Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir

 

         Prezident Cənab İlham Əliyevin 10 mart 2020-ci ildə altıncı çağrış Azərbaycan Milli Məclisinin ilk iclasında çıxışı ölkədə demokratik, hüquqi   dövlət quruculuğu yolunda azad seçib-seçilmək mühitinin formalaşmasında mühüm rol oynamışdır.

        Qeyd edək ki, növbədənkənar seçkilərin  keçirilməsinin əsas səbəbi   islahatları dərinləşdirmək, vaxt   itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.

Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi  sistemin  təkmilləşdirilməsi   işində Milli Məclisin çox böyük   rolu olmalıdır. Sözügedən fakt    Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi   münasibətləri  sağlam  zəmində   gücləndirmək üçün böyük   əhəmiyyətə  malikdir.                                                                                                                               Son dövrlərdə ölkəmizdə siyasi partiyalar arasında  sosial dialoq  işinin  təkmilləşdirilməsi,  tez-tez siyasi  fikir və müzakirələrin təşkili  demokratik cəmiyyətin inkişafında gələcəkdə  öz töhfəsini verəcəyinə  hər  bir   vətəndaşda çox böyük inam  formalaşdırmışdır.

Ölkəmizdə şəfafflıqla bağlı   gedən  prosesslər,  kölgə   iqtisadiyyatına qarşı olan  proseslər bizim iqtisadi   imkanlarmızı gücləndirir, vergi   bazasını genişləndirir,  kölgə  iqtisadiyyatına qarşı çox ciddi   zərbə vurur.

          Əlbəttə, qürurla  fəxrlə   qeyd  edə  bilərik  ki,  bu  günədək    əldə  etdiyimiz  ən  böyük   uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin  qorunmasında bütün vətəndaşlar fəal iştirak  etməlidir. Bu gün ölkəmizdə  dünyanın bir çox ölkəsində   olmayan təhlükəsizlik var,  sabitlik mövcuddur.                                     Bu gün Prezident Cənab İlham Əliyevin ölkədə apardığı uğurlu  siyasətin sayəsində bu  gün Türkdilli dövlətlərlərin  əməkdaşlığı istiqamətində  Azərbaycan çox önəmli rol  oynayır. Avropa İttifaqına üzv  olan  doqquz  ölkə ilə strateji   tərəfdaşlıq sənədi vardır.

Qonşu ölkələrlə sağlam, işgüzar   və dostluq əsasında  qurulmuş  münasibətlərin, müsəlman  aləmində böyük nüfuzumuzun olması ölkə rəhbərinin tərəfindən həyata keçirilən məqsədyönlü xarici siyasətin uğurlu nəticəsidir.

Arif Miriyev,

Xocalı rayon sakini, şəhid atası


1 Yorumlar

  1. Play casino - No.1 for the Casino Guru
    No longer have the https://deccasino.com/review/merit-casino/ opportunity to go to the casinos or https://sol.edu.kg/ read the reviews of https://septcasino.com/review/merit-casino/ the slots you septcasino.com love. bsjeon.net But they're not always the same. Sometimes you have a new online

    YanıtlaSil
Daha yeni Daha eski