ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində "Muzeydə bir gün" devizi altında "Açıq qapı" günü keçirildi. "Açıq qapı" günündə qəsəbədə fəaliyyət göstərən məktəblərin bir qrup müəllim və şagird kolektivi muzeyə ekskursiya etdilər. Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, tədqiqatçı-jurnalist, "Yenilik-Press" qəzetinin təsisçisi və baş redaktoru Məhəmməd Nərimanoğlu da qonaq qismində muzeyə baxış keçirdilər.
Çıxış edən natiqlər Beynəlxalq Muzeylər Günü
münasibətilə muzeyin əməkdaşlarına təbrik sözlərini çatdıraraq onlara işlərində
uğurlar arzu etdilər. Əminliklə vurğulandı ki, Xocalının qədim tarixini özündə
əks etdirən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyi öz
fəaliyyətini aid olduğu torpaqlarda davam etdirəcək.
Görüş zamanı Xocalı rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Muzeylər Günü münasibətilə göndərilmiş "Bizim böyük qələbəmiz" adlı kitab muzeyə hədiyyə edildi.
Qeyd edək ki, muzey 1988-ci il tarixdən başlayaraq 1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon mədəniyyət şöbəsinin 5 may tarixli əmri ilə fəaliyyə başlamışdır. O zaman muzeydə 800 adda eksponat var idi. Bunlardan maddi, məişət, toxuculuq, kənd təsərrüfatı, tikmələr, bəzək əşyaları, rəssamlıq, qrafika və sair qiymətli əşyalar toplanmışdır. Barbar qonşularımızın hücumu zamanı muzeyin əksər eksponatları işğal altında qalmışdır. 1992-ci ildə muzeyimizdə 2500 ədəd tarixi əhəmiyyət kəsb edən qiymətli eksponat vardı ki, onların hamısı işğal altında qalmışdır. Hal-hazırda vətənpərvərlik mövzusunda stendlər və Qarabağın qədim tarixini əks etdirən eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.