Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

IX Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər var

Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna doqquzuncu dəfə ev sahibliyi edir.
Qlobal Bakı Forumu sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi beynəlxalq mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal Dünya Nizamına Təhdidlər" mövzusunda 9-cu Qlobal Bakı Forumu işə başlayıb. Forumda ölkə başçısı İlham Əliyev cənabları geniş nitq söyləyərək qloballaşan dünyamızda baş verən proseslər haqda iştirakçılara geniş məlumat vermişdir. Ölkə başçısı Forum iştirakçılarını salamlayaraq ölkəmizə gəldikləri üçün olara dərin təşəkkürünü bildirmişdir. Qlobal Forumda demək olar ki, 50-dən çox ölkənin nümayəndəsi iştirak etmişdir. Cənab prezident çıxışı zamanı mühüm beynəlxalq əhəmiyyətli məsələlərə toxunaraq onların mümkün həlli yolları haqda tədbir iştirakçılarına məlumat vermişdir. Yeni yanaşmalar haqqında danışan İlham Əliyev cənabları ötən ilin noyabrında "Gülüstan" sarayında keçirilən görüşdən bu günə qədər dünya arenasında xeyli dəyişikliklərin baş verdiyini söyləmişdir. Cənab Prezident digər mühüm məsələ enerji təhlükəsizliyi haqda danışarkən Azərbaycan dövlətinin etibarlı strateji tərəfdaş olduğunu dünya liderlərinin nəzərinə çatdırmışdır. Bir sıra beynəlxalq əhəmiyyətli enerji layihələrinin məhz Azərbaycanın adı ilə bağlı olması buna bariz nümunədir. Həmçinin ölkə başçısı Ermənistanla 44 Günlük Zəfər Müharibəmizdən danışaraq 30 il ərzində işğal olunmuş tarixi Azərbaycan torpaqlarının düşməndən azad edilməsi və burada çox nəhəng quruculuq işlərinin aparıldığını Forum iştirakçılarının diqqətinə çatdırmışdır. Cənab Prezident Ermənistan dövlətinin qeyri konstruktiv mövqe göstərərək hələ də Azərbaycana qarşı torpaq iddiasında olduğunu bildirmişdir. 2020-ci il 10 noyabr tarixində üç tərəfli imzalanmış bəyanata əməl etməyərək heç bir halda sülh müqaviləsi imzalamaq istəmədiklərini bildirmişdir. Cənab Prezident iştirakçıların nəzərinə çatdıraraq bildirmişdir ki, Dağlıq Qarabağda yaşayan erməni əhalisi digər Azərbaycan vətəndaşları kimi eyni hüquqa malikdir və onlarda bizim ölkənin qanunları altında tam təhlükəsiz şəraitdə yaşaya bilərlər. Çıxışının sonunda Ali Baş Komandan tədbir iştirakçılarına bir daha təşəkkür edərək onlara ölkəmizdə xoş istirahətlər arzu etmişdir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra təkcə Ermənistanla deyil, onun dəstəkçiləri ilə də apardığı siyasi və diplomatik mübarizədə bu cür mötəbər forumların və müsbət beynəlxalq əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi çox vacibdir. Hazırda zamanın və şərtlərin lehimizə işlədiyi postmünaqişə dönəmində tarixi qələbəmizi tam rəsmiləşdirilmək və regionla bağlı ortaya qoyduğumuz yeni reallığın şərtlərini bütün dünyaya qəbul etdirmək üçün belə mötəbər tribunaların rolu əvəzolunmazdır.
Anar Əbdülov,
Xocalı rayon gənci


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.