Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayon İH-nın başçısı Şahmar Usubov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirdi

          Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, 10 mart 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşmış sakinlərlə səyyar qəbul - görüş keçirdi.

      Xocalı rayon Kosalar kənd tam orta məktəbinin akt zalında təşkil edilən səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon Kosalar kənd sakinləri iştirak etdilər.

         Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə danışdı, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verdi.

        Kosalar camaatının mərdliyindən, qoçaqlığından söz açan Şahmar Usubov onların hər zaman öz halal zəhmətləri ilə dolandıqlarını bildirdi. Rayon rəhbərliyinin də belə zəhmətkeş insanlara dəstək göstərməkdə borclu olduğunu vurğuladı.

        Sonra Xocal rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nünayəndəsi Şahid Rzayev çıxış edərək qəsəbədə olan ümumi problemləri diqqətə çatdırdı. Şahid Rzayev qəsəbədə nasazlıqları olan transformatorların dəyişdirilməsi, post-patrul xidmətinin təşkil edildməsi və qazilərimizin, gənclərimizin işlə təmin olunması məsələlərini səsləndirdi.

          Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənildi. Onları nərahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırıldı. 

         Sonda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü. Qeyd edək ki, səyyar görüş-qəbulda 42 nəfər sakin iştirak etdi.

 


















 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi