Yeni reallıqlar yaradan Ali Baş Komandan

       

      Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı  İlham Əliyevin cari ilin 24 dekabr tarixində Xocavənd rayonunun Hadrut qəsəbəsində  və Şuşa şəhərində çıxışında aşağıdakıları qeyd etdi:

   “Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə böyük diqqət yetirilir, çünki hərbiçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni  yerinə yetirə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun.
   Hərbiçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə dövlətimizin diqqət mərkəzindədir.
   Müharibədən sonra ordu quruculuğu dayandırılmayıb. Orduya  ayrılan xərc daha da artırılıb. Yeni kontraktlar əsasında ordumuz ən müasir  texnikalar, silahlarla təchiz olunur.  Yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş , yüksək iradə nümayiş  etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər.
   Hadrut əməliyyatı  İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik bir əməliyyat idi. Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyanı davam etdirdi.
   Hadrut əməliyyatından sonra  Şuşaya yol açıldı. Azərbaycanın qəhrəman övladları yüngül silahlarla  qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız,  Qarabağın tacı olan Şuşanı işğaldan azad etdilər.
  Şuşanın işğaldan azad olunması döyüşləri  dünyanın ən müasir ordusu olan dövlətlərinin Ali məktəblərində araşdırlır.
  Azərbaycan xalqı hədəfinə nail oldu. Xalq həmrəyliyinin bəhrəsini yaşadı. Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.
   “Xarı bülbül”  festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda  təqdim edildi. Necə böyük inamla , necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq.
   Təəssüf ki,  atam Şuşanın azad olunmağını görmədi, amma onun, bütün şəhidlərin ruhu şaddır.”
   Biz bu torpaqları igidlərimizin  qanı, canı bahasına  işğaldan azad etmişik. Bu torpaqlar əbədi bizimdir.
Heç bir düşmən bu torpaqlara göz dikə bilməz. Əgər düşmən bir daha belə bir səhv etməyə cürət etsə, layiqli cavabın alar.  Buna bizim II Qarabağ müharibəsi dövründə  Prezident, Ordu və xalqın biriyi sayəsində çaldığımız qələbə əyani sübutdur.
   2003-cü ildən prezidentliyə başlamış Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çoxlu çıxışları olmuşdur.
   44 günlük müharibənin gedişində də müxtəlif  jurnalistlərlə müsahibəsində necə təmkinlə, qürurla, məntiqli cavablar verdiyinin şahidi olmuşuq.
   Ali Baş Komandanın bu çıxışının əhəmiyyətindən biri odur ki,  bu çıxışını işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando Hərbi  hissəsinin açılışında etdi.
   Bu görüşü  24 dekabrda-öz ad günündə , həm də 60 illik yubileyində etməsi dostlara, xalqımıza qürur, düşmənlərimizə isə göz dağı və Qüdrətli Ordunun Qalib Sərkərdəsinin layiqli mesajı idi. .
    Bax budur, ömrünü Vətənə, Xalqa, dövlətçiliyimizə həsr etmək.
    Biz müəllimlər də Prezidentimizlə qürur duyuruq. Onun bütün çıxışlaırnı, tövsiyələrini həvəslə dinləyir, yerinə yetiririk. Şagirdlərimizi vətənpərvər, mənəvi saflıq ruhunda tərbiyə etməyə çalışırıq.
   Biz həmişə Prezidentimizin arxasında-dayağındayıq. Hələ görməli işlər,Qarabağın , Azərbaycanın çiçəklənməsi qabaqdadır. Bu işləri həyata keçirmək üçün bütün Azərbaycan xalqı yanındadır, Möhtərəm Prezident!
    Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev! Yaşasın və yeni Qələbələr yaşatsın Azərbaycana!
    Qarabağ Azərbaycandır!

Xudayar Quliyev,
Xocalı rayon sakini 

Yorum Gönder

Daha yeni Daha eski