Xocalı Türk ellərinin
məskunlaşdığı ən qədim yaşayış məskənlərindən biridir. Burada aşkarlanan daş
abidələr, kurqanlar, qəbirlər, daşdan yonulmuş qutu qəbirlər, tapılan silah, zərgərlik
nümunələri Xocalı-Gədəbəy mədəniyyətinə aid edilmişdir. Qalalar, İstehkamlar üzərində
aparılan tədqiqatlar, tapılan maddi-tarixi abidələr, yaşayış yerləri Xocalının
tarixinin e.ə. 1-2-ci min illiklərə qədər getdiyini göstərir.
Bu torpaqların qədim türk yurdu olduğunu göstərən ikinci bir vacib amil isə Xocalının və Xocalı ətrafında yerləşən digər yaşayış məskənlərinin adlarıdır. Xocalı “Xoca” sözündən götürülüb. “Xoca” türk sözü olub müqəddəs, hörmətli, möhtəşəm mənasını ifadə edir. “lı” şəkiçisi isə el, oba, yurd mənasını bildirən mənsubiyyət şəkilçisidir. Bütü bunları nəzərə alaraq deyə bilərik ki, Xocalı müqəddəslərin uyuduğu diyar, müqəddəs yurd, məkan mənasını ifadə edir. Buna sübut kimi isə Xocalı şəhəri ilə aeroport arasında, Qaladərəsi deyilən ərazidə yerləşən kurqanları, qutu qəbirləri və 15-ci əsrə aid səkkiz guşəli kümbəzi göstərmək olar.
Xocalının təbii-coğrafi şəraiti əkinçilik, bağçılıq, heyvandarlıq, arıçılıq üçün əlverişli olduğundan və buna Xocalının Aran Qarabağdan başlayaraq Şuşa, Laçın, Qırxqız, Gorus yaylaqlarına gedən qədim köç yolunun üstündə yerləşməsi onun qədim yaşayış məskəni kimi formalaşmasına səbəb olmuşdur.
Ermənilərin Xocalıya bu qədər ciddi maraq göstərməsinə səbəb şəhərin Aran və Dağıq Qarabağ arasında bağlayıcı körpü rolunu oynaması, Xankəndinə gedən dəmir və magistral yolun Xocalıdan keçməsi, eyni zamanda ətraf kəndlərin sərt coğrafi-strateji mövqeyi idi. Bundan başqa keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ermənilər yaşayan Ağdərə (Mardaket), Hadrut və Əsgəran rayonları Xocalıdan keçərək Xankəndi ilə əlaqə saxlaya bilirdi.
Məlumat üçün bildirirəm ki, faciəyə qədər Xocalı şəhərində 2 tam orta məktəb, 1 ibtidai məktəb, 3 məktəbəqədər müəssisə, 1 mədəniyyət evi, 3 klub, 3 kitabxana, 100 çarpayılıq xəstəxana, bank, telekomnukasiya qovuşağı, polis şöbəsi, bir sıra ali və orta ixtisas müəssisələrinin, eyni zamanda Şəki İpək Fabrikinin, Gəncə Tikiş Fabrikinin, Bakı Dəzgahqayırma Zavodunun fillialları fəaliyyət göstərmişdir.
Faciə baş verməmişdən əvvəl, yəni 1991-ci ilin sonundan 1992-ci ilin fevralın ortalarına qədər Millət Vəkili Elman Məmmədov o zaman ki, respublika rəhbərlərinə Xocalı Şəhər İcra Nümayəndəliyi adından vurduğu teleqramlarda Xocalının siyasi, hərbi-starateji əhəmiyyətinin vacibliyini vurğulayaraq bildirirdi; “Xocalı gedərsə, Qarabağ gedər. Xocalını qoruyub saxlasaq, Qarabağ bizimdir. Xocalı Qarabağın, Azərbaycanın taleyini həll edir.”
1992-ci ilin fevralına qədər ermənilər 1989-1991-ci illərdə dəfələrlə Xocalıya hücumlar edib. Bu hücumların qarşısı yerli özünümüdafiə və şəhər polisinin əməkdaşları tərəfindən qəhramanlıqla alınıb. Facaiə baş verməmişdən beş ay qabaq Xocalı şəhəri ilə hava və quru əlaqəsi kəsilmişdi. Bu müddət ərzində ermənilər ardıcıl olaraq ətraf kəndləri işğal etməyə, qırğınlar törətməyə başladılar. Bu işğal prosesi planlı şəkildə beş aydan da çox müddətdə mühasirədə saxlanılan Xocalının yer üzündən silinməsinə hesablanmışdı. Malıbəyli, Qaradağlı və digər kəndlərdə törədilən qırğınlar heç də Xocalı faciəsindən geri qalmırdı.
