Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon Başkənd kənd tam orta məktəbində təhsil alan şagirdlər ilk öncə vətənpərvərlik ruhunda tərbiyə edilir

             
        28 dekabr 2021-ci il tarixdə 
Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində uşaqların sosial müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanların yaradılması, baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyasını və xüsusilə onların peşə təhsilinə yönləndirilməsi, uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, aztəminatlı ailələrə yönəlmiş məşğulluq tədbirlərinin gücləndirilməsi, həmin ailələrdən olan uşaqların davamlı təhsil hüququnun təmin olunması, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin olunması istiqamətində fəaliyyətin gücləndirilməsi, uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətlərində maarifləndirici tədbirlər təşkil edildi.

        Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Məruzəsində bildirdi ki, müasir zamanda uşaqların asudə vaxtının səmərəli təşkili olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. İstər məktəbdə, istərsə də cəmiyyətdə uşaqların asudə vaxtını səmərəli şəkildə təşkil etməliyik. Bu biz müəllimlərin, valideynlərin üzərinə düşən vacib vəzifədir. Bütün yaş dövrü üçün uşağın asudə vaxtının səmərəli dəyərləndirilməsinin ən ideal məşğuliyyəti mütaliə etməkdir. Asudə vaxtının səmərəli təşkili baxımından şahmat oyununun faydalarını da xüsusi vurğulamaq lazımdır. Bu zaman uşağın tez qərar qəbul etmək qabiliyyəti inkişaf edir. Ona görə də Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbdə uşaqların asudə vaxtı idmanla məşğul olmaqla, kitabxanada bədii kitablar oxumaqla, zehni gücləndirən şahmat oyunu oynamaqla, idman zalında basketbol, voleybol oynamaqla təşkil olunur.

        Xocalı Rayon İcra Hakimiyyətinin hər zaman rayonumuzda olan aztəminatlı ailələrə, baxımsız, kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğı danılmazdır. Onlarla keçirilən görüşlər, edilən yardımlar, həmin ailələrə hansı həssaslıqla yanaşılması, əlbəttə ki məktəbimizə də yansıyan bir hal olmuşdur. Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi olaraq hər zaman məktəbimizdə təhsil alan şagirdlərin valideynləri ilə sıx əməkdaşlıq qurmuşuq. Davamlı təhsil hüququ təmin edilib. Aztəminatlı ailələri məşğulluq sahələrinə yönəldib, onlara istər maddi, istərsə də mənəvi yardım olunub. Onların məktəbyaşlı övladların təhsilə, elmə cəlb edib, onlarla daha çox əlaqə saxlanılıb.
          Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası da hər zaman diqqət mərkəzində olub. Belə uşaqları məktəbimizdə azlıq təşkil etsələr də, onlara daha çox diqqət ayırmışıq. Əsasən də bu uşaqları peşə məktəblərinə yönəltməyə çalışırıq. Onlara peşə seçimində köməklik göstəririk. Bu uşaqların qayğıya, sevgiyə ehtiyacını nəzərə alaraq onlarla ünsiyyətdə olur, problemlərini birgə həll etməyə çalışırıq.

          Məktəbimizdə təhsil alan şagirdləri ilk öncə vətənpərvərlik ruhunda tərbiyə edir, onlara milli mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı aşılayırıq. Bu biz müəllimlərin və valideynlərin xüsusi diqqətidir. Vətənpərvərlik mövzusunda tədbirlər təşkil edirik. Bu istiqamətdə işlərin gücləndirilməsi hal - hazırda kı vacib məsələlər sırasındadır. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlər hər zaman öz bəhrəsini verir.

        İnsan hüquqları və azadlıqları sahəsində şagirdlərlə söhbət aparmaq, onlara öz hüquqlarını müdafiə etməyi öyrətməliyik. Şagirdlər bilməlidirlər ki, hər bir kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Bu sahədə müəyyən məktəbimizdə tədbirlər keçirilir və şagirdlər daha çox məlumatlanırlar.

        Bu gün təhsil sistemində yayınma hallarının qarşısının alınması ən vacib məsələlərdən biridir. Bunun üçün məktəb, valideyn, ictimai qurumlar birgə çalışmalıdır. Hətta cəmiyyətin hər bir üzvü buna qoşulmalıdır. Məktəbə gəlməyən şagirdlərin problemləri aradan qaldırılmalı, bunun üçün də valideyn - müəllim assosiasiyası yaradılmalıdır.

        Ekspertlər qeyd edir ki, uşaqların bir qismi sağlamlığını itirdiyi üçün, bir qismi başqa ölkələrdə təhsilini davam etdirdiyi üçün təhsilini yarımçıq qoyur. Statistika göstərir ki, 1,3-2 faiz uşaq məktəbə getmir. Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, onun 900-ü IX sinfi bitirib. Şükürlər olsun ki, yayınma hallarına, şagirdlərimizin təhsildən uzaqlaşmağı hallarına rast gəlməmişik. Bacardığımız qədər şagirdləri təhsilə, elmə cəlb etmişik. Bu halların yaranmasına şərait yaratmamışıq. Xüsusən də belə hallar bəzi regionlarda baş verir. Bu zaman qızlar təhsildən yayınaraq erkən nikaha daxil olurlar. Əlbəttə ki, burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim valideyn əməkdaşlığı nəticəsində bu halların qarşısı alına bilər. Bu sahədə məktəblərdə tədbirlər geniş vüsət almalıdır.

        Bu tədbirlər Xocalı Rayon İcra hakimiyyətinin ictimai siyasi əlaqələr şöbəsinin tapşırığı ilə müntəzəm olaraq həyata keçirilən tədbirlər sırasındadır. Bunun nəticəsidir ki, rayonumuzun məktəblərində bu hallara az təsadüf edilir. Əlbəttə ki, keçirdiyimiz görüşlərlə, tədbirlərlə Xocalı Rayon İcra hakimiyyətinin ictimai siyasi əlaqələr şöbəsinə məlumatlar ötürülür və onlar da öz lazımi məsləhətlərini, tövsiyələrini məktəblərə çatdırırlar.


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.