Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə tədbir keçirilib

        Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində 25 dekabr 2021-ci il tarixində 31 Dekabr  - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə tədbir keçirilib.

        Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

      Tədbir açıq elan edilməmişdən əvvəl şəhadətə yüksəlmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

        Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, yola saldığımız 2021-ci il tarixi Azərbaycanın “Zəfər Tarixi” olaraq yaddaşlarımıza həkk olunmuşdur. Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır və daima belə də qalacaqdır. Vətən uğrunda canından, qanından keçmiş igidlərimiz sayəsində biz bayramlarımızı qələbə əhval-ruhiyyəsində qeyd edirik.  

        Bayram şənliyində məktəbin şagird kollektivinin iştirakı ilə 31 Dekabr  - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramına həsr olunmuş flaşmob nümayiş etdirilib.







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.