Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan bölgədə sülhü dəstəkləyən dövlətdir


      Cənab Prezident İlham Əliyev aprel ayının 29-da ADA  Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda 23 ölkədən 40 nümayəndə iştirak ediirdi. Cənab Prezident bu konfransda Azərbaycan həqiqətlərini dünya dövlətlərinə çatdırdı.

      Erməni vandalları təxminən 30 ilə yaxın müddətdə işğalda saxladıqları Azərbaycan ərazilərində misli görünməmiş vandalizm aktları həyata keçirib. Bütün şəhərlərimizi kəndlərimizi viran qoyaraq dağıdıblar. Həmin müddətdə ermənilər tərəfindən tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə amansız vəşilik göstəriblər. Bunu bütün dünya dövlətləri görürdü, ancaq səs çıxarmırdılar. Bu beynalxalq konvensiyanın kobud pozulması deməkdir.
     İkinci Qarabaağ müharibəsindən sonra Azərbaycan dövləti həmin torpaqlarda canlanma yaratdı. Azərbaycan bölgədə sülh tərafdarı olan bir ölkədir. Azərbaycan dövləti hər zaman imzalan sülh müqaviləsinə sadiq qalan bir dövlətdir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımızı, 5 prisipin qəbul olması aradakı buzların əriməsinə təkan verərək sülhü daha da yaxınlaşdırır və möhkəmləndirir. Bunun nəticəsi olaraq Azərbaycanla Ermənisdan arasında delimitasiya prosesinin başlaması üçün birgə işci qurupunun yaranması baş tutudu. Bu iki dövlət arasında sülh müqaviləsi imzalanarsa, həmin prinsiplər həyata keçirilərsə də, bu sülh uzun müddətli olacaq. Bu sülh üçün ilk növbədə Ermənisdan separatizm meyillərinə son qoymalıdır. Regiondakı yeni reallıqı qəbul etməlidir. Ermənisdan dövlətinin hər hansı səhv addımı onun məhvinə doğru addımlayır. Ermənisdan dövləti Azərbaycan ordusunun gücünü 44 günlük müharibədə gördü. Kimlərəsə arxalanmaq isdədi, ancaq nəticəsi olmadı. Ermənisdan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  manipulasiyam cəhidləri edirdi, anacq alınmadı. Uzun illərdi Azərbaycanda ordu quruculuğunun, iqdisadiyyatın inkişafı üçün bütün proseslər görülmüşdü.
    Azərbaycan Cənubi Qafqazda sülhün tərafdarı olan dövlətdir.Qonşuluq prinsipi altında əməkdaşlıqa daim üstünlük verən dövlətdir. Azərbaycan ilə Ermənistan arasında, - əlbəttə ki, bu, regional əməkdaşlığın ən vacib elementlərindən biridir, - o cümlədən bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlıq nəzərdə tutulur, ancaq Ermənisdan bundan hər zaman kənarda qalır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar.Onlar sülhə gəlməlidirər.
     Azərbaycan bölgədə qonşuluq prinsipi altında istər Türkiyə ilə, istərsə də Rusiya Federasiyası ilə dosluq, əməkdaşlıq edir. Hər iki dövlətlə müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyyanamə imazlanıb. Bu iki dövlət İkinci Qarabağ müharibəsindən sonra Qarabağda sülhün qorunmasında əlindən gələn addımları atıblar. Ağdamda Türkiyə-Rusiya Monitorinq mərkəzidə yerləşir. Bunlar Qarabağda sülhə nəzarət edirlər. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün biz görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir və dediyim kimi, bizim əməkdaşlığımızın müstəqil xarakterini ortaya qoyur. Bizim bütün etdiklərimiz Azərbaycan xalqının maraqları naminədir ki, bu xalq uzun illər sürən işğaldan sonra sülh arzusundadır.
       Azərbaycanla  Türkiyə qardaşlığından dünya dövlətləri xəbərdar oldu.Türkiyənin Azərbaycana dəstəyi danılmaz faktı. Bu günə qədər Türkiyəli mütəxəssislər bizə minatəmizləmə işlərində kömək edirlər, ancaq bizim daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Bizim hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir.Biz onlara 10-20 gün arası vaxt verdik ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıqları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər.
      Azərbaycan bu müharibədən sonra helə bir dəsdək başqa dövlətlərdən görmədi. Məsələn Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edəndə, əlbəttə ki, biz ən yüksək səviyyədə səsimizi ucaltdıq. Həmin vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə olaraq Ermənisdana verildi, Azərbaycana isə yüz neçə milyon verildi. O ölkəyə ki, onun 10 min kvadratkilometrlik ərazisi tamamilə dağıdılıb. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar yardım belə almayıb. Azərbaycan dövləti öz iqdisadi gücü sayəsində bütün işğaldan azad edilmiş torpaqları dirçəldəcək.
      Var olsun dövlətim, Yaşasın Prezidentimiz!

      Vüqar İsmayılov,
      YAP Xocalı rayon təşkilatının əməkdaşı



Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi