Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Güclü liderin siyasi uğurları

 


      Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sayəsində siyasi uğurlarımız bir-birinin ardınca gəlir, gəlməkdədir də. Cənab Prezidentin rəhbərliyi, Ali Baş Komandanlığı ilə, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına 44 günlük müharibədə əldə edilmiş zəfər, Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə səfəri, orada yenidənqurma işləri ilə tanış olaraq təməlqoyma mərasimlərində iştirak etməsi və.s. Dillər acizdir saymaqla qurtara.

      Sadalanan siyasi uğurların sırasında ən təqdirəlayiq olanlardan biri də Cənab Prezidentin iyunun 27-də Polşanın Karlovitsa şəhərinə yollanaraq Ümumdünya Şəhərsalma Forumunda “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyada iştirak etməsidir. 

       Cənab Prezident öz çıxışında Forum iştirakçılarını salamlayaraq, Forumda çıxış etməsindən məmnun olduğunu deyib. Cənab Prezident Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyinin tamam olduğunu, bunu qeyd etmək məqsədilə ölkəmizin mədəniyyət paytaxtı olan, işğaldan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbirin təşkil edildiyindən danışıb. Cənab Prezident Bakımızın müasirləşməsindən, digər rayon və şəhərlərmimizin də müasirləşəcəyindən, eləcə də işğaldan azad edilmiş ərazilərimizin müasir infrastruktur üzərində qurulacağını vurğulayıb. Cənab Prezident həmçinin işğaldan azad edilmiş ərazilərimizin işğal dövründə vandalizmə məruz qalaraq ermənilər tərəfindən şəhərlərin viran edilərək, oradakı, maddi-mədəniyyət, dini abidələrin barbarcasına dağıdıldığını söyləyib. Ağdam şəhərinin siyasi şərhçilər tərəfindən Qafqazın Xirosiması adlandırılması dərəcəsində yerlə-yeksan edilməsini, Füzuli şəhərinin bayraq sancıla bilinməyəcək dərəcədə dağıdılmasının Cənab Prezident tərəfindən vurğulanması erməni barbarlığının Beynəlxalq Siyası Arenada bir daha sübutu oldu. Bütün bu dağıntılara baxmayaraq müasir yenidənqurma öz işini görməkdədir. Buna Azərbaycanın Zəngilan şəhərində ilk pilot layihənin reallaşdırılmasını, Zəngilanın Ağalı kəndinin dünyanın ən müasir kəndlərindən biri olduğunu misal göstərmək olar. Müasir infrastruktur layihəsi ilə işğaldan azad edilmiş Füzuli şəhərində səkkiz aydan az müddətə hava limanınının inşası başa çatdı. Hal-hazırda Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə bu cür müasir pilot layihələr inşəallah Xocalı, Xankəndi, Xocavənd və Ağdərədə davam etdiriləcək.

Tamella Bilalova,

Xocalı rayon ziyalısı

Paylaşın:

Vətən müharibəsi şəhidimiz Xəqani Nəsirovun doğum günündə ailəsi ziyarət edildi

       İyun ayının 29-u Vətən müharibəsi şəhidi Nəsirov Xəqani Kamran oğlunun cənnətdə ikinci mövlud günüdür. Şəhidimizin doğum günündə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuroru Əvəz Əliyev, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xocalı rayon İcra hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəhidimizin ailəsini ziyarət edərək, ailənin qayğıları ilə maraqlandılar. Ehsan süfrəsində dua oxundu. 

      Şəhidimizin valideynləri və yaxınları ilə söhbət zamanı Böyük Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan Xəqani Nəsirovun həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs olundu. Onun xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulandı.

      Qeyd edək ki, Xəqani Nəsirov 1982-ci il iyun ayının 29-da Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndi şəhərində dünyaya göz açıb. Uşaq vaxtlarından didərginlik həyatı yaşayan Xəqani daim düşmənə nifrət və qisas hissi ilə yaşayıb. Müddətdən artıq həqiqi hərbi xidmətə yazılaraq gözlənilən savaş gününə hazırlaşıb. Vətən müharibəsində özünün və xalqımızın arzusunun, amalının həyata keçməsi üçün əlindən gələni etmək üçün igidliklə döyüşlərə atılıb. 27 sentyabrda Xəqani Talış və Suvoquşan kəndlərinin alınmasında, düşmənin qurduğu istehkamların yarılmasında öz canını Vətənə sipər etdi. O, mərmi yarası alsa da, düşməni torpaqlarımızdan çıxartmaq üçün son damla qanına qədər vuruşmağı qarşısına məqsəd qoymuşdu. Lakin pusquda dayanan xain düşmənin atdığı güllə onu boyun hissəsindən dəyərək döyüşlərinə son qoydu. Şanlı tariximizə öz imzasını yazan Xəqani Nəsirovun döyüş yoldaşları, əsgər qardaşları torpaqlarımızın ərazi bütövlüyü uğrunda, şəhidlərimizin qisaslarının alınması və onların istəklərinin gerçəkləşməsi üçün vuruşaraq Qarabağı düşmən tapdağından azad etdi. 

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!




Paylaşın:

Dəmir yumruq yerindədir

 


​ ​ ​ ​ ​ ​ Məlum həqiqətdir ki, müstəqil dövlətin əsas atributlarından biri onun ordusudur. Ordu hər bir dövlətin müstəqilliyinin, yaşamının qarantıdır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra mənfur düşmənlərimiz olan erməni faşistlərinin məkrli əməlləri ilə üzləşdi. Yaranmış tarixi fürsətdən istifadə edərək, quldur ermənilər öz havadarlarının təpədən dırnağa qədər silahlanmış hərbi birləşmələrinin köməkliyi ilə Azərbaycan ərazilərini bir - birinin ardınca işğal etməyə başladılar. Əlbəttə, torpaqlarımızın işğalında o, zamankı idarəçilərin səriştəsizliyi və ölkəni vətəndaş müharibəsi həddinə gətirmələri də əsas amillərdən biri idi. Əgər 1993 - cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, erməni işğalının miqyasını belə, təsəvvürə gətirmək olduqca çətin olardı. Məhz Heydər Əliyevin uzaqgörən siyasi irsdəsinin nəticəsində 1994 - cü ildə Bişkekdə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın nəfəs alması və ordu quruculuğuna başlaması üçün əlverişli zəmin yaratdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 


