Xalqın düzgün seçimi dövlətin xoşbəxt gələcəyinin təməli oldu

 

        Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən Prezident seçkilərində Cənab  İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan  Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Xalqımız səsini Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir.

         Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son üç ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xaraqterizə olunur. Dövlətimizin başçısı “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma ” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir  .

      Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanması olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.

       Öz vəzifəsində daim Xalqın yanında olan Prezident Cənab İlham Əliyev siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının sosial rifahı, təhlükəsizliyi, xoşbəxt həyat yaşamaq amalı dayanır.

      44 günlük Vətən müharibəsində Xalqına Zəfər bəxş  edən Müzəffər Ali Baş  Komandan cənab İlham Əliyev bu gün işğaldan azad olunmuş doğma torpaqlarmızın  dirçəldilməsi sayəsində öz diqqət və qayğısını əsirgəmir.

        Artıq iki ildir ki, müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi altında torpaqlarmızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək  kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

       Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!   

Anar Hüseynov, 

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski