30 ilə yaxın müddətində ölkəmizin torpaqlarının 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında idi. ATƏT-in Minski qrupu tərəfindən ərazi bütövlüyümüz tanınsa da onların qəbul etdiyi qərarların heç biri icra olunmadı. Ermənistan öz havadarlarının himayəsilə öz çirkin niyyətlərindən əl çəkmədi. Hələ bu azmış kimi yeni torpaq iddiaları ilə çıxış edirdilər. Hər zaman sülh tərəfdarı olan ölkəmiz ATƏT-in Minski qurupunun həll edə bilmədiyi işləri artıq öz gücü ilə həyata keçirdi. Ali Baş Komandanımızın qətiyyətli, sarsılmaz iradəsilə atılan addımla xalqımızın şanlı tarixi yazıldı...Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında kapitulyasiya müqaviləsi bağlandı. Ermənistan hər zaman olduğu kimi müxtəlif bəhanələrlə bağlanmış müqavilənin müəyyən şərtlərini həyata keçirmək istəmirdi. Lakin Müzəffər Ordumuzun Ali Baş Komandanının həyata keçirdiyi qətiyyətli daxili və xarici siyasətin nəticəsində Ermənistan üçün təqdim etdiyimiz 5 maddəlik sülh paketinə uyğun sülh müqaviləsinin bağlanmasına nail oluruq. Aprelin 6-da Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü yüksək qiymətləndiririk. Hesab edirik ki, Brüsseldə keçirilən danışıqlar daha ədalətli, obyektiv və tərəfsiz olacaq.Artıq ATƏT-in Minsk qurupu ləğv olunub. Biz hər zaman sülhün,ədalətin tərafdarı olmuşuq. Ancaq Ermənistan tam əksinə, sərhəddə gərginliklər yaratmağa, havadarlarının köməyilə sülh müqaviləsinin bağlanmasına maneə olmağa çalışsalar da buna nail ola bilməyəcəklər. Çünki Brüsseldə keçirilən görüşün sonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə üçtərəfli görüşündən sonra yaydığı bəyanat buna əsas verir. Şarl Mişel görüşdən sonra yaydığı bəyanatda bildirdiki, artıq Azərbaycan və Ermənistan arasında danışıqlar davam etməlidir. İki ölkənin Xarici İşlər Nazirliyinə bununla bağlı təlimat verildi. Bu da ölkəmizin irəli sürdüyü 5 maddəlik sülh təklifinin qəbul olunması deməkdir. Avropa İttifaqı Şurasının przideninin iştirakı ilə Azərbaycan və Ermənistan Liderlərinin Brüssel görüşü, ölkəmizin maraqlarına uyğun olaraq bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış önəmli bir addımdır.
Şahin Cavadoğlu,
Xocalı rayon ziyalısı