Böyük Zəfərimizdən ilhamlanan, ruhlanan idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər

         Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etdi. Prezident İlham Əliyev görüşdə çıxış etdi. Dövlətimizin başçısı bildirdi ki, bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər. Böyük qələbə ilə Vətənə qayıtmışlar 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini, yüksəkliklərə qaldırmışlar. Beləliklə, həm sərbəst güləş, həm Yunan Roma güləşi üzrə komandalarımız avropada birinci olmuşdular. Bu böyük qələbədir, böyük nailiyyətdir. Əlbətdə ki, bir daha Azərbaycan Güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Prezident qeyd etdi ki, bir müddət əvvəl bu otaqda gənc güləşçilərlə görüş zamanı bildirmişdim, yarışa çıxanda unutmamalıdılar ki, müzəffər ölkəni və qalib xalqı təmsil eidrlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.böyükər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxdılar. Çünki cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük duyğudur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idmanın nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik Vətənə olan sədaqət, fədakarlıq, bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə apardı. Dövlət başçımız çıxışında qeyd etdi ki, gənc nəsildə mütləq vətənpərvərlik ruhunda tərbiyyə almaqdır, milli ruhda tərbiyyə olunmalıdır, milli dəyətlər əsasında tərbiyyə olunmalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha gücləndirən amillərdən biri əlbətdə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda idman uğurlarımızdır. Biz hamımız bu uğurlara sevinirik. Çünki, gənc nəsillər yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində idmançı, hərbiçi, mütəxəssis və s. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdən biridir, öz taleyini özü həll edir, öz siyasətini müstəqil şəkildə aparır. Və istər döyüş meydanlarında istər siyasi arenalarda qələbə qazanır. Prezident İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, biz nəyi qazanmışıqsa öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələlərində öz əməymizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında yəni feyr-pley anlayışını unutmamalıdır və Azərbaycan idmançıları bu prinsipə həmişə əməl etməlidirlər. Çünki, bu qələbədən də vacibdir. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da belə olmalıdır. Hamınıza yeni qələbələr, yeni uğurlar arzu edirəm.
       Böyük zəfərimizdən ilhamlanan, ruhlanan idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələrlə bizi sevindirməkdə davam edir. Qalib ölkənin qalib idmançıları xalqımızın əzmini, qüdrətini idman arenalırında da nümayiş etdirirlər. Bizim arzumuz tezliklə Qarabağda da mötəbər idman yarışlarının keçirilməsi və həmin yarışlarda da idmançılarmızın qələbələri ilə Şanlı Bayrağımızı qaldırması, Dövlət Himnimizin oxunmasıdır. İnşallah xalqımızı bütün sahələrdə nailiyyətlər, gözəl günlər gözləyir.

Məqaləni hazırladı: Ülviyyə Haqverdiyeva, 

Xocalı rayon gənci

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yorum Gönder

Daha yeni Daha eski