Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qarabağın, o cümlədən Ağdamın və ağdamlıların işğaldan əvvəlki çal-çağırlı həyatı bərpa olunacaq

 


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevral ayının 13-də işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Bu səfər xüsusi tarixi əhəmiyyətə malik olan bir səfərdir. İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş rayonlarımızda, o cümlədən Ağdam rayonu ərazisində bir sıra quruculuq və abadlıq işlərinin aparılması təqdirəlayiqdir. Erməni vandallarının daşı daş üstündə qoymadığı Ağdam şəhərinin yenidən tikilib qurulması üçün böyük layihələr həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Ağdam-1 və Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər. Daha sonra prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərərək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların, mehmanxanasının və yeni yaşayış kompleksinin təməllərini qoyub. Eyni zamanda dövlətimizin başçısı Ağdam Cümə məscidində görülən işlərin gedişi ilə tanış olub. Bütün bunlar bir daha onu göstərir ki, bütün səylərini Qarabağın bərpasına yönəldib. Dövlətimizin başçısı Ağdam rayonunun ictimaiyyəti ilə geniş tərkibdə görüş keçirərək Ağdam rayonunun yenidən qurulacağını əminliklə bildirmişdir. O qeyd etmişdir ki, Ağdam rayonu əvvəlkindən də daha gözəl görkəm alacaqdır. Qarabağın, o cümlədən Ağdamın və ağdamlıların işğaldan əvvəlki çal-çağırlı həyatı bərpa olunacaq. Prezidentin rayon sakinləri qarşısında söylədiyi fikirlər doğrudan da qürurvericidir. Təhsil işçisi olaraq müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı balanslaşdırılmış daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik. Ümidvarıq ki, 30 illik köçkünlük həyatı yaşayan Qarabağ sakinləri tezliklə öz doğma yurdlarına dönəcək və firavan həyatlarına yenidən davam edəcəklər.

Fərhad Gülməmmədov,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi