Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır

 


     May ayının 26 - da Bakı şəhərində “Texnofest Azərbaycan “adlı Aerokosmik və Texnologiya Festivalına start verildi.

“Texnofest “Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” T-3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda “Texnofest “ilk dəfə olaraq Azərbaycanda təşkil edildi.

Bu festival Azərbaycan - Türkiyə qardaşlığının bariz nümunələrindən biri idi. Bu festivalda Azərbaycan Respublikasının Prezidenti, Türkiyə Respublikasının Prezidenti, Prezidentlərin xanımları, Türkiyənin “Bayraktar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar, türkiyəli dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Sancar, Azərbaycan və Türkiyənin bir çox nazirləri iştirak edirdilər.

Cənab Prezidentimiz bu möhtəşəm Festivalda çıxış edərək ilk olaraq Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və bütün qonaqları salamladı. Həmçinin bildirdi ki, bu gün Azərbaycanda bayram günüdür - 28 May Respublika günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən isə əziz qardaşımız Rəcəb Tayyib Ərdoğanının bizimlə birgə olmasıdır. Hər zaman yaxşı gündə də, çətin günlərimizdə də biryerdə olub, bir - birimizə dəstək olmuşuq. Türkiyə - Azərbaycan qardaşlığı, birliyi xalqlarımızüçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə hər zaman olduğu kimi yenə də bizim yanımızda idi. Müharibənin ilk saatlarında Cənab prezident Rəcəb Tayyib Ərdoğanın”Azərbaycan tək deyil, Türkiyə onunyanındadır” deməyi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Cənab Prezidentimiz onu da qeyd etdi ki, bu il həm də diplomatik əlaqələrimizin qurulmasının 30 - cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırırıq.

Prezidentimiz həmçinin vurğuladı ki, keçən il iyun ayının 15-də Milli Qurtuluş Günündə hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Şuşada idik. Bu da çox əlamətdar hadisə idi ki, biz tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir, istər siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, istərsə də ordu quruculuğu istiqamətində. Bu gün “Texnofest “bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “Texnofest “elm, inkişaf, bilik, Texnologiya bayramıdır.

Cənab Prezident İlham Əliyev eyni zamanda Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Sancara bugünkü tarixi gündə Azərbaycanın yanında olduğu üçün öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, Əziz Sancarın ən böyük arzusu Şuşaya getmək olmuşdur. Və onun bu böyük arzusu Türkiyə - Azərbaycan qardaşlığının, birliyinin nəticəsində yerinə yetdi. Əziz Sancar kimi insanlar bu gün gənclərimiz üçün örnəkdir. Gənclərimiz Əziz bəyə oxşamağa çalışmalıdırlar.

Eyni zamanda Səlçuk Bayraktarı hörmətlə salamlayan Prezidentimiz Səlçuk Bayraktarın nəinki “Texnofest “in təşəbbüskarı və təşkilatçısı, həmçinin Səlçuk bəy və Bayraktarlar ailəsinin dünyada çox məşhur bir ailə olduğunu vurğuladı. İkinci Qarabağ müharibəsindəm əşhur “Bayraktar “PUA - larının rolunu indi dünyada bilməyən yoxdur. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Bu gün əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan yüksələn xətlə ancaqi rəliyə gedəcəkdir.

Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı, birliyi! Qarabağ Azərbaycandır!

Sevda Məmmədova,

Xocalı rayon gənci

Paylaşın:

Dalğalan, Ulu Bayraq, biz qələbə qazanaq

    
      Yüz illərin işğalına və ərazi itkisinə qarşı sinə gərən Müzəffər Ali Baş Komandan İlham Əliyev 26 may 2022-ci il tarixdə Zəngilan rayonuna səfər etdi. Bu səfərində o, keçmiş məcburi köçkünlərin qayıdışı üçün pilot layihə kimi nəzərdə tutulan Zəngilanın Ağalı kəndində aparılan tikinti quruculuq işləri ilə tanış oldu. Eyni vaxtda Birinci Vitse Prezident Mehriban xanım Əliyeva ölkə prezidenti və onun köməkçisi ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilanda inşa ediləcək məscidin tikintisi ilə tanış oldu. Zəngilanda erməni vandallarının törətdiyi dağıntıları, Azərbaycan Ordusunun əraziləri işğaldan azad etdiyini özündə ehtiva edən "İşğal və Zəfər" muzeyləri memorial kompleksinin bünövrəsi qoyuldu. Azərbaycanın təbiətini daim gözəl və şəffaf görmək istəyən Cənab Prezident İlham Əliyev Zəngilanın məşhur çinarlarını seyr etdi. Burada çalışan tikinti şirkətlərinin nümayəndələri ilə görüşündə ölkə başçısı qurulan və gələcəkdə qurulacaq bütün infrastruktur layihələrin Azərbaycan xalqının gələcəyi ilə bərabər Beynəlxalq əhəmiyyətə malik olacağını bildirdi. Bölgədə fəaliyyət göstərəcək dəmiryol, şosse və hava nəqliyyatı bu işlərin Beynəlxalq əhəmiyyətə malik olduğunun bariz nümunəsidir. Cənab Prezidentin bu səfərində çay qırağında təbiəti seyr etməsi yaxın zamanlarda üçrəngli bayrağımızın Xocalıda, Xankəndində, Ağdərədə dalğalanacağına, növbəti səfərlərin Sərsəng su bəndinə olacağına işarədir.

Aydın HƏSƏNOV, 

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Təbiətlə öz arzularını, istəklərini bölüşmək qədim bir türk ənənəsidir

                         

Ermənilər öz xislətinə uyğun olaraq işğal etdikləri ərazilərdə daldalanacaq bir  tikili buraxmayıblar. Onlar bu torpaqlarda əbədi qala bilməyəcəklərini əzəl gündən bilirdilər. Buna görə də bacardıqları qədər Azərbaycan torpaqlarını xarabazarlığa çevirirdilər. Elə bilirdilər ki, Azərbaycan xalqı mübarizə aparmayacaq, dədə-baba torpaqlarına qayıtmayacaqlar.

Belə bir əfsanə var: Canavar balalarını ovçu hər il yuvasından yığıb aparır, amma canavar növbəti illərdə yenə orada balalayır.  Öz  yuvasın tərk etmir. Türk oğlu türk də zaman-zaman  nə qədər qırılsa da, yenə şərait yarananda o torpaqlara dönür, o  viran olub talan edilən yurdlarını abadlaşdırırlar.

Cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli,  Cəbrayıl  və Zəngilan  bölgələrinə  səfəri bunun  parlaq nümunəsidir. Cənab  İlham  Əliyev  Horadiz-Cəbrayıl – Zəngilan  dəmir  yolunun  Soltanlı stansiyası  ilə  tanış olduqdan  sonra  Cəbrayıl  330kv  və 110kv-luq  yarımstansiyalarının təməlini  qoydu. Bu  ərazilərdə  gedən abadlıq  işləri  hər  bir  təmiz qanlı Azərbaycan vətəndaşının qəlbini dağa döndərir.

Ölkə Başçısı Zəngilan rayonunda aparılan tikintilərlə, yol ötürücüləri ilə hava limanının  tikintisi  ilə  yaxından  tanış oldu.

Prezidentimiz Zəngilan  rayonunda çay  kənarında  əyləşməsi də  bizi  çox  təsirləndirdi, o sanki öz dərdlərini və qarşıda duran çətin diplomatik mübarizənin  planların bu işğaldan azad olan çayla bölüşürdü.

Təbiət qoynunda tənha oturub sanki  öz arzularını, istəklərini bölüşmək yenə qədim bir türk ənənəsidir. Qazan Xan da yağılar yurdunu  talan edib xarabazara çevirəndə, çaydan ağır elinin onun üzərindən  keçdiyin soruşdu;

Çağnam-çağnam qayalardan çıxan su,

Ağac gəmiləri oynadan su,

Ağ  qoyunlar  gəlib çevrəsində yatdığı  su,

Ordumun xəbərin bilirmisin degil mana!

Qara başım qurban olsun suyum sana-dedi.

Müzəffər Ali Baş Komandanımın çayın  kənarında  yaz  günü əyləşib sakit-sakit, həzin-həzin axan çaya baxıb sanki ondan bu 30 ildə  üstündən keçən  yağıların, axan qanları,  göyə yüksələn ah-vayları, qolu bağlı,  sinəsi dağlı keçən  ellərinin qanının alındığını, onun  bir də  bu  müsibətləri çəkməyəcəyini söyləyirdi. Dərdini təbiətlə paylaşmaq, təbiətin  nələr çəkdiyini, onun gördüyü  dəhşətləri təbiətə  unutdurmaq,  onun  könlünü  almaq, torpağın suyun  türkü bağışlamasını, bu xalqı daim öz üzərində yaşatmasın ondan  xahiş  edirdi.

1086-cı ildə yenidən Qafqaza gələn Səlcuq hökmdarı Məlik  şah  qılıncını  Qaradəniz dalğalarına atdı və  “Buralar əbədi  türklərin  olacaqdır”  dedi.

Hörmətli İlham Əliyev də bu qədim türk ənənəsinə sadiq  qalaraq öz fikirlərin  bu  çayla bölüşür  ki, Azərbaycan bu azad olunan torpaqları günü-gündən abadlaşacaq. Düşmən  nə  qədər  dağıtsa da  müəyyən zaman kəsiyində  bu  torpaqlar yenə cənnətə  dönəcək.

Ali Baş Komandanımız İlham Əliyevin 44 günlük  Vətən  müharibəsindən sonra işğal altından  azad  olan torpaqlarımızın üzərindən  dünya xalqlarına  bir  daha bəyan  etdi ki, Azərbaycan  xalqı  heç vaxt  imkan  verməyəcək  ki,  ərazimizdə ikinci erməni dövləti yaradılsın və  yaxud  onlara xüsusi bir üstünlük  verilsin. Onlar bunu  bilməlidir.

Cənab  İlham  Əliyevin Zəngilanın  “Ağıllı kənd” layihəsi əsasında tikilən Ağalı kəndinin sakinlərinin görüşündə bəyan  etdi  ki,  kənddə  bütün lazımı şərait yaradılıb. Artıq 200 ev hazırdı  və  yaxın  vaxtlarda  öz sakinlərini  qəbul edəcək.  Ali Baş Komandan  İlham Əliyev və  ölkənin Birinci  xanımı Mehriban Əliyevanın  kənd  sakini  Səmədovlar ailəsi ilə  görüşdə,  Cənab İlham Əliyev bir  daha nəzərə çatdırdı ki,  ailənin qızı Gülşən Səmədlinin timsalında bütün gənclərin  doğma torpaqlarına  qayıdacaqlarına əmin olduğunu bildirdi.

 

Sabir Qasımov,

Xocalı rayon Meşəli kənd

tam orta məktəbinin tarix müəllimi

             

             

 


Paylaşın:

Zəhmətin, biliyin insana gətirdiyi ucalıq

        Əziz oxucu, sizə bu yazımda bir gənc alimin həyat yolu və fəaliyyətindən məlumat vermək istəyirəm. Haqqında danışdığım ziyalı, uşaq vaxtlarından didərginlik həyatı yaşayır. O, köçkünlük ilə əlaqədar bir neçə yaşayış yeri və məktəb dəyişib. Bütün çətinliklərə baxmayaraq, öz uğurlu gələcəyini təhsildə görərək əzmlə dərslərini oxuyub, valideynlərinin, müəllimlərinin əziyyətlərini, ona olan etimadlarını doğrulda bilmişdir. Atası ailəni dolandırmaq və övladının yaxşı təhsil alması üçün bütün əziyyətlərə qatlaşmışdır. Yazımın qəhrəmanı isə kiçik yaşlarından atasına təsərrüfat işlərində kömək edib. Amma kitabı əlindən yerə qoymayıb. Oxumağa, elmə marağının, həvəsinin nəticəsidir ki, bu gün onun adı Qarabağın tanınmış ziyalıları, ən gənc alimləri sırasındadır. 