    Güclü ordu yaratmaq üçün də əsas amillərdən biri ölkənin güclü iqtisadiyyata malik olmasıdır. Məhz bu amili əsas götürərək Ümummilli Lider Heydər Əliyev 1994 - cü ilin 20 sentyabr tarixində Beynəlxalq Neft Konsorsiumu ilə məşhur Əsrin müqaviləsini imzaladı. Bu müqavilə Azərbaycan iqtisadiyyatına öz töhfələrini verməyə başladı. Məhz bu müqavilələrin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Təsadüfi deyildir ki, Ölkə​ Prezidenti cənab İlham Əliyev qeyd edirdi ki, tezliklə bizim hərbi büdcəmiz Ermənistanın ümumi dövlət büdcəsindən çox olacaqdır. Cənab İlham Əliyevin bu sözləri tezliklə reallaşdı. Nəticə isə göz qabağındadır. Azərbaycan 30 il ərzində erməni işğalında olan torpaqları 44 günlük Vətən müharibəsi ilə mənfur erməni faşistlərinin işğalından azad etdi.​ ​Vətən torpaqlarının işğaldan azad edilməsi ordunun dəyərini bir qədər də artırdı və ordunun gücləndirilməsi, müasir silahlarla təmin edilməsi hal - hazırda da prioritet məsələlərdən biri kimi Ölkə Rəhbərinin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti iyun ayının 26 - da, Silahlı Qüvvələr günündə Kəlbəcər rayonunda yeni yaradılmış Komando qüvvələri hərbi hissəsinin açılışında çıxış etmişdir. Ölkə Başçısı bu torpaqların necə bir füsünkar təbiətə malik, təbii ehtuyatlarla zəngin olduğunu vurğuladı. O , qeyd etdi ki, təəssüf ki, bu cənnət məkan 30 ilə yaxın vəhşi ermənilərin işğalı altında qalmışdır. Əıbəttə, bu illər ərzində biz daima çalışırdıq ki, torpaqları sülh yolu ilə, heç bir qan tökülmədən azad edək. Ancaq öz havadarlarına arxalanan quduzlaşmış düşmən hər vəchlə sülh danışıqlarından yayınır, işğal prosesini yubatmağa çalışır, Azərbaycan ərazilərindən özünə pay umurdu. Bütün bunlara baxmayaraq, düşmən də gözəl bilirdi ki, Azərbaycan heç vaxt torpaqların bir qarışından da vaz keçməyəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Artıq beynəlxalq təşkilatların da bütün cəhdləri boşa çıxırdı. Çünki, beynəlxalq təşkilatların Ermənistana hər hansı bir sankiya tətbiq edib, onu sülhə məcbur etmə gücü yox idi. Belə olan təqdirdə bu məsələni Azərbaycan özü öz gücünə həll etmək məcburiyyətində qaldı. Haqq ölkəmizin tərəfində idi. Xalq - hakimiyyət birliyi də buna imkan yaradırdı. Məhz bu birliyin nəticəsində ordumuz Ali Baş Komandanın əmri ilə əks hücuma keçdi və qısa zaman kəsiyində - cəmi 44 gün ərzində - torpaqlarımız murdar erməni faşistlərindən azad edildi. Ordumuz düşmən ordusunu darmadağın edərək, onu ağ bayraq qaldırmağa məcbur etdi. Düşmən kapitulyasiya aktına imza atdı və işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir güllə atılmadan boşaldıldı. Əlbəttə, həmin torpaqlar döyüş yolu ilə də olsa mütləq azad ediləcəkdi. Ancaq bu zaman itkilərimiz çox olacaqdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti əlavə etdi ki, biz müharibədən sonra dərhal quruculuq - bərpa işlərinə başladıq. İndi bu yerlərin hər tərəfində geniş quruculuq işləri aparılır, infrastruktur bərpa edilir. İşğaldan azad edilmiş ərazilərdə tikintisi nəzərdə tutulmuş üç aeroportdan Füzuli aeroportu artıq təyyarələri qəbul edir. Zəngilan aeroportu bu ilin sonunda istifadəyə veriləcəkdir. Tikintisi davam etdirilən Laçın aeroportu isə 2024 - cü ildə istifadəyə veriləcəkdir. Muovdağın altından çəkilən 11.5 kilometrlik tunelin tikintisi sürətlə davam etdirilir. Əlbəttə bunlar həyata keçirilən iri miqyaslı tikintilərdir. Bu gün də təəfimizdən Kəlbəcərdə İstisu sanatoriyası və İstisu istehsalı zavodunun təməli qoyuldu. Diqqətlə nəzər saldıqda görülən işlərin miqyası daha böyükdür . Bütün bunları Azərbayca yalnız öz vəsaiti hesabına, heç kəsdən bir qəpik də olsun maliyyə yardımı almadan həyata keçirir. Görülən quruculuq işləri ilə paralel olaraq, ölkəmiz ördu quruculuğunu da daim diqqət mərkəzində saxlayır. Düşmənlə sərhəddə yaxın ərazilərdə hərbi hissələr inşa edilir, sərhəddə postlar qurulur. Bu məqama Ölkə Başçısı İlham Əliyev də "Komando" qüvvələri hərbi hissəsinin açılışında çıxış edərkən xüsusi diqqət yetirdi. O , qeyd etdi ki, altı ay bundan öncə, 2021 -ci il dekabr ayını 24 - də Hadrutda Komando hərbi hissəsinin açılışı olub. İndi isə Kəlbəcər rayonunda ikinci belə hərbi hissənin açılışını edirik. Biz sərhədlərimizin mühafizəsini daha güclü şəkildə təşkil etməliyik. Düşmən hər an Azərbaycan əsgərinin nəfəsini başı üzərində hiss etməlidir. Ermənistandakı bəzi revanşist qüvvələr də bunu qulaqlarında sırğa kimi hiss etməlidirlər. Onlar anlamalıdır ki, onların bizim lə sülh şəraitində yaşamaqdan başqa alternativləri yoxdur.​ Qarabağ Azərbaycandır!​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Rəhbər  Cavadov, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​  ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Xocalı rayon gənci, şəhid övladı

Paylaşın:

Zəfərin mübarək, Azərbaycan Əsgəri!

 


     26 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etmişdir. Səfər ərəfəsində 104 yaşlı ordumuzun yaranma tarixinə ərməğan olaraq Kəlbəcər rayonu ərazisində “Komando" hərbi hissəsinin açılışında iştirak etdi. Müzəffər Ali Baş Komandan hərbi hissəyə yenilməz döyüş bayrağını təqdim etdi. Bu o döyüş bayrağıdır ki, dünya hərb tarixində insana göz bəbəyindən, canından qiymətli uca bir varlıq kimi əmanət edilirdi. Azərbaycan əsgərinin Vətən, torpaq sevgisini heç bir dünya ordusunun hərbi qulluqçusunun hərəkəti üstələyə bilməz. 90-cı illərdə ana qucağında, qundaqda gələn körpələr indi yağı düşmən üzərinə tankla, topla irəlilədi. Bu döyüş bayrağı təqdim edilən hərbi hissə 104 yaşlı Silahlı Qüvvələrin deyil, min illərlə formalaşmış qalib ordunun şərəfini yaşatmaq və daşımaq qabiliyyətinə malikdir. Torpağı qanıyla Vətən edən, bayrağı canı ilə ucaldan Azərbaycan əsgəri bundan sonra daha da inkişaf edəcək, təkmilləşmiş silah və texnikanın hərb elmində tətbiqini tarixə yazacaq. Hərbi hissənin açılışında nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha Ermənistana səslənərək revanşist fikirlərdən əl çəkməyi, bölgədə sabitliyin bərpası naminə Azərbaycanın Beynəlxalq qanunlara uyğun tələblərini yerinə yetirməyə çağırdı. Hərbi hissənin şəxsi heyətinin nümunəvi davranışı, sıra keçidi hərb tarixinə yazılacaq bir formada inkişaf etmişdir. Yurduma göz dikənin gözü oyulacaq, əl uzadanın qolu kəsiləcək. Ordum varsa yurdum var. Vətənə sipər, düşmənə çəpər oğullar torpaqlarımızı əsarətdən, xalqımızı xəcalətdən xilas etdiyiniz üçün başda Cənab Ali Baş Komandan olmaqla Sizə minnətdarıq. Hərbi qulluqçularımızın hər gün hərbi hissə ərazisində qarşılaşdığı “Dəmir yumruq" abidəsi düşməni hər an lərzəyə salır. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruq yerindədir" ifadəsi vətənimin hər dağında, dərəsində erməni quldurlarına yer olmadığına bir sübutdur. 

Addımlarıq Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə,

Yağı düşmən sığınsa da, torpağımda bənd bərəyə.

        Gün gələcək, üçrəngli, ay-ulduzlu bayrağımız altında belə “Komando" hissələrimiz Xankəndində, Xocalıda, Ağdərədə təşkil ediləcək. Yaşasın cənab Ali Baş Komandan! Eşq olsun 104 yaşlı Azərbyacan Silahlı Qüvvələrinə! Eşq olsun Azərbaycan əsgərinə!   

Pərviz Həsənli,                      

Xocalı rayon gənci

Paylaşın:

Vətən müharibəsi şəhidi Xəqani Nəsirovun sinif rəhbərinin xatirələri

      Əziz oxucular!
      Məlumunuz olsun ki, Nəsirov Xəqani Kamran oğlu 1982-ci il iyun ayının 29-da Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndi şəhərində dünyaya göz açıb. O, 1988-ci ildə ailəsi ilə birlikdə məcburi köçkün olaraq Xocalı şəhərinə gəlmişdir. Xəqani Nəsirov 1989-cu ildə Xocalı şəhər 1 saylı tam orta məktəbinin I sinfinə qəbul olub. V sinifdən mən ona sinif rəhbəri olmuşam. Dərslər zamanı mən hər dəfə şagirdlərə Qarabağ haqqında söhbətlər aparır, onlara Vətən sevgisini aşılayırdım. Qəlbi Vətən eşqi ilə, yurd həsrətilə döyünən Xəqani, həmişə fikrimin məğzini məndən əvvəl deyirdi. O, deyirdi ki, müəlim, biz Qarabağı mütləq azad edəcəyik. Biz o zamanlar Naftalan şəhərində məskunlaşmışdıq. Nəsirov Xəqani çox cəsarətli, çılğın, qoçaq bir şagird idi. Vətənini, xalqını çox sevirdi. Bütün həmvətənlər kimi Xəqani də əmin idi ki, topraqlarımızı mənfur düşmənin tapdağından azad edəcəyik. Elə bu inam xalqımıza, Prezidentimizə güc verdi ki, 44 gün ərzində Qarabağı azad etdik.
        Xəqani və Xəqani kimi yüzlərlə qəhrəman, vətənpərvər, igid oğullarımızın qanı bahasına və müdrik Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Vətən müharibəsində Şanlı qələbə çaldıq. Qəhrəman şəhidlərimiz və qazilərimiz əbədi olaraq xalqımızın qəlbində, yaddaşında yaşayacaqdır. 
        Vətənin igid oğlu, cənnətdə 40 yaşın mübarək olsun! 












                        
Solmaz Məmmədova,
Xocalı şəhər 1saylı tam orta məktəbin müəllimi 
 
 
Paylaşın:

Güclü siyasət Silahlı Qüvvələrimizin qüdrətini göstərir

      Xalqımızın Ümummilli lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır. Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edir, Vətəninə sadiqdirlər.

Ordumuzun şücaətini 44 günlük müharibədə gördük və canlı şahidləriyik. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz düşmənə qan uddurdu. Dəmir yumruq öz qələbəsi ilə Azərbaycan xalqına sevinc yaşatdı. 30 illik Qarabağ həsrətinə son qoyuldu. Güclü siyasət Silahlı Qüvvələrimizin qüdrətini göstərdi. Biz gənc nəslin nümayəndələri Prezidentimizlə, Ordumuzla, qazilərimizlə, Vətənin layiqli övladları ilə fəxr edirik. Ali Baş Komandanımızın güclü siyasətini bəyənir, onu dəstəkləyirik və hər zaman yanındayıq.

Nərminə İmanaova,

Xocalı rayon ziyalısı

 

 

Paylaşın:

Güclü dövlətimiz - güclü ordumuz

      Bəli bu gün 26 iyun, Milli ordumuzun yarandığı tarix. Qədim dövlətçilik adət ənənələrinə malik olan Azərbaycan, həm də qədimdən möhtəşəm ordu quruculuğuna da malikdir. Biraz tarixi keçmişə qayıtsaq, Azərbaycanın ilk mərkəzləşmiş dövləti olan Manna dövlətindən tutmuş bugünkü müstəqil Azərbaycan respublikasına qədər möhkəm və iradəli ordumuzun olmuşdur. Azərbaycanda hökmdarlıq etmiş hər bir hər bir sülalənin başında durmuş sərkərdələrimiz vardır ki onlara misal Cavanşir, Babək, Şəmsəddin Eldəniz Qara Yusif, Azərbaycanı Avropa ilə tanış etmiş Həsən padşah, ölkəmizi böyük ərazili siyası qüvvəyə çevirmiş Şah İsmayıl Xətai, itirilmiş torpaqlarımızın bərpasini başa çatdırmış I Şah Abbas, əməlləri və cəsarətlərilə l dünya müharibəsində nəinki xalqımızın, sovetlər birliyində müdafiə olunmuş hər bir xalqın rəğbətini fəth etmiş Əliağa Şıxlinski, Səməd bəy Mehmandarovu və s. yüzlərlə oğullarımızı göstərmək olar. Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən həmişə güclü olduğu qədər də ordu quruculuğu cəhətdən də zəngin olmuşdur. Bu zənginliyin və tarixi adətin nəticəsi idi ki Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci 26 iyun tarixində müstəqil Azərbaycanın Milli ordusunun da əsasını qoymuşlar. Həmin Milli ordu ki II Qarabağ döyüşlərində gücümüzü nəinki düşmənə, eyni zamanda bütün dünyaya çatdırmış oldu. Həmin Milli ordu ki ölkəmizdə hakim olmuş 70 illik sovet imperiyasının mövcud olduğu dövrdə belə öz varlığını qoruyub saxlamışdır. Həmin Milli ordu ki müasir tariximizin ən güclü sərkərdəsi azadlığımızın sonuncu qurucusu olan Ulu öndər Heydər Əliyev tərəfindən təkrar komplektləsdirilmiş, əvvəlkindən daha qüdrətli, nizam intizamlı, intiqam ruhlu əsgərlərlə dolu olan dünya ordu sıralarında öz sözünü demiş bir qüvvəyə çevrilmişdir. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev həmin siyasəti məharətlə davam etdirir, Dəmir Yumruq səviyyəsinə gətirilmişdir. Ali Baş Komandanımızın əzmkar, dayanıqlı, ağıllı və uzaqgörən siyasətinin nəticəsi idi ki Dəmir Yumruq ordusunun zərbələrilə 30 il üzünü belə görməkdən məhrum olduğumuz torpaqlarımıza qovuşduq. Tarixi həqiqət və ədalət bərpa olundu. Qüdrətli ordumuzun əyilməz və iradəli başçısı olduğu kimi, həm də əsgərləri var. O əsgərlərə ki Vətən müharibəsində hamılıqla döyüşə atıldı, minlərlə şəhid verdi, minlərlə Qaziləri var. Özüm də bu ordunun və bu döyüşün əsgəri olduğum üçün Ali Baş Komandanımız başda olmaqla xalqımız, torpağımız, şəhid və qazilərimizlə qürur duyuram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Amin! Sonda ordumuzun bütün əsgər və zabitlərini bu bayram münasibətilə təbrik edir, hər birinə uzun ömür cansağlığı arzulayıram.

Qoşqar Orucov,

Xocalı rayon 5 saylı tam orta məktəbin müəllimi, 

Vətən müharibəsi iştirakçısı

Paylaşın:

Ordumuzun hərbi qüdrətini artıran dövlət siyasəti

     

       Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaranması Azərbaycan dövlətinin mütəqiliyyinin carçısı idi.

        Milli Ordumuz Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında, 26 iyun 1918-ci ildə yaranmağa başladı. Avqust ayının 1-də Azərbaycan Xalq Cümhriyyətinin ilk Hərbi Nazirliyi yaradıldı. Həmin ayın 25-də nazir vəzifəsinə general Səmməd bəy Mehmandarov, müavini isə Əlağa Şıxlinski təyin edilib. Ordumuz həmən vaxtlar Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalçılardan azad etdi. O, zaman Ordumuz tərəfindən Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Ordumuzun ömrü çox uzun olmadı Azərbaycan Xalq Cumhriyyətinin süqutu ilə Ordumuzda ləğv olundu.

          Azərbaycan  Respublikası Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

      Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Ulu Öndər Hərb sahəsinin inkişafı üçün 1999-cu il yanvar ayının 20-də Hərbi Akademiyanın yaranması haqqında fərman imzaladı. Ulu Öndər 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

      Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Azərbaycan ordusu 44 günlük Vətən müharibədə tarix yazdı,dünya bir daha Azərbaycan Ordusunun gücünü gördü. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.

      Var olsun Ordumuz, yaşasın Ali Baş Komandanımız!

      Yaşasın müstəqil Azərbaycan dövləti!

