Cənab Muxtar Babayev Xocalıdan olan gənc təbiət vurğununa yeni etimad göstərib

          Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Cənab Muxtar Babayev Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə dirtektor müavini Quliyev Fuad Bəyməmməd oğluna yeni etimad göstərərək onun Meşələrin İnkişafı Xidmətinin Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin edilməsi ilə bağlı əmr imzalayıb.

      Qeyd edək ki, Fuad Quliyev 1982-ci il iyun ayının 11-də Xocalı rayonunun Kosalar kəndində anadan olub. Uşaqlıq çağlarından təbiət vurğunu olan Fuad Quliyev öz arzusunun arxasınca gedərək 20 ilə yaxındır Ana təbiətimizin qorunmasında məsuliyyətli vətəndaş və işini sevən ekoloq kimi vicdanla çalışır. Təsadüfi deyil ki, onun bu xüsusiyyətləri nəzərə alınaraq Cənab nazir tərəfindən etimad göstərilib.   

      Fuad Quliyevin yeni işinin də öhdəsindən layiqincə gələcəyinə inanır, ona etimad göstərilmiş məsuliyyətli vəzifəsində uğurlar arzulayırıq. 

Yorum Gönder

Daha yeni Daha eski