Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi

 

      Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bunun üçün də Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.

Seçkilərdən ötən iki il müddətində qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən çox böyük işlər görülmüşdür. Burada da məqsəd Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulmasıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ və xoşagəlməz halların qarşısı alınır.

İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Cənab Prezidentin bu fikirləri Milli Məclisin qarşısında çox böyük vəzifələr qoymuşdur. Həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq artırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər Azərbaycanın iqtisadi imkanlarını gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev ölkədə həyata keçirilən gənclər siyasətinə diqqət çəkərək Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğunu, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımların atılmalı olduğunu da qeyd etmişdir. Gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər.

Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı əsassız yanaşmaların olduğu, ittihamların irəli sürüldüyü təşkilatlarda mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır. Bundan əlavə, Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və Parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilmişdir. Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsi, dünyəvilik prinsiplərinin daha geniş bərqərar olması, radikalizmə qarşı daha geniş mübarizənin aparılması işlərində də Parlamentin rolunun vacibliyi qeyd olunmuşdur. Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında münasibətlər qurulmuşdur. Əldə edilən ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Ölkə başçısının düşünülmüş və qətiyyətli siyasəti sayəsində həm təhlükəsizlik, həm də sabitlik təmin edilir, xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.

Şahnaz Əliyeva,

Xocalı şəhər 4 saylı tom orta məktəbin təşkilatçı müavini


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi