“Xocalı soyqırımı şagirdlərin gözü ilə” devizi altında inşa və rəsm müsabiqəsi keçirilmişdir

          Xocalı rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq əsasən Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbində şagirdlər arasında “Xocalı soyqırımı şagirdlərin gözü ilə” devizi altında inşa və rəsm müsabiqəsi keçirilmiş, şagirdlərimizin qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsinə ziyarəti və Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyinə ekskursiyası təşkil edilmişdir.

      Şagirdlər inşa müsabiqəsi zamanı mənfur düşmənlər tərəfindən Xocalıda törədilmiş soyqırımı öz təəssüratları ilə qələmə almış, qocalara, qadınlara, körpələrə ermənilərin törətdikləri vəhşətləri lənətləyərək düşmənlərə olan nifrət və qisas hisslərini yazılarında ifadə etmişlər.

     Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düşən məktəblilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Məktəbin direktoru Rafiq Quliyev çıxışında bu qanlı tarixin heç bir zaman xalqımızın yaddaşından silinməyəcəyi bildirib. 44 günlük Vətən müharibəsində Xocalı cəlladlarının da məhv edildiyi deyən məktəb direktoru şagirdlərimizin mübariz ruhda yetişmələri üçün qəhrəman oğullarımızdan nümunə götürməyin vacibliyi diqqətə çatdırıb.








Yorum Gönder

Daha yeni Daha eski