Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri sürətlə davam edir

 


        Azərbaycan xalqınının mədəni, iqtisadi, siyasi baxımdan zəngin tarixi keçmişi vardır. Bu baxımdan biz xoşbəxt xalqıq. Söz xiridarlarımız bu keçmişə dayanaraq incilər yazmışlar ki, buna da atalar sözü deyirik. ... Ot kök üstə bitər... , təmməli möhkəm qala dağılmaz. Ulu öndərin təməlini qoyduğu dövlətçilik məktəbi ölkəmizi işıqlı gələcəyə aparır. Belə ki, dövlətin gələcəyi onun təcrübəli gələcəyindən və xalqının iradəsindən asılıdır. Cənab İlham Əliyev Kəlbəcər rayonunda yeni yaradılmış ikinci komanda qüvvələrinin hərbi hissəsini təməlini qoyarkən demişdir. Biz bundan sonra da ordumuzun inkişafı üçün ciddi adımlar atacağıq. 

Cənab Prezidentin 44 günlük müharibədən sonra bütün diqqətini işğaldan azad edilmiş torpaqlara vətəndaşların tezliklə dönəcəyi istiqamətə yönəlmişdir.

Təkcə bunu demək kifayətdir ki Kəlbəcər və Laçın rayonlarında 10 tunel inşa ediləcək və hal hazırda işlər 3 növbə olaraq 24 saat davam etməklə başlamışdır. Ali Baş Komandan xalqımıza olan inamını belə dilə gətirmişdir. Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü, yenilməz ruhunu, güclü iradəsini, heç vaxt işğalla barışmayacağını göstərdik. Bax, budur liderlik. 

      Öz çıxışlarlarında xalqına olan inamı həmişə fəxrlə dilə gətirən möhtərəm Ali Baş Komandan deyir. Bizi gələcəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətən sevgisi idi və müstəqillik dövründə yetişən gənclik öz canlarını fəda edərək bunu etdilər. İşğaldam azad edilmiş torpaqlarımızda gedən böyük quruculuq işləri, Cənab Prezidentin mükəmməl bir tarixi şəxsiyyət olduğunu dünyaya bəyan edir. Həmçinin çox qüvvətli XXI əsrdə öz məğrur duruşu və sarsıtmaz iradəsi ilə dünya liderlərini heyrətləndirir. Cənab Prezident dünyanın siyasi arenasının inamını artırır. Cənab Prezident öz çıxışlarıyla dünya dövlətlərinə müsahibələr verir. Biz bütün dünyaya görsədirik ki həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabilliyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi nəzərdən böyük xalqıq. Azərbaycan xalqı iqtisadi, siyasi, hərbi gücünü səfərbər edərək bu tarixi şərəfli missiyanı yerinə yetirdi.

        Qarabağ hər zaman Azərbaycan torpağı olub – işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da, bu gün də Qarabağ Azərbaycandır. Xalqımızı qürurlandıran bu sözlər tarix səhifəsinə qızıl həriflərlə yazılır. Biz də bir vətəndaş kimi Cənab Prezidentimizin ətrafında polad yumruq kimi duracağıq. Yaşasın Azərbaycan xalqı, Yaşasın Baş Komandan. 

Rəfi Qəhrəmanov,

Xocalı rayon Qaragav kənd tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.