Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar

     
      Cənab Prezident İlham Əliyev tədbirdə çıxış etmişdir. Cənab Prezidentin çıxışında qeyd olunur ki, "Masdar" şirkəti bizim üçün dost ölkəni Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Ticarət əlaqələrimiz artır turizm sahəsində çox böyük imkanlar var. Bu ilin əvvəlində energetika sahəsində çox önəmli addımlar atılmışdır.

    Yanvar ayında bu sahədə məşhur olan Səudiyyə Ərəbistanını təmsil edən "ACVA  Pover" şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulmuşdur Fevral ayında "Azərenerji" tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu.Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır.
       Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz,nəqliyyat,kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar, unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz,eyni zamanda elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
Azərbaycanda  bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq edirlər.
Dünyada tanınmış enerji şirkətlərinin Azərbaycana marağı Cənab Prezidentimizin apardığı siyasi və iqtisadi dünya görüşüdür.
          Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və bu gün Cənab Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti hər bir sahədə inkişaf edir. Azərbaycan dövləti bu gün inkişaf etmiş lider dövlətlər sırasındadır.
Aydə Əliyeva,
Xocalı rayon sakini 
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi