“Şuşa Bəyannaməsi” Azərbaycan Türkiyə qardaşlığını, dosluğunu bir daha nümayiş etdirdi

Vüqar İsmayılov,

YAP Xocalı rayon təşkilatının əməkdaşı  

Azərbaycan tarixində 15 İyun 2021-ci il əlamətdar gün kimi qalacaqdır.Bu tarixdə Azərbaycan,Türkiyə dövlətləri arasında mütəfiqlik haqqında “Şuşa Bəyannaməsi” imzalandı. “Şuşa Bəyannaməsi”   Azərbaycan Türkiyə qardaşlığını bir daha dünyaya sübut etdi. “Şuşa Bəyannaməsi”ni iki dövlətin liderləri Cənab Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladı. Azərbaycan və Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi” iki ölkə arasında münasibətlərdə daha da inkişafa aparır. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıqdır. “Şuşa Bəyannaməsi”nin mahiyyəti ondan ibarətdir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu bəyannamə bütün dünyaya bir ismarıc veridi.Bəyannamədə iqtisadi-nəqliyyat sahəsində böyük yer verilib.

Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu dəhlizin açılması ilə bütün qonşu dövlətlərin iqtisadiyyatına təkan verəcək. Dəhlizin açılması ilə Azərbaycan Türkiyə dövlətləri arasında dəmiryolu, avtomobil yolu qurulacaqdır. Zəngəzur dəhlizi böyük əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.

“Şuşa Bəyannaməsi” öz mühüm amillərinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət etmək məqsədini daşımaqdadır. Bu Bəyannamənin bəhrəsini hər iki dövlət gələcəkdə də görəcəkdir.

Yaşasın Azərbaycan, Türkiyə qaraşlıqı, dostluğu!


Yorum Gönder

Daha yeni Daha eski