Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi”dir

 
         İşğaldan azad olan ərazilərin bərpa olunmasını öz maliyə hesabına həyata keçirdən Azərbaycan bərpa və yenidənqurma işlərini sürətli şəkildə həyata keçirdir. Su anbarlarının gələcək istismarı minalardan azad olunan ərazilərdə onminlərlə ərazilərin suvarılması üçün Köndələnçay 1, Köndələnçay 2,  aşağı Köndələnçay su anbarının  bərpası ilə Füzuli rayonunda 6200 hektar əkin sahəsi suvarılıb əkinə yararlı olacaq. Ümumilikdə işğaldan azad olan ərazilərdə 9 su anbarı tikilir və təmir olunur. Bu da  regionda iqtisadiyyatın yüksək inkişafı deməkdir. Qarabağın aqrar potensialının açılması deməkdir. İşğal dövründə ermənilərin məqsədli şəkildə təzyiq vasitəsi kimi istifadə  etdiyi su anbarlarının bərpası sudan məqsədyönlü istifadə keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi deməkdir.

          Qarabağa qayıdış proqramının əsas tərkib hissəsindən biri də yol infrastrukturunun qurulmasıdır. Şuşaya çəkilən böyük Zəfər yolunun cığırı qəhraman əsgər və zabitlər tərəfindən açılıb. İndi bu işlər uğurla davam etdirilir. Məqsəd Şuşaya avtomobillərlə rahat və tez getməkdir. Eyni zamanda  Füzuli, Şuşa yolunun digər önəmi bu yollarının Zəngəzur yolu ilə birləşməsindədir. Yolun uzunluğu 81,6 km hərəkət zolağının sayı 4-6 ədəd, hərəkət zolağının eni 3,5 m-dir.

        Yol boyu 7 tunelin tikintisi aparılır. Tunellərdə havalanma və izolyasiya sistemləri də quraşdırılır. Yol boyu müxtəlif yerlərdə torpaq yataqlarının körpülərin, yeraltı keçidlərin, suötrücü qurğuların qurulması uyğun şəkildə icra olunur.

      Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 2024-ci ildə başa çatdırılması planlaşdırılır.

          Aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin özünə qaytarılması və mədəni həyatına qovuşması üçün bərpa quruculuq işləri aparılır. Dövlət başçısı 10 hektar ərazisi olan  Şuşa şəhərində tullantıların idarə olunması paliqonunda gedən işlərlə yaxından tanış oldu. Paliqonda 600 ədəd 4 çeşid üzrə smart kantiner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Söküntü materialların çeşidlənməsi, su təchizatının  təminatı 2 mərhələdə paralel layihələrlə aparılacaq. 

          Prezident İlham Əliyev Şuşa şəhər inzibatı binanın təmiri və konfrans zalının tikintisi ilə tanış oldu. Dünya Azərbaycanlıların vahid amal uğrunda birləşməsi  Azərbaycançılıq fəlsəfəsinin banisi Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Ümummilli liderin təşəbbüsü ilə 31- Dekabr Dünya Azərbaycanlılarının Günü kimi elan edildi. 2001-ci ildə Dünya Azərbaycanlıları bir araya gəldi, I Qurultay keçirildi. 2006, 2011, 2016-cı illərdə davam etdirildi. Növbəti qurultay 22 aprel 2022-ci il tarixində 65 ölkədən 400 Azərbaycanlı Şuşaya toplandığı Zəfər qurultayıdır. Qurultayı  Prezident şəhidlərimizin xatirəsinin 1 dəqiqə sükutla yad edilməsi ilə başladı. Şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbr dilədi. Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlıların V qurultayında çıxış edərək bildirdi ki, 5 pirinsipdən ibarət təklif irəli sürüb və bu pirinsipin Ermənistan rəhbərliyi tərəfindən qəbul edilib. Ermənistan rəsmən bəyan etdi ki Azərbaycan ərazilərinin bütövlüyünü tanıyır və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur, gələcəkdə də olmayacaq. Bu postmünaqişə üçün vacib məqamdır və bu 5 pirinsip əsasında danışıqların aparılmasını və uzadılmamasını bildirdi. Gələcəkdə sülh müqaviləsinin imzalanması haqqında xoş münasibətindən danışdı. Əgər imtina olunsa, biz Ermənistanın ərazi bütövlüyünü tanımayacayıq və rəsmən elan edəcəyik, deyə qətiyyətlə çıxış etdi. Sanki bu çıxış bizə Prezidentimizin xalqa səsləndiyi və elan etdiyi bu kəlməni yada salırdı. Əziz Şuşa sən azadsan! Bu qurultay əziz Zəngəzur, Xankəndi və Xocalı, sən azadsan sözünü göz önünə gətirdi. Biz bu gün qürurla deyirik ki, Qarabağ Azərbaycandır!

           Rahilə Əliyeva,

           Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski