Fevral ayının 25-də Xocalı rayonunun Kosalar kənd tam orta məktəbinin V sinfində Azərbaycan tarixi fənnindən "Xocalı soyqırımı" mövzusunda açıq dərs təşkil edilib. Açıq dərsi məktəbin direktoru Rafiq Quliyev, tədris işləri üzrə direktor müavini Şahilə Zeynalova, məktəbin informatika müəllimi, "Xocalının səsi" qəzetinin redaktoru Qalib Quliyev izləyiblər.
Açıq dərs zamanı məktəbin tarix müəllimi, təşkilati işlər üzrə direktor müavini Rauf Mirzəyev şagirdlərə Xocalı soyqırımı, Xocalının coğrafi mövqeyi, tarixi abidələri, Milli Qəhrəmanları haqqında ətraflı məlumat verib. Sonra şagirdlər komandalara bölünərək onlara paylanılan suallar əsasında Xocalı soyqırımı haqqında öz biliklərini və təəssüratlarını esselərində ifadə ediblər. Eyni zamanda Xocalı soyqırımına aid şəkillər üzərində şagirdlərimiz təsəvvür yaradaraq mənfur qonşularımızın törətdiyi soyqırımı pisləyib, düşmənə olan nifrət hisslərini dilə gətiriblər. Dərsin sonunda şagirdlərə Xocalı soyqırımı haqqında hazırlanmış bukletlər paylanılıb.