Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Novruz bayramının mənşəyi, tarixi və adətləri


        Novruz bayramı qədim türk və fars xalqlarına mənsub olub hal-hazırda öz milli dəyərlərini qorumaqdadır. Novuz bayramı şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə və gündüzun bərabərliyi gündə, yəni martın 21-i və ya 22-də keçirilir. Bir sıra xalqlar təbiətin yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış,bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi qeyd etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Özbəkistan, Tacikistanda və bir çox başqa şərq ölkələrində baharın gəlişini şənliklərlə qarşılayırlar. 2009-cu il sentyabrın 30-da Cənab Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i beynəlxalq Novruz günü elan edilmişdir. Xalqımız Novruz bayramını qeyd eden digər xalqlar kimi xüsusi adətlərə malikdir. Bu adətlərə oyunlar, yumurta döyüşü, papaq atma, qapı pusma və s. daxildir. Novruz bayramı ərəfəsində xüsusi adətlərdən biri çərşənbələrin qeyd edilməsidir. Qədim dini inanclara görə kainat dörd ünsürdən, yəni Su, Od, Torpaq və Küləkdən ibarətdir. Hər bir çərşənbə xüsusi əlamətə malikdir. Birinci çərşənbə Su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların buz bağlayan yerləri az-az əriyərək sulara qarışır, torpaq islanmaga başlayır. İkinci çərşənbə Od çərşənbəsi adlanır. Ona görə ki, bahara yaxın günəş torpağı isidir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqal yandırılmasına daha çox üstünlük verilir. Üçüncü çərşənbə yel çərşənbəsidir. Yəni yel artıq oyanmış torpaqda təzəcə çıxmış yaza həsrət gülləri, çiçəkləri tərpədir və yenicə tumurcuqlayan ağacları yelləyir. Dördüncü Torpaq çərşənbəsidir. Torpagi ana təbiət su ilə isladıb, günəşlə isidib onu yaratmağa hazırlayır. Torpağın yaratmağa hazır olduğunu bəyan etmək üçün hər il evlərdə səməni cücərdilir, bununla həm də yeni gələn ilin bol ruzi bərəkətli olması istənilir. Novruz bayramının gözəl adətlərindən biri də növbənöv şirniyyatların bişirilməsidir. Şirniyyatlar isə quruluşuna görə bəzi səma cisimlərinə bənzədilir. Məsələn: qoğal günəşə, şəkərbura aya, paxlava isə ulduzlara.
Əziz xalqım, Novruz bayramınız mübarək olsun!!!
Qoşqar Orucov,
Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi