad  Məmmədov  və digər  iki  nəfər   azərbaycanlı  saxlanılır,  məhkəmə  olunur.  Ölüm  hökmü  verilən  bu  insanlar  hüquq-mühafizə orqanı  işçilərinin    əlindən  alınaraq  vəhşicəsinə  qətlə  yetirilir,  yandırılır.  Ermənilər  1988-ci  ildən   başlayaraq  törətdikləri hadisələri  1967-ci  ildə  törətmək   istəmişlər.  Lakin  onların  bu  planı  həmin  dövrdə  Azərbaycan  SSR  Dövlət  Təhlükəsizlik  Komitəsinin  sədri  olan  general-mayor Heydər  Əliyev  tərəfindən  ifşa olunmuş,  39  nəfər  erməni  canisi  həbs  olunmuşdur. Bununla da  sübut  olunur  ki,  milli  ədavət  yaratmaq  üçün   bu  qətl   milliyyətcə  erməni   Edik  Baqdasaryan  tərəfindən  törədilmişdir. 

            Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  1969-1982-ci  illərdə  artıq  müxtəlif  üsullarla   heç  bir  “nəticə”  əldə  etməyən  ermənilər   torpaq  iddiası  qaldırmaq  üçün  hansısa  bəhanə  tapa  bilmirdilər.  Belə  ki,  digər  iqtisadi   rayonlar  kimi  ermənilərin  kompakt  yaşadığı  bu  ərazilərin  sosial-iqtisadi  inkişafı  lazımi  qədər  təmin  olunurdu. 1988-ci  ildə  ermənilər  əsassız  torpaq  iddiası  qaldırarkən  onların  ilk  tələbləri  iqtisadi  tələblər  idi.  Demək, uzaqgörən və  dahi  siyasətçi  Heydər  Əliyev   hələ  20 il   əvvəl  onların  nəyi  bəhanə  edəcəyini  yaxşı bilirdi.  Ermənilər  yaxşı  bilirdi  ki,   Heydər Əliyev  onların   məkrli  planlarını  həyata  keçirməyə  imkan   verməyəcəkdir. 1987-ci  ilin  oktyabrında  Heydər  Əliyevin  vəzifədən uzaqlaşdırılması  ilə  ermənilərin  Azərbaycana  qarşı  əsassız  torpaq  iddiaları  başlandı  və  Azərbaycan  torpaqlarının  20%-nin  işğalı  ilə   nəticələndi. 

               Azərbaycanın  zorla  sürükləndiyi  Qarabağ  problemi  həmişə  Heydər   Əliyev  siyasətinin   mərkəzində   olmuşdur. Elə  bir   tədbir  olmamışdır  ki,  Ulu  Öndər  bu   problemə  toxunmasın.  Dahi   şəxsiyyət  uzaqgörənliklə  deyirdi:  “Şuşasız  Qarabağ, Qarabağsız  ümumiyyətlə  Azərbaycan   yoxdur”. 44   günlük  Vətən  müharibəsində   biz   bunun  bariz  təzahürünü   gördük.  Ulu  Öndərin  bu  fikri  Müzəffər   Ali  Baş  Komandan  İlham  Əliyev  və  rəşadətli  Azərbaycan  əsgəri  üçün torpaqlarımızın  işğaldan  azad olunma  planının  taktikasını  müəyyənləşdirən  əsas  amildir.  Rəşadətli  Azərbaycan  ordusu    strateji, mənəvi  əhəmiyyətə  malik  Şuşanı  azad  edəndən  sonra  Ermənistan   kapitulyasiya   aktını  imzalamalı  oldu.  Müzəffər  Ali  Baş   Komandan   İlham  Əliyev  Şuşanın  azad  olunma   müjdəsini  verərkən  demişdir: “Xoşbəxt  adamam  ki,  ata  vəsiyyətini   yerinə  yetirdim. Şuşanı  azad  etdik!  Bu,  Böyük  qələbədir!”  

               Azərbaycanın  bugünkü  dinamik  inkişafı  onu  deməyə  əsas  verir  ki,    xalqımız  gələcəkdə  də  Böyük  Qələbələr  əldə  edəcək. Bu  Qələbələri  təmin   edən  siyasət  Heydər  Əliyev  siyasəti,  Heydər  Əliyev  yoludur.  

Nəcəf Həsənov, 

Yeni Azərbaycan Partyası  Xocalı   Rayon  təşkilatı  idarə  heyətinin  üzvü, 

Xocalı RTŞ-nin aparıcı məsləhətçisi.


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Blog Arşivi

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi