Hər zaman olduğu kimi Prezident Cənab İlham Əliyev ictimaiyyətə geniş informasiya vermək məqsədilə 2022-ci ilin yanvar ayının 12 də yerli televiziya kanallarına müsahibə verib .
Prezident Cənab İlham Əliyev yerli televiziya kanallarının müxbirlərinin suallarına geniş aspekdə və dolğun bir şəkildə cavab verərək Ölkəmizdə 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən planlardan söz açmış, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün görülən və gələcəkdə görüləcək işlərdən danışdı. Bir çox sahələrə toxunan Dövlət Başçısı hazırda keçən il başlanılmış böyük proqramın bu ildə icra ediləcəyini qeyd etdi.
Prezident müsahibəsi zamanı onu da qeyd etdi ki, bəzi xarici jurnalistlərin müharibə zamanı işıqlandırdığı reallıqlar nəticəsində beynəlxalq ictimaiyyət ermənilərin törətdiyi vəhşilklərin bir daha şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.
Prezident İlham Əliyev qətiyyətlə müsahibəsində bildirmişdir ki, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm . Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu ,Zəngəzurdur, bunun tarixi adıdır.Zəngəzur, Zəngi çayı -hansı ki, ermənilər indi Razdan adlandırırlar,-Azərbaycan toponimidir.İkincisi, biz bu dəhlizə, sadəcə olaraq , dəmir yolu kimi baxmırıq .Çün ki, bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək.Bizim planımızda var , gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin.
Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır.
Müxbirin Prezident Cənab İlham Əliyevə ünvanladığı suala Cənab Prezident Zəngəzurla bağlı biz bilirik ki,Sizin şəxsi tarixçəniz var.Siz Naxçıvana səfəriniz zamanı öz əcdadlarnızı ziyarət etdiniz .Şuşa azad olunanda Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyinizi bunun davamı hesab edə bilərikmi ?
Prezident Cənab İlham Əliyev belə qeyd edir “ bəli, belədir.Mən təşəkkür edirəm ki, siz bunu belə qəbul etdiniz bəli.Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ deməyəcəyəm.Amma babamın məzarını ziyarət etməklə , eyni zamanda ürəyimdə olan sözləri dedim.Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxşıvanda yerləşmişdir.
Prezident İlham Əliyev həm də Cənub Qaz Dəhlizi haqqında sualı cavablandırdı. O, qeyd etdi ki, sözügedən nəhəng enerji layihəsinin çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı. Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı
Əlbəttdə ki, biz əcdadlarmızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrmizə .Bu nöqteyi –nəzərdən hər birimiz üçün onun ailəsi , onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm “.
Müsahibəsinin yekununda olduqca müdrik və qətiyyətlə Prezident İlham Əliyev belə qeyd etmişdir “Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq".
Orxan Məmmədov,
Xocalı rayon gənci, Vətən müharibəsi iştirakçısı