Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı məktəblisinin əsgərə yazdığı məktub

Əslində, hər məktub salamla başlayar!

Amma, mən bu məktubu, məhz sağolla başlamaq istədim. 

Sağ ol, əsgər! 

Sözün hər mənasında sağ ol. Sənin sağlığını istəyən də, sənə ömrümüzün sonuna qədər təşəkkür və dua edən də bizik! 

Siz yalnız torpaqlarımızı bizə deyil, həm də bizi bizə qaytardınız. Bütün dünya sizin gücünüzü gördü və gördü ki, bizim olanı bizdən kimsə ala bilməz. Artıq hamı sizin yazdığınız tarixi oxuyacaq. 

Qarabağ boyda dərdimizin dərmanı, əsgərlər, siz oldunuz. 

Anan sənin üçün 2 aydan çox həsrət çəkdi!

Ancaq, sən unutmadın ki, Vətən də anadır. O da öz oğlunun həsrətini düz 30 il idi ki, çəkirdi. Gözü yollarda qalmışdı. Qarabağ da övladları üçün darıxırdı. O da onları bağrına basmaq, dərdləşmək istəyirdi. 

Həm Qarabağ, həm də biz Azərbaycan əsgərinin sayəsində bu arzumuza çatdıq. Biz hər gün əsgərimiz düşməni diz üstə qoyub deyə, fərəhlənirik.

Siz isə bunu 44 gündə hamımıza bir daha sübut etdiniz. Diz üstə çökdürdüyünüz erməni zabitlərindən gedir söhbət. Bu 44 günün portreti idi. Gözəl əsər üçün sizə bir daha təşəkkür edirəm, mənim əsgər qardaşlarım. Azərbaycan əsgərlərinin portretini isə cızmaq hər rəssamın işi deyil!

Çox böyükdür, bizim əsgər!!!

Bu məktubu yazarkən qələmi mən əlimdə deyil, ürəyimlə tutmuşdum. Necə ki, əsgər, sən Qarabağı azad edərkən silahı əlinlə yox, ürəyinlə tutmuşdun!!!

Sevgi MƏMMƏDLİ,

Xocalı şəhər 2 saylı tam orta məktəbinin 4a sinif şagirdi,

I Qarabağ müharibəsi şəhidi Əliyev Razi Zeynalabdin oğlunun nəvəsi  

 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.