Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. lham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
İlham
Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir.
O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial
müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə
İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi
köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və
ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən
bu qayğının parlaq təzahürləridir. lham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik
yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı
ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt
Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq
komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin
inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş
müdrik siyasətin parlaq təzahürləridir. İlham Əliyev beynəlxalq münasibətlər
tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya
miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin
başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna,
İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi
səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və
konqreslərdə məruzələrlə çıxış etmişdir.
Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas
strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması
barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr
2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu. Konsepsiya
2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın
artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı
İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində
İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər
barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni
yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət
jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahədə
ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən
konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə
hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.
O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində,
bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda
Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin
uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional
problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident
İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın
Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı
“məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında
fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq”
əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş
dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali
Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi
ermənipərəst jurnalistlərin təxribat dolu suallarına;
tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Azərbaycan Prezidenti
İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və
mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif
olunmuşdur.Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar
və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda
lider dövlətə çevrilmişdir.
Rövşən Atakişiyev,
Xocalı şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Hiç yorum yok:
Yorum Gönder