Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Böyük qayıdış" başlayır ​ ​

Böyük Vətən savaşından qalibiyyətlə çıxan Azərbaycan, dərhal işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı. Qısa zaman kəsiyində həmin ərazilərdə ilkin olaraq minatəmizləmə, infrastrukturun bərpası işlərinə start verilidi. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi qətiyyətli mövqeyi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Hazırda isə məqsəd işğaldan azad edilmiş ərazilərdə mənfur düşmən tərəfindən dağıdılmış infrastrukturu, yaşayış məntəqələrini bərpa etmək və vaxtilə həmin ərazilərdən qovulmuş əhalinin doğma yurdlarına qaytarılmasından ibarətdir. Yenə də bu işlərin maksimum qısa zamanda həyata keçirilməsi üçün Dövlət Başçımız böyük əzm nümayiş etdirir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Artıq azad edilmiş elə bir ərazi yoxdur ki, orada bu və ya digər formada abadlıq-quruculuq işəri həyata keçirilməsin. İşğaldan azad edilmiş ərazilərdə yolların, digər kommunikasiya xətlərinin salınması, Füzuli aeroportunun qısa müddətdə tikilib istifadəyə verilməsi, digər iki aeroportun tikintisinin davam etdirilməsi, elektrik yarımstansiyalarının istifadəyə verilməsi, yaşayış məntəqələrinin yenidən qurulmasına başlanılması, tezliklə həmin ərazilərdə həyatın canlanacağına böyük ümidlər yaradır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Bütün bu görülən quruculuq işləri ilə paralel olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə azad olunmuş ərazilərdə, xüsusilə, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şuşa şəhərində müxtəlif səpgili beynəlxalq tədbirlər də həyata keçirilir. Həmin tədbirlərdə iştirak edən dünyaca məşhur insanlar Şuşanın əsrarəngiz təbiəti ilə yaxından tanış olur, bu qədim mədəniyyət mərkəzinin mədəni irsi, memarlıq incilərini əyani şəkildə görmək imkanlarına malik olurlar. Eyni zamanda ölkəmizə xarici ölkələrdən gəlmiş adamlar digər ərazilərdə erməni faşizminin törətdiyi dağıntıların, barbarlığın da şahidi olurlar.​ ​ ​ ​ ​ ​ 2022-ci ilin may ayının 27-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Zəngilan rayonuna səfər etmişlər. Onlar artıq tikilib başa çatdırılmış, ilk "Ağıllı kənd" layihəsi əsasında inşa edilmiş və ilkin olaraq öz sakinlərini qəbul etməyə hazır olan Zəngilan rayonu, Ağalı​ kəndində olmuşlar. Kənddə sakinlərin tam rahat yaşaması üçün bütün şərait yaradılmışdır. Ölkə Başçısı və Birinci vitse-prezident kənddə aparılmış işlərlə tanış olan zaman sakinlərlə də görüş keçirmişdir. Kənd sakinləri yaradılmış yüksək şəraitə görə, doğma yurdlarına ilk növbədə qaytarıldıqlarına görə Azərbaycan Prezidentinə, Birinci vitse-prezidentə minnətdarlıqlarını ifadə etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ağalı kəndindən birbaşa dünyanın bir çox ölkələrində fəaliyyət göstərən əslən azərbaycanlı olan həkimlər və digər peşə sahibləri ilə videoformatda görüş keçirmişdi. Görüş zamanı İlham Əliyev onları işğaldan azad edilmiş Azərbaycan ərazilərində görülən işlər barədə məlumatlandırmış və onları buradakı vəziyyəti əyani şəkildə görmələri üçün Azərbaycana dəvət etmişdir. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
İşğaldan azad edilmiş ərazilərdə aparılan sürətli və keyfiyyətli quruculuq işləri onu göstərir ki, qısa zaman kəsiyində həyat yenidən canlanacaq və öz axarına düşəcəkdir. Tam məsuliyyətlə demək olar ki, bütün bu işlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyəti, gərgin əməyi və müdrik siyasəti nəicəsində reallaşmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Yaşasın Azərbaycan!​ ​ Qarabağ Azərbaycandır!​ ​ ​
Seyfəddin Əhmədov,
Xocalı rayon gənci
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.