Vüqar İsmayılov, 

YAP Xocalı rayon təşkilatının əməkdaşı


Paylaşın:

Silahlı Qüvvələrin moderinləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir

       Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildən yenidən Azərbaycanda siyasi hakimiyyətə gələndə Azərbaycanda ordu əvəzində ayrı-ayrı şəxslərə, siyasi məqsədlərə xidmət edən silahlı dəstələr mövcud idi. Böyük dövlətçilik təcrübəsi olan Ulu Öndərimiz Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək onun əvəzində vahid komandanlığa tabe olan nizami ordunun bünövrəsini qoydu və yaradılmış yeni silahlı qüvvələr tərəfindən ermənilərə laiqli cavab verilərək onlar xeyli geri oturduldu və atəşkəsə razlıq verməyə məcbur edildilər. 2003-cü ildə cənab Prezident İlham Əliyev Prezident seçiləndən sonra torpaqlarımızın 20 %-nin Ermənistan ordusnun işğalı altında olduğunu nəzərə alaraq, Azərbaycanın müdafiə qütrətinin artırılmasını dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyən etdi. Dövlət büdcəsindən müdafiə xərclərini ilbəil artırmaqla Ordunun maddi-texniki təminatını müasir  silah və sursatlarla təmin etməklə yanaşı, yüksək peşəkarlığa malik hərbi kadrların yetişdirilməsi daima diqqət mərkəzində saxlanıldı.

    Respublikada Müdafiə Sənayesi Nazirliyi yaradılaraq Ordunun təminatı üçün yeni silah və sursat istehsalına başlanıldı.  Müsair hərbi texnologiyaların nəaliyyətlərinin nümaiş edildildiyi sərgi və yarımarkalarda Azərbaycanın iştrakı təmin edildi. Ordumuzun döyüş qabiliyyətini, peşəkarlığını və fiziki hazırlığını artırmaq məqsədilə təlim planları hazırlanaraq təsdiq edildi və təlim planlarına uyğun təlim-məşq toplantılarının keçirilməsi mütəmadi xarater aldı. Müasir dövrün hərbi əməliyyat şərtlərinə cavab verən silah istehsalçısı olan dövlətlərlə əlaqələr qurularaq ən yüksək texnalogiyalar əsasında hazırlanmış yeni silahlar ordumuzun arsenalına qəbul edildi. Müasir silahlardan istifadə etmək bacarığına malik peşəkar hərbi kadrlar hazırlandı və s.

      Dünyanın ən güclü ordularından birinə sahib olan qardaş Türkiyə Respublikası ilə digər sahələrlə yanaşı hərbi sahədə də geniş əməkdaşlıq əlaqələri quruldu, çoxsaylı birgə təlimlər keçirildi. Keçirilən təlimlər bütün qoşun növlərini  və hərbi birləşmələri əhatə edirdi ki, buda müxtəlif qoşun növlərinin hərbi əməliyyatlar zamanı birə fəaliyyətlərini təmin etməyə hədəflənmişdir.

     Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, hərbi strategiya 44 günlük Vətən müharibəsində özünün doğru nəticələrini təsdiq etdi.

     Cənab prezident İlham Əliyev müharibədən sonrakı dönəmdə də Ordumuzun dahada gücləndirilməsi istiqamətində ardıcıl iş aparır. Buna görə də Ordumuz öz üzərinə düşən tapşırıqların hər an icrasına hazırdır.

    Bildiyiniz kimi 26 iyun Respublikamızda Silahlı Qüvvələr günüdür. Bu gün münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab prezident İlham Əliyev başda olmaqla bütün şəxsi heyyəti ürəkdən təbrik edir, daima qələbə müjdəçiləri olmalarını arzuayıram.

 Vahid Əliyev,

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri

Paylaşın:

Müstəqil Azərbaycanın qalib Ali Baş Komandanı, Qalib Ordusu

 
      Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri məhz ordu quruculuğu olmuşdur. Güclü ordu və donanma yaratmadan dövlət müstəqilliyini təmin etmək mümkün deyildi. Ona görə də hökümət milli ordu qrurculuğuna xüsusi diqqət yetirirdi. Cümhuriyyət yarananda cəmi 600 nəfərdən ibarət kiçik hərbi qüvvəsi var idi. Daxili və xarici düşmənlərin çoxluğu şəraitində bu qüvvə ilə istiqlalımıız və ərazi bütövlüyümüzü qorumaq mümkün deyildi. Hökümət Osmanlı dövlətindən hərbi yardım almaqla yanaşı, ləngimədən milli ordunu da yaratmağa başladı. Birinci addım kimi hökümət 1918-ci ilin iyunun 26-da müsəlman korpusunu Azərbaycan korpusu adlandırdı. 1918-ci ilin noyabrın 1-də hərbi nazirlik yaradıldı. Hərbi nazir Səməd bəy Mehmandarovun və müavini Əliağa Şıxlınskinin rəhbərliyi ilə Milli Ordu quruculuğu uğurla aparırılrdı. 1920-ci ildə nizami Azərbaycan ordusunda qırx min əsgər və zabit xidmət edirdi. Onların otuz mini oiyada, on mini atlı qoşun idi. 

      1920-ci ilin mart-aprel aylarında milli ordu hissələri Dağlıq Qarabağda düşmənə qarşı uğurlu hərbi əməliyyat apardı. Əsgəran döyüşündə erməni qiymaçıları və Ermənistan ordu hissələri darmadağın edildi. 

     1988-ci ilin fevral ayından başlayaraq Ermənistan işğalçı qüvvələri Azərbaycanın kənd və şəhərlərinə işğalçı hücumlar etdilər. 

     Qarabağın dağlıq hissəsində Erməni silahlı qüvvələrin vəhşiliklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan Republikası Ali Soveti 1991-ci ilin oktyabrın 9-da Azərbaycanın Milli özünümüdafiə qüvvələri haqqında qanun qəbul etdi. Bu qanuna əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı ərazidə özünümüdafiə batalyonları yaradıldı. Lakin bu batalyonlar parakəndə fəaliyyət göstərir və kifayət qədər nizam intizam yox idi. Təcrübəli hərbiçilər az idi. Hərbi hissələrin bəziləri müəyyən siyasi qüvvələrin maraqlarına tabe edilmiş, onlara pozucu ünsürlər yol tapa bilmişdir. Döyüş qabiliyyətinə malik olmayan, lazimi silah-sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni qüvvələrinin qarşısını ala bilmirdi. Ona görə də bizim ərazilərimiz erməni işğalçı qüvvələri tərəfindən işğal edilirdi. 

      Ümumilli Lider Heydər Əliyev 1993-cü il oktyabr 3-də Respublikanın prezidenti seçildikdən sonra xarici siyasətində ən mühüm uğurlarından biri 1994-cü il mayın 12-də Ermənistan Azərbaycan arasında atəşkəsin əldə edilməsi oldu. Ordu quruculuğunu möhkəmləndirmək məqsədi ilə vaxt qazanmaq üçün atəşkəs elan edilməsi taktiki gediş idi. 

       Ölkə prezidenti Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi altımda ordu quruculuğu daha da inkişaf etdirildi. Lazimi silah sursatlar, maddi texniki baza ilə təmin edildi. Bu isə öz növbəsində 30 ilə yaxın bir müddətdə iişğal altında olan torpaqlarımızın azad edilməsinə imkan yaratdı. 2020-ci ilin sentyabrın 27-dən noyabr 10-dək keçən 44 gün ərzində Ermənistan ordusu Qarabağda əlverişli mövqelərə, strateji yüksəkiliklərə hakim olmasına güclü yeraltı yerüstü istrhkamlar qurmasına baxmayaraq müzəffər Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri cəmi 400 nəfərlik dəstə ilə sıldırım qayalıqları dırmaşaraq, heç bir texnikadna istifadə etməyərək, Şuşa şəhərinə daxil oldular. 

      Ali Baş komandan İlham Əliyev cənabları xüsusi təyinatlılarla görüşdə demişdirki, mən o sərt keçilməz qayalıqlara baxanda həmişə gözlərim önünə siz gəlirsiniz. Budur, Azərbaycan ordusunun gücü, qüdrəti. Azərbaycan ordusunun göstərdiyi igidlik və qəhrəmanlıq dünya hərb tarixinə düşdü. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Əldə olunan bu qələbəyə görə Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla Müzəffər Ordumuza borcluyuq.

Orxan Məmmədov,

Xocalı rayon gənci, Vətən müharibəsi iştirakçısı

Paylaşın:

Əgər bir dövlətin ordusu güclüdürsə, onu heç bir ölkə məğlub edə bilməz

​ ​ ​ 1918-ci il 26 İyun tarixli fərmanla Azərbaycan Milli Ordunun yaradılmasına başlanıldı. Həmin qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da Milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilatdır. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə isə Azərbaycan Respublikasının Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyasının, Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə xidməti daxildir.​

​ ​ ​ ​ Prezident Heydər Əliyev hakimiyyətə gəldikdə bir neçə paradlar təşkil edərək dövlətimizi daha da zirvələrə qaldırmışdı. Əgər bir dövlətin ordusu güclüdürsə, onu heç bir ölkə məğlub edə bilməz. Ulu Öndərin yeritdiyi uğurlu siyasətini Ali Baş Komandan İlham Əliyev davam etdirdi. İlham Əliyevin daimi nəzarəti, diqqəti və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyin düzgün qurduğu fəaliyyət nəticəsində ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, ictimai, texniki - təchizat, silah- sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə geeilədiyini, uduzduğunu hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu.

​ ​ ​ ​ Mən​ bir ana kimi qürur hissi duyuram ki, bizim vətənpərvər, Vətəni anası qədər sevən Azərbaycan oğulları var. Mən də oğul anasıyam. Həmin oğul böyüyüb igid əsgər oldu. Qarabağ uğrunda gedən döyüşlərdə hünərlə vuruşaraq Azərbaycan bayrağını zirvələrə qaldırmış, dövlətimiz tərəfindən 2 medalla təltif edilmişdir. Mən bu qürur hissini tək öz adımdan yox, bütün anaların dilindən səsləndirirəm. Çünki müharibə vaxtı övladı döyüşdə olan anaların keçirdiyi o həyəcanı daha yaxşı anlayıram.

​ ​ ​ ​ ​ İnanırıq ki qələbə əzmi ilə xidmət edən ordumuzun şəxsi heyəti xalqımızı daha çox sevindirəcək. Bu isə Azərbaycan Ordusunun Dövlət qayğısına, xalq​ sevgisinə ən düzgün cavabı olmalıdır. Bayramınız mübarək Azərbaycan Ordusu!!!

Məlahət İsmayılova,

Xocalı rayon sakini

Paylaşın:

Azərbaycan Ordusunun döyüşkənliyi və qəhrəmanlığı bütün dünyaya məlumdur

 

Güclülərin sırasında qərar tutub sənin adin.

Sən həmişə zəfərlərə çox inamla addımladın,

Dastanlara mövzu olub Mübarizin, həm Poladın

Düşənlərin ürəyinə salmısan ölüm qorxusu,

Allah sizləri qorusun Azərbaycan ordusu.


Hər şey vətən üçün olub ən əziz şüarın sənin

Vətən sənə əmanətdir, keşiyindəsən Vətənin.

Qarabağda dastan yazan şəhidlərin, qazilərin,

Qarşınızda baş əyirik, bax budur sözün doğrusu

Allah sizləri qorusun Azərbaycan ordusu.


Artıq Qarabağa düşmən əli yetməyəcək,

Xudayarın xoş avazı qulaqlardan getmeyəcək,

Şəhidlərin qanı heç vaxt yerdə qalıb, itməyəcək

Qarabağı azad edib yaşatdız zəfər duyğusu,

Allah sizləri qorusun Azərbaycan ordusu.


        Torpaqlarımız azad olunması ilə nəticələnən Vətən müharibəsi xalqımızın qürur mənbəyi, şərəf tarixidir. Bu qüruru bizə yaşadan isə möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğal altında olan torpaqlarımız artıq azaddır, həm də​ sürətlə bərpa olunur.​

       ​ Vətən müharibəsində bu qələbəni bizə yaşadan qəhrəman oğullarımızın böyük əksəriyyəti Qarabağı görməmişdir. Buna baxmayaraq, əzəli yurdumuzun xəritəsini beyinlərinə, sevgisini ürəklərinə həkk edib, irəli atıldılar. Onlar düşməni əzib torpaqlarımızı, adımızı, şərəfimizi geri qaytardılar.​ ​

​ Mənim gənclik illərim torpaqlarımızın işğalı dövrünə təsadüf etdiyindən o acılı günləri yaxşı xatırlayıram. Aclıq, səfalət, xaos dolu o günlər insanlarda bir çaşqınlıq, ümidsizlik yaratmışdı. Dövlətçiliyimiz böyük təhdid və təhlükə altinda idi. Böyük dövlətlər və beynəlxalq qurumlar ya seyrçi mövqedə durur, ya da gizli formada Ermənistana dəstək verirdilər.

      ​ Ancaq Azərbaycan xalqı heç vaxt ümidlərini itirmədi. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişi, Azərbaycanın dövlətçiliyin və müstəqilliyin xilası yolunda həyata keçirdiyi missiya ilə başlanan böyük siyasət bu ümidi gerçəkləşdirdi. Ulu öndər Heydər Əliyev müdrikcəsinə ilk öncə atəşkəsə nail oldu. Daha sonra ölkə iqtisadiyyatının bərpasına start verildi. Ulu öndərin dediyi kimi, yalnız iqtisadiyyatı güclü olan dövlət düşmən üzərində qələbə qazana bilərdi. Eyni zamanda güclü iqtisadiyyat həm də​ güclü ordu demək idi. 1994-cü ildə imzalanmış "Əsrin kontaktı" tariximizin dönüş nöqtəsi oldu.​

       ​ Ümummilli lider Heydər Əliyev Ermənistanla danışıqlar prosesində hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi. Amma danışıqlar prosesində iştirak edən beynəlxalq təşkilatlar və dövlətlər həmişə ikili siyasət yürütdülər, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində maraq göstərmədilər.

    ​ Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda böyük bir inkişaf siyasəti həyata keçirən Heydər Əliyev bütün siyasi fəaliyyəti boyu torpaqrımızın işğaldan azad olunması uğrunda mübarizə apardı. Ulu öndər Azərbaycan Ordusu yaratdı, danışıqlar prosesinin Azərbaycanın mənafeyinə zidd məcraya yönəlməsinə imkan vermədi.

      ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyin ilk günündən Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirdi. Bu siyasətin əsas vəzifələrindən biri torpaqlarımız erməni işğalından azad olunması idi. Danışıqlar prosesində dövlətimizin milli maraqlarına zidd təklifləri rədd edən İlham Əliyev bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və istənilən yolla işğal altındakı ərazilərimiz azad ediləcək. Bu illər ərzində həyata keçirilən ordu quruculuğu göstərirdi ki, danışıqlar mənasız başa çatacağı təqdirdə Azərbaycan hərbi yolla torpaqlarını geri qaytaracaq.​

     ​ Apardığı uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanı nəinki Qafqazın, hətta dünyanın inkişaf etməkdə olan dövlətinə çevrən möhtərəm Prezident İlham Əliyev bununla həm də olkəni sürətlə böyük zəfərə doğru apardı. Hər il dövlət büdcəsi təsdiq edilərken cənab Prezident iki məsələyə xüsusi diqqət yetirirdi:- müdafiə və sosial rifah.

     ​ İlham Əliyev Azərbaycan Ordusunu gücləndirdi, müasir müdafiə sənayesinin təməlini qoydu. Milli Ordumuz ən müasir silahlarla təchiz olundu, ən yüksək döyüş imkanlarını mənimsədi. Bununla belə, Azərbaycan həmişə beynəlxalq hüquqa hörmət etdiyini, torpaqlarının da beynəlxalq hüququn norma və prinsipləri əsasında azad olunmasına tərəfdar olduğunu bəyan edirdi.​

     ​ Amma istər Ermənistan, istərsə də ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar yenə də öz mövqelərinindən əl çəkmədilər. Azərbaycan vətəndaşılarının məğlubiyyətlə barışacağını düşünənlər yanılırlar. 44 günlük Vətən müharibəsi xalqımızın öz azadlığı, öz milli haqqı uğrunda mübarizəsinin təntənəsi oldu. Beynəlxalq hüquqa əməl etməyən Ermənistanı Azərbaycan güc yolu ilə cəzalandırdı və BMT qətnamələri ilə yanaşı, bütün beynəlxalq sənədlərin tələblərinin həyata keçməsini təmin etdi.

​ Artıq 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azaddır. Vasitəçilərin bu müddətdə həll edə bilmədikləri və ya həll etmək istəmədikləri Dağlıq Qarabağ problemini Azərbaycan Ordusu 44 günə həll etdi.

     ​ Bu gün Azərbaycan Ordusunun döyüşkənliyi və qəhrəmanlığı bütün dünyaya məlumdur. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində.​ ​ ​ ​ ​

 "Dəmir yumruq " kimi dayanaraq düşmənin canına qorxu salmaqdadir. İftixarımız, qürurumuz, güvən yerimiz olan ordumuzla fəxr edir, qalib xalq olmağın xoşbəxtçiliyini yaşayırıq.

Yaşasın Azərbaycan!​

Var olsun Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Reyhan Əliyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Zəfər yolunun yolçusuyuq biz

      Azərbaycan dövləti yaranandan və azərbaycan milləti formalaşıb yer üzündə mövcud olduğu gündən ta ki, bu günə qədər Azərbaycanın keşməkeşləri bərabər uğurları da olmuşdur. Müzəffər Ali Baş Komandan Cənab Prezidentin sayəsində bu uğurlar hələ də davam etməkdədir. Azərbaycanın ordu quruculuğu qədim dövlətçilik ənənələrinə söykənir. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində hərbçilərə, hərbi xidmət müqabilində müəyyən növ torpaq mülkiyyətinin verilməsi, Səfəvi ordusunda azərbaycanlılardan ibarət çərik adlı qoşunun təşkil edilməsi buna sübutdur. Bu müddətdə ermənilərə havadarlıq edən Avropa ölkələrinə, xüsusən də Rusiyaya bəyan etmək lazımdır ki, Sovet İttifaqının müharibədə təkcə Azərbaycanın nefti yox, canlı qüvvəsinin hesabına qələbə çaldıqlarını yaxşı bilsinlər.  Böyük Vətən Müharibəsində Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Əhmədiyyə Cəbrayılovun misilsiz şüacətlər göstərməsi bunun başlıca göstəricisidir. Ümummilli lider Heydər Əliyev yenə də buna səssiz qalmadı. 1971-ci il aprelin 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsası qoyuldu və Ümummilli Lider Heydər Əliyev bu Liseyin açlılış mərasimində iştirak etdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılışı hal-hazırki dövrdə də öz bəhrəsini verməkdədir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ordu yenidən quruldu, Silahlı Qüvvələrimiz savadlı, vətənpərvər, mənəvi və fiziki cəhətdən sağlam, çevik kadrlarla təmin edildi. 1918-ci il 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan edildi. Hər il 26 iyun tarixində böyük təntənə ilə yarandığı günü qeyd etdiyimiz Azərbaycan Ordusunun nəyə qadər olduğunu 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən savaşı açıq şəkildə bəyan etdi. Şuşaya gözlənilməz yerdən, qayalardan dırmanaraq həmlə edilməsi, Cəbrayıl Dövlətzadənin əliyalın şəkildə hücum edərək bir erməni generalını və bir erməni polkovnikini yalın əlləri ilə boğması, Mais Bərxudarovun və Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovun iştirakı ilə Xocalının Çanaqçı kəndində N saylı hərbi hissənin açılışı buna ən bariz misaldır. Gün gələcək işğaldan azad olunan ərazilər bərpa ediləcək, Xocalı, Xankəndi, Xocavənd və Ağdərədə Azərbaycan bayrağı dalğalanacaq. O gün, uzaqda deyil.

Pərviz HƏSƏNLİ,

Xocalı rayon gənci


 

Paylaşın:

“26 iyun- Silahlı Qüvvələr Günü” münasibəti ilə "N" saylı hərbi hissədə silsilə tədbirlər keçirildi

      Xocalı rayon İcra Hakimiyyətinin, Xocalı və Naftalan şəhər Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "N" saylı hərbi hissədə hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, onların asudə vaxtının səmərəli təşkili və fiziki hazırlığının, mübarizlik hissinin yüksəldilməsi məqsədi ilə “26 iyun - Silahlı Qüvvələr Günü”nə həsr edilmiş silsilə tədbirlər keçirildi.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himnimiz səsləndirildi.

Sonra futbol idman növünün hərbicilər arasında təbliğ edilməsi məqsədilə hərbi hissənin komandaları arasında mini-futbol idman növü üzrə yarış keçirildi. 

Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən idarə rəisləri Elməddin Bağırov və Samir Qocayev, hərbi hissə komandiri Polkovnik Əliyusif Məmmədov, ŞİH-nin əməkdaşı Şəmsəddin Həsənov əlamətdar gün münasibətilə əsgərləri təbrik etdilər. Bildirdilər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Daha sonra hərbi hissə rəhbərliyinə idarənin fəxri fərmanı və futbol forması, bir qrup zabit və əsgərlərə fəal iştirakına görə təşəkkürnamələr, mini-futbol yarışında qalib gəlmiş komandaya isə diplom və kubok təqdim edildi.

Tədbir incəsənət nümayəndələrinin iştirak etdiyi konsert proqramıyla davam etdirildi.






Paylaşın:

AZƏRBAYCAN ORDUSU ŞANLI ZƏFƏRİMİZİN BÜNÖVRƏSİDİR

 


İnamsız bir qartalın qanadları gərilməz,

Döyüşsüz azadlığın meyvələri dərilməz,

Şəhidsiz bir millətin vətən ruhu dirilməz,

Oğullar ola-ola, necə deyim mərdim yox. 

Ordum varsa, yurdum var. 

Ordum yoxsa, yurdum yox!  

                                                              (Zəlimxan Yaqub)

Həqiqətən bir dövlətin var olması üçün, bir millətin firəvan yaşaması üçün ilk növbədə onun güclü, qüdrətli ordusu lazımdır. Güclü ordusu olmayan dövlətin sonu yalnız uçurumdur. Hansı ki, 30 il öncə səriştəsiz ölkə rəhbərliyi ilə bərabər, nizamlı ordumuzun olmaması sayəsində torpaqlarımızın 20 faizini itirdik. Azərbaycandan çox -çox kiçik bir dövlət torpaqlarımızı çox asanlıqla işğal etdi. Bu məhz güclü ordumuzun olmaması sayəsində baş verdi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1993-cü ilin sonlarından başlayaraq artıq, nizami ordu formalaşmağa başladı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra ordunun gücünü daha da möhkəmləndirdi. Xüsusi tədbirlər sayəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ordumuz müasir hərbi texnika ilə təchiz olundu, nizam-intizam gücləndirildi. Məhz elə, o nizamlı, güclü ordumuzun sayəsində 30 ildən sonra itirdiyimiz torpaqları geri qaytarmağa nail olduq. Heç bir çətinlikdən qorxmayan Azərbaycan ordusu canları-qanları bahasına, qayalara dırmaşaraq Şuşamızı və digər rayonlarımızı işğaldan azad etdilər. Azərbaycan xalqına “ Böyük Zəfər”imizin sevincini yaşatdılar. 

Bu gün Azərbaycan Ordusu dünyanın güclü ordu sıralarındadır. Ali Baş Komandan İlham Əliyev tərəfindən hər zaman orduya xüsusi qayğı və diqqət göstərilir, hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərimizin sosial problemlərinin həlli istiqamətində işlər görülür. Yüksək təlim keçmək üçün onlar dünyanın müxtəlif ölkələrinə göndərilir. 

Hər il 26 iyun “Silahlı Qüvvələr Günü “ kimi qeyd edilir. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün əziz və müqəddəs gündür. 

26 iyun “ Silahlı Qüvvələr Günü “ münasibətilə vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, əsgərlərimizə can sağlığı diləyirik! 

Yaşasın Qüdrətli Azərbaycan Ordusu! 

Vəsilə Quliyeva,

Xocalı rayon Kosalar kənd sakini

Paylaşın:

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir

 


Mən bir Azərbaycan vətəndaşı kimi Ordumuzula fəxr edirəm. Vətən müharibəsindəki Şanlı qələbəmizdən sonra qalib ölkənin qalib vətəndaşı kimi başı dik, qürurla gəzirəm. Bilirəm ki, bu qələbə asan başa gəlməyib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda onminlərlə şəhid vermişik. Əsrlərdir işğala məruz qalaraq parçalanan torpaqlarımızın bir qismini 44 günlük haqq savaşımızda bərpa etdik. Bundan sonra ayrı-ayrı dövlətlərin əsarətində qalan torpaqlarımızı azad edib bütövləşdirmək uğrunda mübarizəmizi genişləndirməliyik. 

Məlumat üçün bildirirəm ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. 

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. 

Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Əminəm ki, gündən-günə inkişaf edən dövlətimizin uğurları ilə bərabər, qələbələri də bol olacaq. Türkiyə-Azərbaycan qardaşlığı bizim gücümüzü daha da artırır. Yolumuz Turan yoludur. Bu yol bizi …Zəngəzura, Göyçəyə, Təbrizə… aparır.  

Raqif Həsənov,

Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi

Paylaşın:

Özbəkistan Azərbaycanın haqq işi uğrunda mübarizəsini daim dəstəkləmişdir

 


      21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə getmişdir. Azərbaycan Respublikasının Prezidentinin Özbəkistan Respublikasına səfəri zamanı onun şərəfinə Daşkənd Hava Limanında fəxri qaravul düzülmüşdür. Cənab Prezidenti rəsmiyyətdən başqa dost, qardaş mehribanlığı ilə Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov və digər hökumət adamları qarşıladı. 

     1997-ci ildə Ulu öndər Heydər Əliyevin Özbəkistana səfəri çox məmunluqla qarşılanmış və iki dövlət Azərbaycan və Özbəkistan arasında bir çox mühüm sənədlər imzalanmışdır. İndiki səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şovkeat Mirziyoyev arasında iyirmiyə yaxın sənəd imzalanmışdır. Demək olar ki, "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" imzalandı. Səfər zamanı ölkə başçımız Özbəkistanın bir çox tarixi yerlərini ziyarət etdi. Onu da qeyd edim ki, Özbəkistan iştirak etdiyi beynəlxalq təşkilatların toplantısında Azərbaycanın haqq işi uğrunda mübarizəsini daim dəstəkləmişdir. İmzalanan sənədlərdə Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi texnika sahədə əməkdaşlıq sənədi öz əksini tapmışdır.

      Səfər çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı olmuşdur. İki dost və qardaş ölkə arasında olan bu xoşməramlı hadisə Ulu Öndərin Özbəkistan səfərinin 25 illiyinə təsadüf etmişdir. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının toplantısında Özbəkistan Prezidenti Şovkeat Mirziyoyev Füzuli şəhərində məktəb tikintisinin Özbəkistan büdcəsinin vəsaiti hesabına inşa ediləcəyini bildirmişdir. Artıq 960 yerlik məktəbin inşası üçün üç hektarlıq ərazi ayrılmış, ilkin işlərə başlanmışdır. Dini bir, dili bir olan Özbəkistanla Azərbaycan arasındakı bu münasibətlər dostluğun, əsil doğma qardaşlığın rəmzidir.

Məmməd Nağıyev,

Xocalı rayon ziyalısı, Respublikanın əməkdar həkimi

Paylaşın:

Xocalı rayonunda bir qrup dövlət qulluqçusu mükafatlandırılıb

      Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

      23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Xocalı rayon İcra Hakimiyyətində tədbir keçirilib. 

      Tədbir iştirakçıları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Heydər Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.

      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir" sözünü öz işlərində şüar edən Xocalı rayonunda dövlət qulluğu sahəsində çalışan şəxslər sadəqətlə dövlətə və dövlətçiliyimizə xidmət edirlər. Çətin və məsulliyyətli, eyni zamanda şərəfli peşə sahibləri gündən-günə inkişaf edən, qələbədən qələbəyə addımlayan dövlətimizin daha da möhkəmlənməsi uğrunda ilhamla öz peşə borclarını yerinə yetirirlər.  

       Rayonumuzun dövlət qulluqçuları da hər il dövlət başçısının diqqətindən kənarda qalmır, müxtəlif  orden və medallarla təltif olunurlar. 

        Dövlət qulluğunda səmərəli fəaliyyəti dəyərləndirən bir qrup dövlət qulluqçusu rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən fəxri fərmanlarla təltif olunublar. Şahmar Usubov bütün dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edib, Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə öz vəzifə səlahiyyətlərini yerinə yetirmələri istiqamətində uğurlar arzulayıb.








Paylaşın:

Azərbaycanla Özbəkistan əməkdaşlığında tarixi-milli hərbi və iqtisadi-regional amillər rol oynayır

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edib . İyunun 21-22 – də baş tutan səfərdə Özbəkistan Prezidenti Şavkat Mirzeyoyevin təşəbüsü ilə baş tutub. Daşkənddə Prezidentlərin əvvəlcə məhdud daha sonra geniş halda görüşləri keçrilib. Dövlət liderləri qarşılıqlı ticarətinartırılmasına, biznes və əməkdaşlıq əlaqələrin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahillərində birgə lahiyələrinin, nəqliyyat və digər sahələrdə imkanlardan səmərəli istifadə edilməsinə diqqət yetirilməsini vurğuladı. Bu səmərəli görüşdə sənaye, kənd təsərüfatı, energetika, elm və turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş ikitərəfli sənədlər imzalanacaq.

Özbəkistan Asiyanın sovet Respublikaları arasında Azərbaycanla iqtisadi əlaqələri gücləndirən ölkələrdən biridir. Azərbaycan Özbəkistandan əsasən pambıq, kətan parçalar, örtüklər, paltaryuyan maşınlar, meyvə qurusu çərəzləri idxal edir. Bu ölkəyə satışın əsas hissəsi neft məhsullarıdır. Azərbaycanla Özbəkistan əməkdaşlığında tarixi – milli hərbi və iqtisadi – regional amillər rol oynayır. Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki xalqın qarşılıqlı tarixinin, əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdığını bildirdi. Özbəkistan prezidenti qeyd etdi ki, Prezident İlham Əliyevin budəfəki səfəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəsmi sıfərinin 25 illiyinə təsadüf edir. Hər iki Prezident Heydər Əliyevin adını daşıyan küçənin və orada qoyulmuş abidənin açılışında iştirak etdilər. Azərbaycan xalqının əbədiyaşar əbədiyaşar liderinə Özbəkistanın yaxın dostu olmuş dahi insanın əziz xatirəsinə ehtiram kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin oğlu kimi öz adınan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə hörmətlə yad edilir. Ölkə Prezidenti bildirib ki, Daşkənddə, Xirədə, xarəzm vilayətində olmağınndan çox məmnun olduğunu bildirib. Eyni zamanda xalqlarımız bir- birinə çox yaxındır. Mədəniyyətimiz, incəsənətimiz xalqlarımızın kökləri birdir.
Prezident bir daha bildirdi ki, Özbəkistanı mən özüm üçün kəşf etdim. İnşallah hamımız Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.
Yaşasın Azərbaycan Özbəkistan dostluğu əməkdaşlığı!
Tamilla Quliyeva,
Xocalı rayon Qaragav kənd tam orta məktəb müəllimi
Paylaşın:

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər tarixi köklərə əsaslanır


       Son iki ildə ağır sınaqlardan keçən Azərbaycan postpandemiya və postmüharibə dövründən sonra əsas diqqəti bütün dünyanı ağuşuna almış iqtisadi böhranın aradan qaldırılmasına və erməni vandalları tərəfindən işğal altındakı ərazilərimizdə vəhşicəsinə​ törətdikləri dağıntıların bərpasına yönəltsə də prioritet sahə olaraq xarici siyasətdə də mühüm addımlar atmaqdadır. Ölkəmizdə müxtəlif sahələri əhatə edən beynəlxalq festivalların, forumların keçirilməsi, ayrı - ayrı ölkə rəhbərlərinin Azərbaycana səfərləri, ölkə başçısı cənab İlham Əliyevin xarici ölkələrə səfərləri xarici siyasətin respublikamız üçün önəmli faktor olduğunu bildirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Özbəkistan respublikasına səfəri bu qəbildən olan tədbirlərdən biri idi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
       21 iyun 2022 - ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin dost və qardaş Özbəkistana səfəri hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən bir səfər kimi tarixin yaddaşına keçmişdir. Ölkə rəhbərinin qarşılanmasından tutmuş ta yolasalınma mərasiminə qədər, səfər bayram əhval-ruhiyyəsində keçmişdir. Təbii ki, belə də olmalı idi. Dost gəlişi bayram olar deyib atalarımız. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər tarixi köklərə əsaslanır və iki qardaş ölkə daim beynəlxalq müstəvidə bir - birilərinə dəstək olmuşlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​     
           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan respublikasına səfərindən bir gün öncə Daşkənddə Özbəkistan - Azərbaycan Biznes forumu keçirilmişdir. Forumun yekununda 500 milyon dollardan yuxarı dəyərində sazişlər və ticarət müqavilələri imzalanıb. Bağlanmış sazişlər və​ ticarət müqavilələri hər iki ölkənin bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarının göstəricisidir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
       İyunun 21 - də Azərbaycan və Özbəkistan respublikalarının prezidentləri arasında geniş tərkibli görüş olmuşdur. Görüş zamanı hər iki ölkəni maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılmışdır. Görüşdən sonra "Azərbaycan respublikası ilə Özbəkistan respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" imzalanmışdır. Bəyannaməni Azərbaycan Respublikası adından Ölkə Başçısı İlham Əliyev, Özbəkistan Respublikası adından Özbəkistanın Dövlət Başçısı Şavkat Mirziyoyev imzalamışlar. Eyni zamanda nazirlər səviyyəsində də müxtəlif sahələri əhatə edən əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
  ​ ​ ​ ​ ​ ​ İyun ayının 22 - də, səfərin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Ürgənc şəhərinə getmişdir. Ürgənc hava limanında Azərbaycan Prezidentini Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qarşılanması iki ölkə arasındakı qardaşlıq münasibətinin nə qədər əhəmiyyətli olmasına işarə idi. Ümumiyyətlə cənab İlham Əliyevin​ Ürgənc səfəri bayram əhval - ruhiyyəsində keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verəcəkdir. Bu isə nəticədə hər iki ölkənin ümumi inkişafına xidmət edəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​
Lamiyə Qarayeva,
Xocalı rayon gənci
Paylaşın:

Yeni yaradılmış Milli Müdafiə Universitetinə prorektor təyin olunub

        Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində yaradılmış Milli Müdafiə Universitetinə prorektor təyin olunub. Müdafiə naziri Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu vəzifəyə I və II Qarabağ müharibəsinin fəal iştirakçısı, polkovnik Məmmədov Elnur Temir oğlu təyin edilib. 

        Qeyd edək ki, Elnur Məmmədov 1968-ci il noyabr ayının 10-da Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Kiçik yaşlarından hərb sahəsinə marağı olan Elnur orta məktəbi bitirdikdən sonra həvəslə hərbi xidmətə gedib. Hərbi xidmətini nümunəvi yerinə yetirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. 1996-cı ilə kimi hərbi hissə komandirinin müavini, 1996-2001-ci illərdə "N" saylı hərbi hissələrdə hərbi hissə komandiri vəzifəsində çalışıb. 2001-2002-ci illərdə isə Bakı Ordu Korpusunun komandirinin maddi-texniki təminat üzrə müavini kimi fəaliyyətini davam etdirib. Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Vətən müharibəsi zamanı Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində işləyib.  

      Azərbaycanın mərd, qeyrətli oğlu Elnur Məmmədovu yeni şərəfli peşəyə təyin edilməsi münasibətilə təbrik edir, ona işlərində uğurlar arzulayırıq. 

Təbrik edirlər: 

Allahverən Kərimov, 

Lamiyə Qarayeva, 

Qalib Bəyməmmədoğlu


Paylaşın:

"Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" adlı maarifləndirici tədbir keçirildi

Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" başlığı altında 26 iyun BMT-nin "Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü" ilə əlaqədar, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi. Xocalı RPŞ-nin Akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, Komissiyanın üzvləri, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, təhsil işçiləri, məktəb psixoloqları, valideynlər və məktəblilər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva bildirdi ki, rayonumuzda narkomaniya xəstəliyindən əziyyət çəkən və müalicə olunan qeydiyyata götürülmüş şəxs yoxdur. Buna görə də rayonumuzda keçirilən tədbirlər maarifləndirici və profiloaktik mövzuları əhatə edir. Narkotikanın zərərlərindən danışan Lamiyə Qarayeva narkotik istifadəçilərinin təkcə özlərinə zərər yox, eyni zamanda ətrafdakı insanlara da zərər yetirdiklərini, cinayət əməlləri törətdiklərini dedi.

Ailənin insanın həyatında və inkişafında çox vacib rol oynadığını vurğulayan Lamiyə Qarayeva narkotik maddələrdən istifadə edən gənclərin böyük əksəriyyətinin ailəsində də bu maddələrdən istifadə edən şəxslərin olduğu müəyyən edildiyini bildirdi.

Lamiyə Qarayeva fikirlərinə əlavə etdi ki, narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə mütəmadi olaraq maarifləndirici tədbirlər aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meyillidirlər və buna görə də şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar. Məktəblə valideynlər arasında əlaqə möhkəm olmalıdır.

Sonra Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, rayon gəncləri və yeniyetmələr arasında narkomaniya ilə mübarizə tədbirləri məqsədilə, həmçinin onların asudə vaxtın səmərəli təşkili və zərərli vərdişlərdən kənar olmaq məqsədilə mütəmadi olaraq idman yarışları və intellektual oyunlar keçirilir, müxtəlif ekskursiyalar təşkil edilir.

"Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışında narkomaniya bəlasının fəsadları barədə söz açdı. Təəssüf hissi ilə qeyd etdi ki, yuxarı siniflərdə oxuyan bəzi qızlar da narkotik vasitələrin aludəçisinə çevriliblər. Narkomaniyanın cəmiyyətə, ailələrə vurduğu ziyan artmaqdadır. Elə məhz boşanmaların, ailədaxili şiddətin, qətllərin çoxu da narkomaniya ilə bağlıdır.

Bu bəla ilə mübarizədə hər birimiz fəal olmalıyıq. Hər kəs cəmiyyətin bir üzvü kimi narkomaniyaya ilə mübarizəyə qoşulmalıdır. Qarşılaşdığımız mənfi hallara öz münasibətimizi bildirməli və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməliyik. Övladlarımızla, gələcəyimizlə laqeyd münasibət göstərmək əvəzinə, onlarla dostluq münasibəti qurmalıyıq. Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır.

Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun əməkdaşı Xəyyam Cəfərov bildirdi ki, Xocalı rayonun ümumtəhsil məktəblərində "Nakomaniya əsrin bəlasıdır", "Ağ ölümlə mübarizə", "Sağlam gələcək naminə!" və digər mövzularda müxtəlif tədbirlər keçirilir. Tədbirlərdə şagirdlərə zərərli vərdişlərdən qorunması yolları barədə söhbətlər aparılır, asudə vaxtın səmərəli təşkil olunması, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.

Narkomaniya bəlası mövzusunda şagirdlər arasında inşa və rəsm müsabiqələri təşkil edilir. Fəal şagirdlər tərəfindən divar qəzetləri və bukletlər tərtib olunaraq şagirdlərə paylanılır.

Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov məruzə ilə çıxışında bildirdi ki, Respublikamızda narkomaniyaya qarşı mübarizə məqsədilə müxtəlif qanun, fərman və sərəncamlar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamı insanları sağalmaz xəstəliklərə düşar edən bu bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək lazımdır.

Tural Xəlilov qeyd etdi ki, bir neçə il bundan əvvəl narkotik qəbul edənlərin tam əksəriyyəti 25-59 yaş arasında idisə, indi bu hədd çox sürətlə aşağı düşməyə başlayıb və artıq 14-50 yaş qeyd olunur. Narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat, təşviqat və s. üsullarla yanaşı, inzibati metodlar da istifadə olunmalıdır.

Tədbirin sonunda "Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" adlı film nümayiş edildi.


















Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.