      Haqqında danışdığım gənc alim Rəhim Ələkbərovdur. Onun həyat yolu və elmi fəaliyyəti ilə ətraflı tanış olaq:    

      Ələkbərov Rəhim İbad oğlu 14 sentyabr 1980-ci ildə Azərbaycan Respublikasının Xankəndi şəhərində dünyaya göz açmışdır. 1986-cı ildə Xocalı rayon Kərkicahan qəsəbəsində Səməd Vurğun adına 6№-li orta məktəbin I sinfinə qəbul olunub. Müharibə vəziyyəti ilə əlaqədar olaraq 1990-1991 illər ərzində təhsilini Şuşa şəhər Hüsü Hacıyev adına 4 №li orta məktəbində davam etdirib. 1992-cı ildə Şuşanın işğalı ilə əlaqədar ailəvi olaraq Ağdam şəhərinin Qaradağlı kəndində müvəqqəti məskunlaşaraq orta təhsilimi 1992-ci ildə Qaradağlı kənd orta məktəbində davam etdirib. 1993-cü ildə Gəncə şəhəri Hacıkənd qəsəbəsində məskunlaşaraq 1997-ci ildə Xocalı rayon Kosalar kənd orta məktəbini əla qiymətlərlə bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub, 2001-ci ildə eyni fakültənin bakalavr təhsil pilləsini, 2003-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 

      2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasında işləyir. Həmin ildən etibarən AMEA Fizika institutunun “Yarımkeçiricilər və dielektriklər” fizikası ixtisası üzrə əyani aspirantura  şöbəsinə  qəbul  olunmuş və AMEA-nın müxbir üzvü Prof. S.İ. Mehdiyevanın rəhbərliyi altında “Samarium aşqarlı Se-As şüşəvari halkogenid yarımkeçirici sistemlərində elektron hadisələri” mövzusu üzrə dissertasiya işinin yerinə yetirib. 2010-cu ildə “fizika üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertasiya işini müdafiə edib.

      2001-2003-cu illərdə AMEA Radiasiya Problemləri İnstitutunda baş laborant, 2003-cü ildən etibarən AMEA Fizika İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 2009-cu ildə aspirantura dövründəki elmi işinə görə İsveçrənin gənc alimlərə dəstək fondunun təqaüdünə və sertifikatına layiq görülmüşdür. 2013-cu ilin yanvar ayından etibarən eyni institutda aparıcı elmi vəzifəsində çalışır. 

      İnstitutda işlədiyi müddətdə bir neçə yerli və beynəlxalq qrant layihələrində iştirakçı və layihə rəhbəri kimi çıxış edib. Həmin layihələr çərçivəsində Macarıstan Elmlər Akademiyasının Budapeşt Neytron mərkəzinin və Rusiya Elmlər Akademiyasının A.F.İoffe adına Fizika və Texnika institutunun alimləri ilə birgə elmi tədqiqat işləri aparıb və hazırda həmin ölkələrdən olan elmi tədqiqatçılarla əməkdaşlıq edir. Bu günə qədər 65-dən artıq elmi əsəri (onlardan 30-u Web of Science və Scopusda indekslənən impakt faktorlu jurnallarda) dərc edilmişdir.

      2014-2019-illərdə AMEA-nın Fizika institutunda 2220.01 - Yarımkeçiricilər fizikası ixtisasından elmlər doktorluğu üzrə qiyabi doktorantura təhsilini almışdır. Həmin illər ərzində f.-r.e.d., prof. A.İ. İsayevin elmi məsləhətçiliyi ilə “Arsen xalkogenidləri əsasında qeyri-kristallik sistemlərin quruluşu və elektron xassələri” mövzusunda doktorluq dissertasiyası üzərində elmi tədqiqat işi aparıb. 2022-ci ildə həmin mövzu üzrə fizika elmlər doktorluğu dissertasiyasını müafiə edib. 

      2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülüb. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik və Tətbiqi Elmlər kafedrasının dosentidir. 

       İngilis, rus və türk dillərini bilir.

      Ailəlidir, üç övladı var.

      Zəhməti, biliyi ilə ucalan Rəhim Ələkbərov ona dərs deyən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimlərinin - Maarif Quliyevin, Təhməz Məhərrəmovun, Bəyməmməd Quliyevin, Məhərrəm Quliyevin, Rasim İbrahimovun və digərlərinin əziyyətlərini heç bir zaman unutmur, onları daim dərin hörmətlə xatırlayır.

       Qoy düşmən bir daha görsün ki, Azərbaycanın uğurlu və parlaq gələcəyi əbədidir. Necə ki, I Qarabağ müharibəsi zamanı əl-ayağı yalın yurd yerlərini tərk edən uşaqlar haqq savaşımızda tank belində geri qayıtdılar, eləcə də Rəhim Ələkbərovun timsalında Qarabağda təhsillərini yarımçıq qoyan uşaqlar öz elmi, süngüyə çevrilən qələmi, yüksək intellekti ilə Qarabağa qayıdacaqlar.

Qalib BƏYMƏMMƏDOĞLU 

Paylaşın:

Soydaşlarımız öz ata-baba yurdlarında xoşbəxt və firavan həyatlarını yaşayacaqlar

​ Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Cənab Prezidentin Zəngilana səfəri Azərbaycan tarixinin ən mühüm və önəmli günlərindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə təsadüf edir. 28 May tarixi haqqında danışan İlham Əliyev 104 il bundan əvvəl qurulmuş Xalq Cümhuriyyətini yüksək qiymətləndirmişdir. Dövlət başçısı eyni zamanda qeyd etmişdir ki, biz fəxr edirik ki, bizdən əvvəlki nəsillər böyük Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan xalqının iradəsilə Azərbaycan ərazisində bütün müsəlman, türk dünyasında ilk dünyəvi, demokratik bir Cümhuriyyət qurmağa nail olublar. Bu gün, doğrudan da, tariximizin ən yaddaqalan günüdür. Bu əlamətdar gün təkcə Şimali Azərbaycanda yaşayan 10 milyonluq Azərbaycan xalqının deyil, bütün dünyada yaşayan 50 milyonluq azərbaycanlıların, türk dünyasının bayramıdır. Ancaq bu müstəqillik cəmi iki il çəkdi. Erməni millətçiləri Xalq Cümhuriyyətinə qarşı aqressiyaya başlamış və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır. Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra da Ermənistan yenidən ölkəmizə qarşı işğalçılıq siyasəti yetirmiş, Xocalı faciəsini törətmişlər. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbilə hakimiyyətə gəldikdən sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmişdir. Sözün əsl mənasında xalq öz azadlığına qovuşmuş, müstəqilliyimizin möhkəmlənməsi uğrunda böyük işlər görülmüşdür. Bu gün də Ulu öndərin siyasi kursunu davam etdirərək ölkəmizin siyasi müstəqilliyi qorunur. Azərbaycan xalqı müzəffər bir xalq kimi yaşayır. 44 günlük müharibə ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Dövlət başçımız onu da vurğuladı ki, əgər Ermənistan bizimlə dinc və qonşuluq şəraitində yaşamaq istəyirsə qarşısına qoyulmuş şərtlərə əməl etməli və işğalçılıq siyasətindən əl çəkməli idi.​

