Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur

              Prezident Cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixdə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə çox mühüm məqamlara toxunmuş, bir çox mövzularda açıqlamalar vermişdir. Prezident Cənab İlham Əliyev çıxış edərək qeyd etmişdir ki: “Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir –Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox ələmətdar hadisə idi. Bu bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Dövlət Başçısı qətiyyətlə çıxışında bildirdi ki, 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Azərbaycan dövlətinin dünyada artan nüfuzundan söz açan ölkə başçımız qeyd etdi ki, Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərakatı Azərbaycan bu hərakata üzv olandan dərhal sonra keçmiş ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərakatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Dövlət başçısının qeyd etdiyi mühüm uğurlu siyasi məqamlardan biridə İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq aparılmış, İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən , o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər.

Prezident İlham Əliyev qəti olaraq bildirmişdir ki, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqlarını tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.

Cari ilin yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev ölkə də görülən və görüləcək işlərdən söz açaraq dövlətimizin qarşıya qoyduğu məqsəd və hədəflərdən danışdı. Dövlət başçımız işğaldan azad olunmuş rayon və kəndlərmizin yenidən qurulması istiqamətində aparılan məqsədyönlü işlər barədə ətraflı məlumat verdi.

Aydın Əliyev,

Xocali rayon ziyalısı





 

Yorum Gönder

Daha yeni Daha eski