Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi inkişafına böyükdiqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdır. O illərdə idmanın maddi – texniki bazasının yaradılması üçün çox iş görülmüşdür. Bir çox idman kompleksləri, qurğuları, idman zalları tikilmiş, meydançalar salınmış, böyük idman sağlamlıq mərkəzləri tikilmişdir.
Ulu Öndər Heydər Əliyevin idman sahəsində
həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik
etdiyi bütün sahələrdə uğurlara imza atan Cənab İlham Əliyevin Milli Olimpia
Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar
hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin
respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə
çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin
yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.
2000-ci ildən etibarən Azərbaycanın
müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikildi. Azərbaycan
xalqının fiziki-mənəvi sağlamlığına çalışan Cənab İlham Əliyev prezident
seçildikdən sonrada idman və bədən tərbiyyəsinin inkişafı sahəsində kompleks tədbirlərin
həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman sahəsinin
yüksəlməsinə çalışmışdır, idmana dövlət qayğısı dahada artmışdır.
Azərbaycanın idman sahəsində qısa müddətdə
əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən
yayınmamış məhz, onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız möhtəbər
beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir
Azərbaycanın idman potensialı ildən ilə
dahada güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır.
Aprelin 8-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa
çempionatında iştirak edən Azərbaycan millisinin uzvlərini qəbul edib. Dövlətimizin
başçısı bu görüşdə çıxış etdi.
Budapeştdə
keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı
sevindirmişdir. Böyük qələbə ilə Vətənə qayıtmışdılar. 16 medal qazanmış
idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu
medaların birini qadın idmançımız qazandı, digərlərini isə sərbəst güləş və
Yunan-Roma güləşi üzrə komandalarımız qazanmış və Qitə çempionu olmuşdular.
Bu
böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman
növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha güləşçilərimiz
bizim idman gücümüzü Avropaya göstərmişdilər. Güləş bizim ənənəvi idman
növümüzdür və bu ənənələr yaşayır.
İlham Əliyev cənabları öz çıxışında
göstərmişdir ki, hamımız bu uğurlara sevinirik . Çünki gənc nəsil yetişir, gənclər
Vətəni sevir, ləyaqətlə onu təmsil edirlər, hərə öz yerində ( idmançı, həibçi,
mütəxəssis ) hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir .
Prezident
öz çıxışında göstərmişdir ki, güləş Azərbaycanda ən populyar, ən məşhur idman
novüdür. Buna görə də güləşə xüsusi diqqət verilməlidir. Biz əminik ki, iki ildən
sonra keçiriləcək Yay Olimpiya oyunlarında Azərbaycan çox uğurla çıxış edə biləcək.
Bunun üçün çox çalışmaq lazımdır. Ancaq əminəm ki, gəlcək yarışlarda nəticələrə
baxmayaraq əsas odur ki, ölkəmizi idmançılarımız ləyaqətlə təmsil edəcəklər.
Əlbəttə, bütün Azərbaycan xalqı sizdən
yeni qələbələr gözləyir deyərək Prezident İlham Əliyev bir daha idmançıları
ruhlandırdı.
Prezident
İlham Əliyev idmançılara yeni qələbələr, yeni uğurlar arzu etdi.
Sərbəst
güləş üzrə Azərbaycan milli komandasının baş məşqçısı Namiq Abdullayevdə sonda
Cənab Prezidentə öz minətdarləğını bildirdi, onlara diqqət və qayğı göstərdiyi
üçün bütün güləş ailəsi adında təşəkkürünü bildirdi.
Macarıstanda
keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq qələbə bir
daha sübut etdiki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və
idmançılarımız bu ənənələri uğurla davam etdirir.
Təranə Əliyeva,
Xocalı rayon ziyalısı