​ ​ Bununla yanaşı, Cənab Prezident Zəngilan rayonunda aparılan quruculuq və bərpa işlərindən də danışdı. Dövlət başçımız və birinci xanım əvvəlcə "Ağalı kənd" meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını ​ təcəssüm etdirən "Göyərçin" abidə fəvvarə kompleksi yaradılıb. Prezident və xanımı fəvvarəni işə salıblar. Sonra isə kənd ağıllı idarəetmə mərkəzi, "Kapital" bankın Zəngilan filialı, kənd təsərrüfatı ​ təyinatlı lobaratoriyalarla və digər ictimai iaşə obyektləri ilə tanış olublar, kənd evlərinə baxıblar. O cümlədən, tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi ilə də tanış olmuşlar. Bütün bunlar göstərir ki, Qarabağda aparılan bütün quruculuq və bərpa işləri Cənab Prezidentin nəzarəti altında həyata keçirilir. Bu, bizim üçün sevindirici haldır. İnanırıq ki, dövlət başçımızın Qarabağın digər bölgələrinə - Xocalıya, Xankəndinə, Ağdərəyə, eyni zamanda Kəlbəcər və Laçın rayonlarına da belə səfərləri reallaşacaq. Həmin ərazilər də müasir standartlara uyğun şəkildə tikilərək məcburi köçkünlərimizin ixtiyarına veriləcək. Soydaşlarımız öz ata-baba yurdlarında otuz il bundan əvvəl olduğu kimi xoşbəxt və firavan həyatlarını yaşayacaqlar. Bir təhsil işçisi olaraq Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir, ona bu yolda uğurlar arzulayırıq.
Fərhad Gülməmmədov,
Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi
Paylaşın:

"Böyük qayıdış" başlayır ​ ​

Böyük Vətən savaşından qalibiyyətlə çıxan Azərbaycan, dərhal işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı. Qısa zaman kəsiyində həmin ərazilərdə ilkin olaraq minatəmizləmə, infrastrukturun bərpası işlərinə start verilidi. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi qətiyyətli mövqeyi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Hazırda isə məqsəd işğaldan azad edilmiş ərazilərdə mənfur düşmən tərəfindən dağıdılmış infrastrukturu, yaşayış məntəqələrini bərpa etmək və vaxtilə həmin ərazilərdən qovulmuş əhalinin doğma yurdlarına qaytarılmasından ibarətdir. Yenə də bu işlərin maksimum qısa zamanda həyata keçirilməsi üçün Dövlət Başçımız böyük əzm nümayiş etdirir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Artıq azad edilmiş elə bir ərazi yoxdur ki, orada bu və ya digər formada abadlıq-quruculuq işəri həyata keçirilməsin. İşğaldan azad edilmiş ərazilərdə yolların, digər kommunikasiya xətlərinin salınması, Füzuli aeroportunun qısa müddətdə tikilib istifadəyə verilməsi, digər iki aeroportun tikintisinin davam etdirilməsi, elektrik yarımstansiyalarının istifadəyə verilməsi, yaşayış məntəqələrinin yenidən qurulmasına başlanılması, tezliklə həmin ərazilərdə həyatın canlanacağına böyük ümidlər yaradır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Bütün bu görülən quruculuq işləri ilə paralel olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə azad olunmuş ərazilərdə, xüsusilə, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şuşa şəhərində müxtəlif səpgili beynəlxalq tədbirlər də həyata keçirilir. Həmin tədbirlərdə iştirak edən dünyaca məşhur insanlar Şuşanın əsrarəngiz təbiəti ilə yaxından tanış olur, bu qədim mədəniyyət mərkəzinin mədəni irsi, memarlıq incilərini əyani şəkildə görmək imkanlarına malik olurlar. Eyni zamanda ölkəmizə xarici ölkələrdən gəlmiş adamlar digər ərazilərdə erməni faşizminin törətdiyi dağıntıların, barbarlığın da şahidi olurlar.​ ​ ​ ​ ​ ​ 2022-ci ilin may ayının 27-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Zəngilan rayonuna səfər etmişlər. Onlar artıq tikilib başa çatdırılmış, ilk "Ağıllı kənd" layihəsi əsasında inşa edilmiş və ilkin olaraq öz sakinlərini qəbul etməyə hazır olan Zəngilan rayonu, Ağalı​ kəndində olmuşlar. Kənddə sakinlərin tam rahat yaşaması üçün bütün şərait yaradılmışdır. Ölkə Başçısı və Birinci vitse-prezident kənddə aparılmış işlərlə tanış olan zaman sakinlərlə də görüş keçirmişdir. Kənd sakinləri yaradılmış yüksək şəraitə görə, doğma yurdlarına ilk növbədə qaytarıldıqlarına görə Azərbaycan Prezidentinə, Birinci vitse-prezidentə minnətdarlıqlarını ifadə etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ağalı kəndindən birbaşa dünyanın bir çox ölkələrində fəaliyyət göstərən əslən azərbaycanlı olan həkimlər və digər peşə sahibləri ilə videoformatda görüş keçirmişdi. Görüş zamanı İlham Əliyev onları işğaldan azad edilmiş Azərbaycan ərazilərində görülən işlər barədə məlumatlandırmış və onları buradakı vəziyyəti əyani şəkildə görmələri üçün Azərbaycana dəvət etmişdir. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
İşğaldan azad edilmiş ərazilərdə aparılan sürətli və keyfiyyətli quruculuq işləri onu göstərir ki, qısa zaman kəsiyində həyat yenidən canlanacaq və öz axarına düşəcəkdir. Tam məsuliyyətlə demək olar ki, bütün bu işlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyəti, gərgin əməyi və müdrik siyasəti nəicəsində reallaşmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Yaşasın Azərbaycan!​ ​ Qarabağ Azərbaycandır!​ ​ ​
Seyfəddin Əhmədov,
Xocalı rayon gənci
Paylaşın:

Müstəqillik Gününə həsr olunan ümumrayon tədbiri keçirildi

        27.05.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət Evində Müstəqillik Günü ilə bağlı ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatınının məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbələri, YAP Xocalı rayon təşkilatının üzvləri, ziyalılar iştirak etdilər.  

       Tədbir iştirakçıları əvvəlcə Xocalı rayon Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisinə baxış keçirdilər.

       Mədəniyyət evində davam edən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Azərbaycanın Dövlət Himni səsləndirildi.

       Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Xocalı şəhər 4 saylı tam orta məktəbin "Əməkdar müəllim" fəxri adına layiq görülmüş Tarix müəllimi Xalidə Əmiraslanova, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dövlətimizin tarixində ən şanlı səhifələrindən biri kimi dəyərləndirərək 23 aylıq mövcudluğu dövründə dövlət quruculuğu siyasətindən danışdılar. 

      Çıxışlarda bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün qısa olmasına baxmayaraq, iki ilə yaxın müddətdə görülən işlər, o cümlədən elm, təhsil, mədəniyyət, xarici və daxili siyasət istiqamətində atılan addımlar milli dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edir. Qısa zaman kəsiyində mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü öhdəlikləri şərəflə yerini yetirdi. Dövlət himninin və üç rəngli bayrağımız qəbul edildi 1919-cu ilin sentyabrında Bakı Dövlət Universiteti təsis edildi. Təhsil sistemi milliləşdirildi. Dövlətin ərazi bütövlüyü təmin edildi.

       Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğradıldı. Lakin onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

      Natiqlər həmçinin vurğuladılar ki, bugünkü müstəqil Azərbaycanın qazandığı uğurlar hər bir vətəndaşa böyür qürur və fəxr hissi verir. Hər bir dövlətin müstəqil yaşaması üçün onun müstəqil siyasəti olmalıdır. Azərbaycan bu gün müstəqil siyasət yürüdür. Müstəqilliyimizin memarı olan Ümummilli lider Heydər Əliyev dünya siyasətinə istiqamət verən siyasətçilərdən idi. Bu gün Prezident İlham Əliyev irs-varislik ənənələrinə sadiq qalaraq Azərbaycanın müstəqil ölkə kimi daha da möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. Ulu öndərin qoyduğu bünövrə üzərində Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatımız və ordumuz daha da gücləndi. Bunun nəticəsi olaraq işğal altında qalan torpaqlarımızı azad etdik.

      Tədbirin gedişatında "Müstəqillik salnaməmiz" adlı sənədli film də nümayiş etdirildi. 

      Tədbir xoş ovqatla yekunlaşdı.

       



























Paylaşın:

Şahmar Usubovun rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə səyyar qəbulları davam edir

      26.05.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Yevlax şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Səyyar qəbul - görüşdə rayonumuzun icra başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə namayəndəsi Tacir Əzizov, Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və problemi olan sakinlər iştirak etdilər. 

        Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək son illərdə Respublikamızda aparılan iqtisadi islahatlar, o cümlədən Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərinə məlumat verdi. 

      Vətən müharibəsində əldə etdiyimiz Şanlı qələbədən söz açan Şahmar Usubov, Cənab Prezidentimizin apardığı qətiyyətli siyasət, Ordumuzun gücü, xalqımızın həmrəyliyi nəticəsində 30 il ərzində işğalda qalan torpaqlarımızı azad etdiyimizi vurğuladı. 

      Səyyar qəbulda səsləndirilən müraciətlər əsasən iş ilə təminat barəsində oldu.  

      İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərdən həlli mümkün olan məsələlərin yerində həll olunmasına göstəriş verdi, digər məsələlər isə nəzarətə götürüldü.


















Paylaşın:

"Məişət zorakılığı dövlətimizin və cəmiyyətimizin ortaq problemi" mövzusunda tədbir keçirildi

        25.05.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Məişət zorakılığı dövlətimizin və cəmiyyətimizin ortaq problemi" mövzusunda tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, rayonumuzun idarə, müəssisə rəhbərləri, idarə, müəssisələrdə çalışan qadınlar, yuxarı sinifdə təhsil alan məktəblilərin valideynləri, məktəb direktorları və psixoloqlar iştirak etdilər. 

       Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva mövzunun vacibliyinə diqqətə çatıdıraraq qeyd etdi ki, məişət zorakılığının tərkib hissələrindən biri də erkən nikahlardır. Erkən nikaha məruz qalan qızlar ailə həyatı qurmadan əvvəl ata-anaları, qardaşları tərəfindən zorakılığa məruz qalırlar. Təəssüf ki, onların sonrakı taleyi də acınacaqlı olur. Belə ki, ailə-məişət zəminində həyat yoldaşı və həyat yoldaşının yaxınları tərəfindən şiddət görürlər. Bu da onların faciəli taleyinə, boşanmalarına səbəb olur.
        Lamiyə Qarayeva vurğuladı ki, ölkəmizdə "Məişət zorakılığı haqqında qanun" məhz bu cür problemlərin aradan qaldırılması üçün imzalanmışdır. Bu qanunda məişət zorakılığına məruz qalan şəxslərə hüquqi-psixoloji yardımın göstərilməsi, onların sığınacaqlara yerləşdirilməsi, sosial reabilitasiyası və digər problemlərin aradan qaldırılması məsələləri yer alıb. 
       Lamiyə Qarayeva məişət zorakılığının cəmiyyətimizə göstərdiyi təsirlərdən danışaraq daima məişət zorakılığı yaşanan ailədə böyüyən uşaqların yetərincə qayğı və sevgi görmədiklərini, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunduğunu və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yarandığını dedi. Belə mühitdə böyüyən uşaqlar da gələcəkdə öz ailələrində zorakı partnyor, ata və qohum olmağa meyilli olurlar. Ruhi və fiziki sağlamlığında qüsurlar olan, eləcə də ölkənin sosial həyatında aktiv iştirakçılığını təmin edəcək təlim-tərbiyəsi düzgün aparılmamış uşaqlar cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya bilmir.
       Mühafizə orderi haqqında məlumat verən Lamiyə Qarayeva, bu orderlərin məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt olduğunu bildirdi. 
      Zərərçəkmiş müraciət etdikdən sonra 24 saat ərzində zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmişə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.
Qısamüddətli mühafizə orderində zorakılığı törətmiş şəxsə bunun təkrar törədilməsi, zərərçəkmişin axtarılması, şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilə bilər.
      Zorakılıq törədənin xəbərdarlıq və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsasdır.
      Uzunmüddətli mühafizə orderində isə zorakılıq törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqlarla ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydaları, zərərçəkmişə tibbi və hüquqi yardım göstərilməsi ilə bağlı xərclərin zorakılıq törədən tərəfindən ödənilməsi şərtləri qeyd olunur. Həmçinin, mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunması da izah edilir.
      Qısamüddətli orderi əldə etmək üçün zərərçəkmiş icra hakimiyyətinə müraciət etməlidir. Belə müraciətləri hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerlərdə də fəaliyyət göstərən monitorinq qrupu araşdırır.
      Mülki Prosessual Məcəlləsinin 355-1-ci maddəsinə əsasən, uzunmüddətli mühafizə orderini əldə etmək üçün zərərçəkmiş yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Ərizə verildikdən 3 gün ərzində məhkəmə həmin müraciətə baxır. Uzunmüddətli mühafizə orderi 30-180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə işə şəxsi və ailə sirrinin yayılmasının qarşısını almaq və uşaqların maraqlarının təmin edilməsi üçün qapalı məhkəmə iclasında baxıla bilər.
        Xocalı rayon Kosalar kənd tam orta məktəbin psixoloqu Vəsilə Quliyeva məruzə ilə çıxış edərək azyaşlıların təhsildən yayınaraq nikaha cəlb olunması hallarının onların təhsilinə, gələcəyinə vurduğu zərərlərdən danışdı. Vəsilə Quliyeva bildirdi ki, Xocalı rayon ümüumtəhsil məktəblərində belə hallarla mübarizə məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, valideynlər və şagirdlərlə söhbətlər aparılır. Çalışdığım məktəbdə də erkən nikah halları baş verməyib.
        Sonra Xocalı rayon Təhsil Şöbəsinin əməkdaşı Xəyyam Cəfərov erkən nikahın aradan qaldırılması istiqamətində rayonunumuzun aidiyyəti idarə və təşkilatlarının birgə apardığı maarifləndirici tədbirlərdən danışdı. Qeyd etdi ki, görülən tədbirlərin müsbət nəticəsidir ki, rayonumuzda erkən nikah halları yoxdur. 
       "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov erkən nikaha daxil olmağın qızların psixologiyasına, sağlamlığına göstərdiyi mənfi təsirlərindən geniş söhbət açdı. Bildirdi ki, erkən yaşda nikaha daxil olan qızlar nə fiziki, nə də psixoloji cəhətdən sağlam olmur. Belə hallarda orqanizm doğuşa hazır olmadığı üçün doğulan uşaqlar da fiziki cəhətdən qüsurlu olur və doğuş zamanı ana ölümləri baş verir. Erkən nikah səbəbindən övladı olan analarda məsuliyyət hissindən stress və gərginlik yaranır.  

      Daha sonra Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov "Məişət zorakılığı törətmiş şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması"
mövzusunda məruzə ilə çıxış etdi. Məruzəsində bildirdi ki, Azərbaycanda 2010-cu ildə qəbul edilmiş "Məşiət zorakılığının qarşısının alınması haqqında" qanunda ailədaxili münaqişələri “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması” kimi qiymətləndirir. Qanundan da göründüyü kimi, məişət zorakılığının qurbanları təkcə qadınlar və uşaqlar deyil, eyni zamanda kişilər də ola bilər. Məişət zorakılığına məruz qalan şəxslərin xəsarətinin dərəcəsindən asılı olaraq, qarşı tərəf cinayət və ya inzibati məsuliyyətə cəlb edilir.

        Sonda "Susma" adlı qadın zorakılığına qarşı hazırlanmış sosial çarx nümayiş edildi.  








 

Paylaşın:

Düzgün siyasətin uğurlu nəticəsi

 


      18 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qəbul etmişdir. Görüşün əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonağı salamlayaraq ona dəvətini qəbul edib ölkəmizə səfərə gəldiyi üçün öz minnətdarlığını bildirdi.  Hər iki dövlət başçısı götüş zamanı rəsmi şəkildə ölkələrarası əlaqələrin daha da irəliyə doğru aparılmasını, siyasi, iqtisadi, mədəniyyət, idman, turizm və digər sahələr üzrə də əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu qeyd etdi. Dövlət başçımız otuz ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarının 20 faizinin ermınistan dövləti tərəfindən işğal altında saxlandığını qonağın diqqətinə çatdırdı. Lakin beynəlxalq təşkilatlar bi işğalçı dövlətə qarşı təsirlitədbir görmədiyinə görə işğalçının həmin ərazilərdə qalması bu vaxta qədər uzandı. Azərbaycan dövləti Beynəlxalq qanunlara əsaslanaraq, öz suverern hüquqlarından istifadə edərək 44 günlük əks hücum əməliyyatları ilə düşmənin uzun müdətli döyüş mövqeylərini darmadağın edərək işğal altındakı ərazilərimizi düşmən tapdağından azad etdi. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti quruculuq işləri aparılır və həmin torpaqların sakinləri olan keçmiş məcburi köşkünlərin oraya qayıtması planlaşdırılır. Görüşün sonunda hər iki ölkə prezidentləri arasında siyasi, iqtisadi, mədəni və sair sahələrə aid iki tərəfli səzaişlər imzalandı. Budur sülhsevər Azərbaycanın qürurunu özünə qaytaran müzəffər Ali Baş Komandan İlham Əliyevin gördüyü işlərin uğurlu nəticəsi. Bəli Azərbaycan bu haqq savaşında ərazilərini işğaldan azad etməsi maddi nemətlərdən çox millətin, dövlətin qürur məsləsini həll etdi. Azərbaycanın demokratik legitim hakimiyyətini görən demokratik sülhsevər dünya dövlətləri Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələr qurmağa can atır. 

Azəddin Mehdiyev,

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib

 

    Mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Bakıda Heydər Əliyev mərkəzində Azərbaycan–Litva biznes forumu keçrilib. 

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitonas Nousedan biznes forumunun açılışında iştirak etdilər.

       Görüşün məqsədi həm iki tərəfli, həm də iqtisadi ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın təşkili idi. Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. Buna görə də, Litva nümayəndələri ölkəmizdə bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarətin qurulmasında maraqlı olduqlarını qeyd etdilər. 

      Görüşdə Litva Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da fəallaşdırılmasının tərafdarı olduqlarınə vurğuladılar. Və Avropa ittifaqı ilə Azərbaycan arasında yeni sazişlər üzrə irəliləyişlərini qeyd etdilər. 

    Litva Respublikasının bərpa olunan enerji sektorunda, xüsusi ilə günəş enerjisi sahəsində güclü mövqeyə sahib olduğunu nəzərə alsaq, ölkəmizin də Litva ilə əməkdaşlığına əsasən yüksək keyfiyyətə və davamlılığa malik günəş enerjisi modullarından yararlanacağı qaçınılmazdır. O cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını Litva Respublikasının Prezidenti bəyan etdi. Ölkələrimiz arasında nəqliyyat və loqistika sahəsində də əməkdaşlıq önə sürüldü. Litva yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu və dəmir limanları infirastrukturuna malik ölkələrdən biri olduğunu nəzərə alsaq Azərbaycanın

    Avropa bazarına daha sərfəli loqistik çıxış imkanı əldə edəcəyini deyə bilərik.

   Görüşdə ölkələr arası qida məhsullarının idxal və ixracına aid məsələlər də müzakirə edildi. Litva nümayəndələri çox sayda fərqli qida məhsullarının Azərbaycan ixracını təmin edəcəyini vurğuladılar, hansı ki, əsas ixrac bazarı Avropa ittifaqıdır. Belə ki, həmin bazar yüksək səviyyəli qida keyfiyyəti tələb edir.

   18 May Azərbaycan-Litva biznes formunda təhsil sahəsi üzrə nümayəndə heyyəti də Azərbaycana gəlmişdi. Litva Ali məktəblərinin nümayəndələri ali təhsil sahəsindədə əməkdaşlığa müsbət yanaşdıqlarını qeyd etdilər. Məqsəd Azərbaycan universitetləri ilə ikili diplom, təhsil proqramlarının qurulmasına yönəlmişdir.

    Forumda Cənubi Qafqazın münaqişədən sonrakı vəziyyətidə müzakirə edildi. Eyni zamanda Ermənistan Sərhədlərinin delimitasiyasına başlanması məsələsinə yer verildi. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkminləşdirir, həm də regional təhlükəsizliyini təmin olunmasında ardıcıl və düşünülmüş addımlar atır. Hazırda Azərbyacan dövlətinin həyata keçirdiyi enerji layihələri və regional inteqriyasiya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin qorunmasında və təmin edilməsində mühüm rol oynayır.

   Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Bir çox ölkələrlə görüşlər, forumlar təşkil edilib ki, həmin görüşlərin məqsədi ölkələr arasında, həm iqtisadi həm siyasi əlaqələri gücləndirmək, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllərinə diqqət yönəltmək olub. Litva Respublikasının Prezidenti, Gitanas Nauseda cənablarının ölkəmizə səfəri bir daha Azərbaycanla əməkdaşlığın strateji mahiyyətini və səmərəliliyini təsdiq edir. Bütün deyilənləri nəzərə alaraq deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarekterizə olunub və hər zaman milli maraqlara söykənib.

Zülfiyyə Tağıyeva,

Xocalı rayon sakini

Paylaşın:

Litva ilə ikitərəfli münasibətlərimiz və iqtisadi əlaqələrimiz əhəmiyyətlidir


      Mayın 18-də ölkə başçısı Litva Respublikasının Prezidenti Gitanas Nauseda cənablarını qəbul etmişdir. Görüş zamanı Prezident İlham Əliyev Cənabları Litva prezidentini salamlayaraq ona dəvətini qəbul edib ölkəmizə rəsmi səfərə gəldiyi üçün minnətdarlığını bildirib. Sonra hər iki ölkə başçısı rəsmi görüşlərə başlayaraq ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsini siyasi-iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi, mədəniyyət, idman və digər sahələrin də inkişaf etdirilməsinin zəruri olduğu qərara alınmışdır. Ölkə başçımız Ermənistan dövlətinin Azərbaycana hərbi təcavüzündən danışaraq 20 faiz torpaqlarımızın 30 il ərzində işğal altında qaldığını və bu illər ərzində ermənilərin rəsmi dövlət səviyyəsində bu ərazilərdə vandalizm, azərbaycanlılara qarşı terror aktları törətməkdən çəkinmirdilər. Cənab Prezident təəssüflə qeyd edərək dünya birliyinin Ermənistan dövlətinin bu özbaşınalıqlarına uzun illər ərzində göz yumduğunu Litva prezidentinə açıq-aşkar şəkildə bəyan etmişdir. Həmçinin Cənab Prezident 44 günlük Zəfər Müharibəmizdən qürurla danışaraq qısa müddətdə işğal olunmuş ərazilərimizin düşməndən tam şəkildə azad edildiyini bildirmişdir. Hal-hazırda hazırda azad olunmuş ərazilərdə təmir-bərpa işlərinin aparıldığını yaxın zamanlarda insanların öz ata-baba yurdlarına qayıdacağını Litva prezidentinin diqqətinə çatdırmışdır. Sonda hər iki ölkə başçısı ölkələrarası siyasi-iqtisadi, mədəni və.s sahələri əhatə edən mühüm sənədlərin imzalanması mərasimi keçirildi. Ölkə başçıları mətbuat konfransında müzakirə olunan məsələlər haqqında mətbuata geniş məlumat verdilər. Bəli, budur Azərbaycan xalqının öz liderinə bəslədiyi sevginin təzahürü və bu sevgidən güc alan Müzəffər Ali Baş Komandan. Biz hər zaman sizinləyik. Güclü siyasi lider, güclü ordu, güclü dövlət, parlaq gələcək deməkdir. Uğurlarınız hər zaman bol olsun Cənab Ali Baş Komandan. Ulu Tanrım hər zaman sizi və ailənizi qorusun.              

Səbinə Əbdülova,

Xocalı rayonundan məcburi köçkün.

Paylaşın:

Azərbaycan və Litva arasında həm dostluq münasibətləri, həm də iqtisadi sahədə geniş imkanlar mövcuddur

         Vətən müharibəsindən sonra dinc quruculuq işlərini önə çəkən Azərbaycan, eyni zamanda​ həm iqtisadi sahədə, həm də daxili və xarici siyasətdə müəyyən uğurlar əldə etmək əzmindədir. Bu baxımdan mayın 18- də Litva respublikasının prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri böyük əhəmiyyətə malik hadisə kimi qiymətləndirilməlidir. Səfər zamanı tərəflər arasında iqtisadi və siyasi sahələri əhatə edən bir çox məsələlər müzakirə edilmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​     

        Prezidentlərin görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi Litva respublikasının prezidenti Gitanas Nausedanın geniş nümayəndə heyəti ilə birlikdə ölkəmizə səfəri Avropa İttifaqı- Azərbaycan əməkdaşlığına öz töhfəsini verəcəkdir. Qeyd olunmuşdur ki, Avropa İttifaqında Azərbaycanla bağlı müxtəlif məsələlərin müzakirəsi zamanı daim ölkəmizin haqq işini dəstəkləmişdir. Bir çox məsələlərdə də hər iki ölkənin mövqeyi üst-üstə düşür. Bu nöqteyi nəzərdən ölkələrimiz arasındakı sıx​ əməkdaşlıq hər iki ölkənin mənfeyinə uyğundur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​     

       Görüşdə çıxış edən Azərbaycan respublikasının prezidenti İlham Əliyev qeyd etmişdir ki, iki ölkə arasındakı potensial əməkdaşlıq sahələri informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqlyyata qədər bir çox sahələri əhatə edir. Göründüyü kimi iki ölkə arasında həm dostluq münasibətləri, həm də iqtisadi sahədə geniş imkanlar mövcuddur. Dövlət başçılarının hazırkı görüşü bu münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

        Prezidentlər görüş zamanı Azərbaycan -Ermənistan münasibətlərinə də toxunmuşlar. Azərbaycan prezidenti ölkəmiz bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır və bu mövqeyinə daim sadiqdir. Təəssüflər olsun ki, Ermənistanın qeyri- konstruktiv mövqeyi ucbatından erməni hərbi birləşmələri vaxtilə işğal etdikləri Azərbaycan torpaqlarını sülh yolu ilə azad etməmiş, ölkəmiz öz torpaqlarını müharibə yolu ilə azad etmək məcburiyyətində qalmışdır. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmişdir. Ermənilər 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərdə daşı daş üstündə qoymamış, şəhər və kəndlərimizi vəhşicəsinə darmadağın etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

      Prezident onu da qeyd etmişdir ki, Litva respublikasının prezidenti daha sonra Ermənistana səfər edəcəkdir. O zaman hər şeyin canlı şahidi olacaqdır. Məlum olacaqdır ki, Azərbaycan bölgədə sülhün bərqərar olması üçün əlindən gələni edir. Azərbaycandan fərqli olaraq Ermənistandakı bəzi revanşist qüvvələr yenə də suyu bulandırmağa çalışır, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törədirlər. Bütün maneələrə baxmayaraq Azərbaycan bölgədə sülhün təmin olunması üçün əlindən gələn bütün imkanlardan sonuna qədər yararlanmağa çalışacaqdır.​ ​ ​ ​

Məmməd Nağıyev,

Azərbaycan Respublikasının Əməkdar həkimi, Xocalı rayon ziyalısı.

Paylaşın:

Cənab Prezidentin enerji sahəsində apardığı daxili və xarici siyasət ölkənin əsas prioritet istiqamətlərindəndir


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı ölkə iqtisadiyyatının şaxələndirilməsi mövzusundakı çıxışı xüsusilə təqdirəlayiqdir.

Hər bir sahədə olduğu kimi enerji sahəsində Cənab Prezidentin apardığı daxili və xarici siyasət ölkənin əsas prioritet istiqamətlərindəndir. Təbii ki, ənənəvi olaraq enerji sektoru bizim iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Xüsusilə biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq. Bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcəkdir. Biz bu xüsusda yaxşı nəticələr görürük. Bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır. Pandemiyadan sonrakı dövrü düşünsək, bu, çox yaxşı rəqəmdir. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, hansı ki, burada artım 11,4 faizdir. Bizim çox az xarici borcumuz vardır - ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində. Hədəf onu ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaltmaqdır.


Bəxtiyar Allahverdiyev,

YAP Xocalı rayon təşkilatının üzvü

Paylaşın:

Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində "Açıq qapı" günü keçirildi

       18.05.2022-ci il tarixdə Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə şəhəri
ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində "Muzeydə bir gün" devizi altında "Açıq qapı" günü keçirildi. "Açıq qapı" günündə qəsəbədə fəaliyyət göstərən məktəblərin bir qrup müəllim və şagird kolektivi muzeyə ekskursiya etdilər. Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, tədqiqatçı-jurnalist, "Yenilik-Press" qəzetinin təsisçisi və baş redaktoru Məhəmməd Nərimanoğlu da qonaq qismində muzeyə baxış keçirdilər. 

Çıxış edən natiqlər Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin əməkdaşlarına təbrik sözlərini çatdıraraq onlara işlərində uğurlar arzu etdilər. Əminliklə vurğulandı ki, Xocalının qədim tarixini özündə əks etdirən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyi öz fəaliyyətini aid olduğu torpaqlarda davam etdirəcək.  

Görüş zamanı Xocalı rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Muzeylər Günü münasibətilə göndərilmiş "Bizim böyük qələbəmiz" adlı kitab muzeyə hədiyyə edildi. 

Qeyd edək ki, muzey 1988-ci il tarixdən başlayaraq 1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon mədəniyyət şöbəsinin 5 may tarixli əmri ilə fəaliyyə başlamışdır. O zaman muzeydə 800 adda eksponat var idi. Bunlardan maddi, məişət, toxuculuq, kənd təsərrüfatı, tikmələr, bəzək əşyaları, rəssamlıq, qrafika və sair qiymətli əşyalar toplanmışdır. Barbar qonşularımızın hücumu zamanı muzeyin əksər eksponatları işğal altında qalmışdır. 1992-ci ildə muzeyimizdə 2500 ədəd tarixi əhəmiyyət kəsb edən qiymətli eksponat vardı ki, onların hamısı işğal altında qalmışdır. Hal-hazırda vətənpərvərlik mövzusunda stendlər və Qarabağın qədim tarixini əks etdirən eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir. 


Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.