Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu

 


   1 iyun 2022-ci ildə Bakıda 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışı keçirildi. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev enerji təhlükəsizliyi və enerji ehtiyatlarının təmin olunmasında Azərbaycanın tutduğu mövqeyi və yeri göstərdi. O, neft, qaz və elektrik enerjisi ilə daxili təlabatı ödəməklə yanaşı, bir çox ölkələrin təlabatlarının təmin edilməsini də qeyd etdi.

  Azərbaycan dünya enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Azərbaycan enerji təhlükəsizliyində tutduğu mövqeyə birdən-birə nail olmamışdır. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdiyi zaman Qarabağda müharibə gedirdi. Yəni sabit iqtisadi vəziyyət yox idi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra apardığı diplomatik danışıqlar nəticəsində 1994-cü il mayın 12-də atəşkəs elan edildi. Azərbaycanın enerji ehtiyatlarından istifadə edilməsi üçün xarici dövlətlərlə və enerji şirkətləri ilə danışıqlar aparıldı.1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın neft şirkətləri daxil olan konsorsium arasında neft hasilatı haqqında 30 illik saziş imzalandı. Bu sənəd "Əsrin müqaviləsi" adını aldı.Bununla Azərbaycanın neft strategiyasının başlanğıcı qoyuldu.Əsrin sonunadək 14 ölkənin 30 neft şirkəti ilə 57 milyard sərmayə qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi bağlanmışdı. Bu sərmayələr Prezidentin söylədiyi kimi, Azərbaycan və müqavilələrə imza atan tərəfdaşlar tərəfindən təmin edilmişdir.

  Çıxarılan neftin Avropaya ixrac edilməsi, bir çox ölkələrin enerji təlabatının təmin edilməsi üçün 1997-ci ildə Bakı-Novorossiysk,1999-cu ildə Gürcüstan ərazisindən keçən Bakı-Supsa neft kəməri istifadəyə verildi.

Gülnaz Mamedova,

Xocalı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi

Yorum Gönder

Daha yeni Daha eski