Şahmar Usubov Şəki rayonu, Çələbixan qəsəbəsində səyyar qəbul keçirib

         Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iyun ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, iyun ayının 8-də Şəki rayonu, Çələbixan qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul keçirdi. 

       Səyyar qəbul - görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuroru Əvəz Əliyev, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüqiqi şəxsin direktoru Aqil Məmmədov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə səlahiyyətli əməkdaşı Xəyyam Cəfərov və sakinlər iştirak etdilər.
 
      Əvvəlcə qəsəbədə mövcud olan problemlər və sakinləri narahat edən ümumi məsələlər rayonumuzun icra başçısının diqqətinə çatdırıldı. Ümumi məsələlərdə suvarma suyunun çəkilməsi, içməli su anbarının təmizlənməsi məsələləri səsləndirildi. 

    Sonra problemi olan sakinlər fərdi şəkildə qəbul edildi. Fərdi müraciətlər əsasən, iş ilə təminat barədə oldu.     

    İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərdən həlli mümkün olan məsələlərin yerində həll olunmasına göstəriş verdi, digər məsələlər isə nəzarətə götürüldü. 





Yorum Gönder

Daha yeni Daha eski