İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu

         Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dekabrın 14-də Brusseldə İspaniyanın “ELPais” qəzetinə müsahibəsində çox mühüm siyasi məqamlara toxunmuş,regionda baş verən siyasi hadisələrə açıq  aydın reallığı ilə siyasi münasibətini  bildirmişdir.

        Müharibə  bitəndən sonrakı  vəziyyəti   dəyərləndirən Prezident  Cənab  İlham  Əliyev  qeyd  edir  “Müharibə   bitəndən  bəri 1 ildən  çox müddət keçib   ümumiyyətlə, vəziyyət  nisbətən  sabitdir. Rusiya sülhməramlı qüvvələrinin  Qarabağda məsuliyyət  daşıdığı ərazidən  danışırıqsa, vəziyyət  Ermənistan-Azərbaycan sərhədində  olan vəziyyətlə   müqayisədə   daha  çox  sabitdir.Bunun  səbəbi  isə  əfsuslar  olsun  ki, Ermənistanın  qisas  almaq   cəhdlərindən  vaz  keçməməsidir. İkinci Qarabağ müharibəsində  məğlubiyyət   onlar  üçün   çox  ağrılı  oldu.Bu  məğlubiyyət   demək  olar  ki,  onların   otuz  ildir  davam  edən  “yenilməz ordusu” ,”gücü”, “əsgər     komandirlərin  cəsarəti” haqqında   müharibə təbliğatını   ideoloji zəminini  darmadağın  etdi."

        Prezident İlham  Əliyev  müsahibəsində   bir  çox məsələlərin həlli istiqamətini  müəyyənləşdirərək   problemin   həllinə  nail olaraq münaqişənin  sülh  yolu  ilə həllini əməkdaşlıq üçün mövcud  şəraitin yarandığını xırda detalları ilə açıqlayır  Prezident İlham Əliyev  qeyd  edir  “Mən  dəfələrlə   açıq  bəyanat  vermişəm  ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına  sülh razılaşması üzərində işləməyə hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab  verilməmişdir. Mən  bu  cür bəyanatları altı  aydan çoxdur  ki, dəfələrlə   eşitmişəm. Bu, onların   sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə   sülh  razılaşmasının  əsas  müddəalarından biri  hər iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı tanınması olacaq və  Ermənistan   Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın  ərazi   bütövlüyünü  Qarabağı Azərbaycanın  ayrılmaz  hissəsi kimi tanıyır”.

Hər  zaman  olduğu  kimi  dünya  ictimaiyyətinə  geniş  aspektdə  müsahibə  verən  Prezident İlham  Əliyev  bir  daha  burada  qətiyyətlə  çıxış  edərək,  çox  haqlı  bir  mövqeyi  ilə  diqqəti  cəlb  edir  “Çünki  biz  demək  olar  ki,  30  il  ərzində   ermənilərin işğalından,  təhqirindən,  təkəbbüründən  əziyyət çəkirdik  “,fikirlərini  bildirərək  Prezident Cənab İlham  Əliyev  öz  fikirlərini   müsahibənin   yekununda qeyd  edir. “Bu milli ləyaqət  qürur  məsələsi   idi”.

 

Xocalı rayon Qaragav kənd sakini  

Aydın Əliyev, 

Yorum Gönder

Daha yeni Daha eski