Əsarətdən Qurtuluşa

       1991-ci il oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Lakin xarici dövlətlər yenə də öz şovinist niyyətlərindən əl çəkməyərək Azərbaycanın daxilinə xaos salırdılar. Azərbaycanda isə bu kənar dövlətlərin, həm də ermənilərin dəyirmanına su tökənlər var idi. Bunlar Azərbaycanda hakimiyyətə, dövlətə qarşı, qiyam qaldırıb hakimiyyəti ələ keçirib öz çirkin məqsədlərinə nail olmaq istəyirdilər. Halbuki bunların nəinki idarəçiliyi, siyasi bacarığı, heç bir-birləri ilə ünsiyyət yaratma qabiliyyətləri də yox idi. Azərbaycanda siyasi pərakəndəlik idi, Azərbaycanın hər yerində özbaşınalıq və xaos hökm sürürdü. Lənkəranda, Gəncədə qeyri-qanuni silahlı dəstələr istədikləri kimi hərəkət edirdilər. Özbaşınalıq 1993-cü il iyunun 4-də Gəncədə pik həddə çatdı. Lakin bu çətin məqamda xalqın gözü hər şeyi gördü və seçdi. Xalqın yekdil tələbi ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gətirildi. 1993-cü il iyunun 15-də Azərbaycanımız, xalqımız, qurtuluş tapdı. 1993-cü il iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü elan edildi.

      Bu qurtuluş öz bəhrəsini verməklə Azərbaycanda və Azərbaycandan kənarda da hərbi, təhsil, səhiyyə, iqtisadiyyat və.s sahələrdə Azərbaycan üçün lazım olan kadrların yetişməsi, Azərbaycan neftinin dünya bazarına çıxarılması, 44 günlük müharibədə Azərbaycanımızın Qələbə çalması ilə nəticələndi. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız daha böyük uğurlara imza atır və bundan sonra da imza atacaq.    

                        Pərviz Həsənli,

Xocalı rayon gənci



 

 

Yorum Gönder

Daha yeni Daha eski