Hər bir
xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi
insanlar olmuşdur. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı
arxasınca aparıb, ən taleyüklü məqamlarda
qalib rolu oynamışlar. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz
iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət
xadimi kimi düşmüşdür. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat
yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin
xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hər zaman
Azərbaycan xalqının xatirində yaşayacaq.
Müstəsna
xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat
yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
Ümummilli lider həm də Azərbaycan tarixində ən
görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət-Heydər Əliyev dövlətçilik məktəbini
yaratdı.
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ - nin geridəqalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti - quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, təhsil və mədəniyyət sahəsində böyük uğurlar əldə edildi. Çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi,yeni yaşayış massivləri salındı, yollar bərpa olundu, ucqar rayonlara qaz xətləri çəkildi. Azərbaycan çiçəkləndi.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu öndərin siyasi kursunu
davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə
bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq və daha da yüksək zirvələri
fəth edəcəkdir.
Şahsuvar Hümbətov,
Xocalı rayonundan məcburi köçkün