Həmin vaxt şəhərdə az sayda silah-sursat var idi. Ancaq təkcə Xocalını əhatə edən erməni işğalı altında olan kəndlərdə 515 nəfər canlı qüvvə, 3 alazan raketi, 10 ədəd zirehli transpartyor, 3 PDM və bir neçə tank var idi.
Şəhərə ilk hücum 1992-ci il fevralın 12-i və13-ü oldu. Erməni silahlı qüvvələri Xankəndindən Xocalıya doğru hərəkətə başladı.
Bu cür gərgin bir vaxtda fevralın 13-də Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun səyi ilə Xocalıya sonuncu vertolyotlar gəldi. Həmin vertolyotlarla 300 nəfər qoca, qadın, uşaq Xocalıdan çıxarıldı.
Şuşa üzərində içərisində 44 sərnişin olan mülki vertolyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi tamamilə kəsildi. Bundan əlavə son iki ayı şəhərin elektirik enerjisi də kəsilmişdi.
Fevralın 19-da saat 17-də şəhər hər tərəfdən PDM, iriçaplı pulemyotlardan və avtomatlardan 4 saat dayanmadan atəşə tutulur.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə tarixin ən amansız soyqırımı - Xocalı soyqırımı baş verdi. Bu soyqırım aktı təkcə qurbanlarının sayına görə deyil, soydaşlarımıza qarşı törədilən dəhişətli işgəncələrlə, vəhşiliklərlə, dünyada misli-bərabəri görünməyən işgəncə üsulları ilə tarixə düşdü.
Həmin gecə ermənilər üç istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda ermənilərlə yanaşı, muzdlu əsgərlər, özünü “arsax xalq azadlıq ordusu” adlandıran erməni bölmələri, qızlardan ibarət “uruk” təşkilatının snayperçiləri və 366-cı rus hərbi alayı iştirak edirdi. Əvvəlcə 366-cı alayın tanklarının köməkliyi ilə piyada qüvvələr şəhərə doğru irəliləyir. Artilleriya atəşi ilə şəhərdə olan müdafiə qərargahları və atəş nöqtələri məhv edilirdi. Şəhərin müdafiəçiləri səhərə qədər rəşadətlə döyüşüblər. Hətta onlarda bir neçəsi qəhrəmanlıq göstərərək üstlərinə partlayıcı bağlayaraq özlərini düşmən tanklarına çırpıblar. Axırıncı müdafiə məntəqəsi səhər saat 7-də ermənilər tərəfindən dağdılıb. Bundan sonra ermənilərin qarşısını kəsib əhalini şəhərdən çıxarmaq məqsədi ilə küçə döyüşləri başlayıb.
Ağdama tərəf hərəkət edən şəhər sakinlərinin keçə biləcəyi yollarda pusqu quran ermənilər əhaliyə divan tutub. Ucdantutma qırğınlar törədilib, yüzlərlə vətəndaşımız əsir götürülüb. Ermənlilər əsir götürdüyü və qətlə yetirdiyi insanların başlarını kəsir, başlarının dərisini soyur, müxtəlif əzalarını kəsirdilər. Körpə uşaqların gözlərini çıxarırdılar. Hamilə qadınların qarınlarını yararaq körpələri süngüyə keçirir, adamları diri-diri torpağa basdırır və ya yandırırdılar.
Qarlar əriyəndən sonra ortalığa çıxan mənzərə dəhişətli idi. Əksər meyitlərdə işgəncə izləri var idi. Meyitlərin bir çoxunun üstündən tanklarla keçmişdilər. Əsir götürülən gəncələrimiz erməni qəbirlərinin üstündə qurban kimi başları kəsilib.
Əsirlikdən qayıdan insanların danışdıqları isə tükürpədicidir.
Xocalı faciəsində dinc əhalidən 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər xüsusi amansızlıq və işgəncə ilə qətlə edilib. 76-ı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilib. 1275 nəfər əsir götürülərək ağlasığmaz və insanlığa yaraşmayan zülmə, təhqirə, işgəncələrə məruz qalmışdır. 150 nəfər itkin düşüb. Əsirlikdə olanların heç də hamısını geri almaq mümkün olmayıb. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideyinini, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirib. 200 nəfərin ayaqları iflic olub. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ermənilərin Xocalıdakı vəhşiliyini əks etdirən çox saylı sənədlər göstərir ki, 366-cı motoatıcı alayın, erməni silahlı qruplaşmalarının və terrorçu dəstələrinin törətdiyi vəhşilik məhz soyqırım aktıdır. Beynəlxalq hüquq normalarına tamamilə ziddir.
Faciədən sonra rus zabitlərinin öz komandanlıqlarına yazdığı raport və etiraf məktublarında bir neçə sitat gətirmək istəyirəm. Rusiya Fedarasiyasının Baş Kəşfiyyat idarəsinin polkovniki V. Savelyev yazırdı: “Mən bütün bunları yazmaya bilməzdim. Bütün olanlar gözümün qarşısında baş verdi. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heçnə gəlmədi. Mən on addımlıqda güllə yarasından can verən 8-9 yaşlı qızcığaza kömək edə bilmədim. Allahın mənə lənət edəcəyindən qorxuram”.
Yenə V.Savelyev yazır:” Onları yarım metr qazılmış xəndəklərə atıb, üstünü torpaqlayırdılar. Axşamlar belə çalaların ətrafında itlərin və çaqqalların səs-küyündən, dartışmasından qulaq tutulurdu. Adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və cəsəd iyi gəlirdi”.
Onu da qeyd etmək istəyirəm ki, ermənilər 366-cı alayın komandir heyətinə külli miqdarda pul və qızıl vermişdilər.
Faciədən əvvəl dünyanın 32 ölkəsindən Xankəndinə gətirilən 47 jurnalist faciə baş verəndən sonra bunu bütün dünyaya Xocalı faciəsini ermənilərin qırılması-erməni faciəsi kimi təbliğ etdilər. Bakıda hakimiyyət bölgüsü üstündə çəkişmələrin getdiyi bir vaxtda erməni lobbisi bizim qanımızla özlərinə diplomatik uğurlar qazanmışdı. Bir il sonra “ASALA” Xocalı faciəsini Fransada erməni faciəsi kimi tanıtdırmışdı.
David Verdiyan, M.Şahnazaryan, Zori Balayanlar bu vandalizmi özləri üçün qəhrəmanlıq aktı sayırlar.
Burda öz həyatımdan bir haşiyə çıxmaq istəyirəm: “1992-ci il iyulun birində ermənilər axşamdan kəndimizi mühasirəyə alırlar. Sabah açılanda güllə leysan kimi yağmağa başladı. Günorta saat 2-də atam anamdan evdə olan yeganə əl qumbarasını istədi. “Yaxınlıqda erməni var. Mənə aman vermir. Qumbaranı ver, atım ölsün” dedi. Anam isə “yox, gördük ki, artıq qapıya tökülüşdülər yığışarıq başına, çəkərsən partalayar. Əsir düşmərik!” deyə cavab verdi. Mən isə əlimdə qayçı anamın uzun saçlarını kəsmək üçün hazır dayanmışdım. Qəti şəkildə əsir düşməmək və anamın saçlarını kəsmək istəməyimə səbəb isə Xocalıda törədilən faciənin təsiri idi”.
Gözləri Azərbaycan sərvətinə açıq olan dünyanın gözü Xocalı faciəsinə hələ də yumuludur.
Xocalı faciəsi xüsusi plan əsasında, şüurlu şəkildə icra olunan, nəticəsi bu faciəni törədənlərə əvvəlcədən bəlli olan, dilinə, dininə, etnik mənşəyinə və milli mənsubiyyətinə görə törədilmiş soyqırım cinayəti aksiyasıdır-genosiddir.
Anar Hüseynov
Casino Slot Machines At Hilo Tickets | JTM Hub
YanıtlaSilHilo Tickets Buy 포천 출장마사지 A Seating Chart Of All Upcoming Concerts in Hollywood, Illinois with JWT's If you 서울특별 출장샵 are 수원 출장안마 looking for a seat at the Hollywood Casino 서울특별 출장안마 in 김제 출장마사지