Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib

 


     Bir millət onda xoşbəxt olur ki, onu idarə edən rəhbər ağıllı, uzaqgörən siyasətçi olsun.​ Azərbaycan​ xalqı bu mövzuda düşünürəm ki, çox şanslıdır. Müstəqilliyimizin bərpasınıa Heydər Əliyev kimi rəhbər başçılıq etmişdir. Onun qurduğu siyasət bu gün də öz axarı ilə gedir. Bu siyasi yolun davamçısı İlham Əliyev 44 günlük müharibədə nəinki Azərbaycana, bütün dünyaya sübut etdi ki, o həqiqətən də Heydər Əliyev siyasətinin davamçısıdır. Biz bunu dəfələrlə müşahidə etmişik. Onun hər siyasi görüşündə, səfərində bunun əyani şahidi oluruq.

​ ​ Ölkə başçımızın 12aprel tarixində keçirdiyi müşavirə geniş miqyaslı bir müşavirə olmuşdur.

​ ​ Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əlbəttə ki, müharibdən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda beynəlxalq müstəvidə yeni reallıqları qəbul etmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

​ Ümumiyyətlə, qonşu dövlətlərlə müqayisədə Azərbaycan siyasi baxımından digər aparıcı ölkələrlərdən heç də onlardan geri qalmır. Buna misal olaraq deyə bilərəm ki, digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətlərimiz uğurla nəticələnmişdir. Bunlardan BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama​ Hərəkatıdır.​ Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bildiyimiz kimi bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sədirliyimiz bir il daha da uzadıldı. Siyasi baxımdan bu ölkə başçımıza, bizə göstərilmiş böyük etimadın təzahürüdür.

​ ​ ​ Hal-hazırda şahidi olduğumuz nəhəng dövlətlər arasında gedən müharibəni nəzərə alsaq Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı zəfər gözümüzdə daha da ucalır. Nəticəmiz göz qabağındadır və biz hamımız bilirik ki, Azərbaycan bu münaqişəni hərbi-siyasi yollarla özü həll edib. Biz real işlərin tərəfdarıyıq. Ölkə başçısının ətrafında birləşərək onun apardığı daxili və xarici siyasətini dəstəkləyərik. Onu deyə bilərik ki, həmişə sülh istəmişik. Eyni zamanda öz məqsədlərimizə nail olmaq üçün bütün imkanlarımızdan istifadə etmişik. Məhz bunu görə əminliklə deyə bilərik ki, bu bizə imkan verir ki, doğurdan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, biz rahat yaşaya biləcəyik. Azərbaycan xalqına xas olan yüksək xüsusiyyətləri nəzərə alaraq, ölkə başçımızın tutduğu siyasi yola güvənərək, Azərbaycan xalqının birliyinə arxalanaraq həmişə sülhü dəstəkləyirik.

  Venera Rəsulova,

​ ​ Xocalı rayon Kərkicahan qəsəbə 6№li tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi