Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə diqqət çəkən məqamlar

      Prezident İlham Əliyevin Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti ŞarlMişellə görüşü, Aİ-nin Ermənistan və Azərbaycana dəstək paketində nəzərə çarpan böyük fərq, minaların təmizlənməsi kimi çox həssas, vacib və strateji fəaliyyətə bu beynəlxalq qurumunmünasibəti, habelə Qarabağ münaqişəsi dövründə Minsk qrupunun rolu məsələləribarədə dolğun məlumatı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından mühüm önəm daşıyır.

         Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu müddət ərzində aparılan danışıqlar heç bir müsbət nəticə vermədi. Münaqişənin həll edilməsi üçün ATƏT-in MİNSK qrupunun həmsədrlərinin fəaliyyəti uğursuz oldu. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal altında olan torpaqlarında bütün infarstuktur, tarixi-mədəniyyət abidələri dağıdılmış, məhv edilmişdir. Ermənistan Baş Nazirinin Qarabağa qanunsuz səfər etməsi, “Qarabağ Ermənistandır” söyləməsi, münaqisənin həlli üçün danışqılar prosesini mümkünsüz etmişdir. Ermənistan silahlı qüvvələrinin Azırbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması haqqında BMT-nin dörd qətnaməsi kağız üzərində qalmışdır.

         Cənab Prezidentin bu müsahibəsi Avropa üçün də vacib idi.Çünki Dövlət Başçısı qitənin qazla təchizatında önəmli rol oynayan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı önəmli məqamları diqqətə çatdırıb .

        ''Bizim qaz strategiyamız çox aydın və açıq olub. Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə işlədik''. İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində dövltə başçısı İlham Əliyev Cənub Qaz dəhlizi layihəsinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunduğunu deyib.

        Müsahibədə diqqətçəkən məqamlardan biri də bu yaxınlarda İttifaqın Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan və Ermənistana ayırdığı maliyyə vəsaitinin miqdarında olan kəskin fərqə dövlət başçısının bir daha toxunmasıdır. Bu qeyri-bərabər yanaşmanın Azərbaycan cəmiyyəti üçün də xoşagəlməz hal olduğunu deyən dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə də bu məsələnin müzakirə olunduğunu deyib.

        Prezident İlham Əliyev müsahibədə Azərbaycan–İtaliya əməkdaşlığından da bəhs edib: “İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. 

      Akif Rüstəmov,

      Xocalı rayon ziyalısı 




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.