Xocalı rayonunun Ağgədik (Kətik) kəndi

       Kətük kəndi Xocalı rayonunda, dağətəyi ərazidə, Xanabad sovetliyində yerləşir. Dəniz səviyyəsindən 985 metr yüksəkildə yerləşir. Bu yaşayış məntəqəsinin əsl adı Kətikdir. Kəndin əvvəlki, keçmiş adı Ağdar olub. İndiki adı isə Ağgədikdir. Bir çox tədqiqatçılar kəndin adının Ketik olmasının Qafqaz Alba­niyasındakı məşhur Ketik məbədinin (XII əsr) adı ilə bağlayırlar. Kətik qədim türk dillərində “gədik” deməkdir. Kənd əhalisi heyvan­darlıq, taxılçılıq və üzümçülük ilə məşğul olurdu. Meşə Kətük (Kə­tik) kəndinin yaxınlığında yerləşdiyi üçün Kətik meşəsi adlanmışdır.
      Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
        Mənbə: "Müqəddəs yurd: Xocalı" kitabına və wikipedia səhifəsinə istinad edilmişdir.

Yorum Gönder

Daha yeni Daha eski