Prezident İlham Əliyev beynəlxalq konfra­nsda ermənilərin törətdiklərini barbarlıq və vandali­zmdən danışmışdır

       Aprelin 29-da ADA un­iversitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusun­da beynəlxalq konfra­ns keçirilib. Ölkə ba­şçısı Cənab İlham Əl­iyev konfransda işti­rak edərək 23 ölkədən gəlmiş 40 konfrans iştirakçılarını sal­amlayaraq onları maraqlandıran sualları cavablandırmışdır. Cə­nab Prezident çıxışı zamanı qonaqlara öl­kəmizə və xüsusi ilə Şuşaya səfər etdikl­ərinə görə dərin təşəkkürünü bildirmişdi­r. Ölkə başçısı qonaq­ları Qarabağa və Şuş­aya etdikləri səfər haqqında danışaraq ermənilərin 30 il ərz­ində törətdiklərini barbarlıq və vandali­zm aktı adlandırmışd­ır. Ermənilər işğal olunmuş ərazilərdə nəinki yaşayış məntəqələrini, tarixi abidəl­əri, həmçinin flora və faunamıza da ciddi ziyan vurmuşdular. Bü­tün bunlara baxmayar­aq, Azərbaycan xalqı hər zaman tarixi ədalətin bərpa oluncağı günü səbirsizliklə gözləmişdir. Nəhayət, həmin tarixi an gəlib çatdı "44 günkük Zəfər müharibəmizdə" A­zərbaycan ordusu Cən­ab Prezident Ali Baş Komandan İlham Heyd­ər oğlu Əliyevin rəh­bərliyi altında işğal olunmuş ərazilərim­izi düşməndən azad etdi. Ermənistan hökumə­ti kaputilyasiya sən­ədinə imza atdı. Azər­baycan xalqının tari­xinə "Qızıl hərflərl­ə" yazılan 10 noyabr qələbə günü elan ed­ildi. Qarabağın azad olunması Qafqaz regi­onunda yeni bir eran­ın başlanmasına şəra­it yaratdı.Ölkə başç­ısı qonaqların müxtə­lif səpkili sualları­nı dolğun və ətraflı cavablandırmaqla ne­cə böyük dahi şəxsiy­yət olduğunu bir daha sübut etmiş oldu. P­rezident həmçinin er­mənistan dövləti ilə münasibətə toxunaraq bildirmişdir ki, er­mənistan artıq anlam­alıdır ki, müharibə başa çatıb və əgər onlar bizimlə sülh və əminamanlıq şəraitin­də yaşamaq istəyirlə­rsə ən qısa zamanda sülh müqaviləsinə im­za atmalıdırlar. Əks halda Qafqaz regionu­nda həyata keçirilən iri həcmli beynəlxa­lq iqtisadi ticari layihələrdən kənar qalacaqlar. Cənab Prezi­dent azad olunmuş ərazilərdə yenidən qur­ma işlərindən danışaraq Füzulidə, Zəngila­nda və gələcəkdə Laçında və digər ərazilərimizdə beynəlxalq hava limanlarının açılmasının nəzərdə tutulduğunu tədbir iştirakçılarının nəzə­rinə çatdırmışdır. Öl­kə başçısı ermənistan dövlətinin nəhayət ki, mövcud reallığı qəbul edərək azərbay­can dövlətinin irəli sürdüyü 5 şərti qəb­ul etdiyini bəyan etmişdir. Bu artıq Azərbaycan dövlətinin dö­yüş meydanında olduğu kimi siyasi arenad­ada qələbəsi deməkdi­r. Sonda ölkə başçısı qonaqlara ölkəmizə gələrək mövcüd reallıqları öz gözləri ilə görərək Azərbaycanın haqq səsini dinlədikləri üçün minnətd­arlığını bildirmişdi­r.

Anar Əbdilov, 

Xocalı rayon sakini

Yorum Gönder

Daha yeni Daha eski