"Şuşa Bəyannaməsi" iki dost, qardaş dövlətin qarşılıqlı münasibətlərinə hüquqi statusun verilməsidir

Vahid Əliyev,
YAP Xocalı rayon təşkilatının sədri

Dünyada elə iki dövlət təsəvvür etmək mümkün deyil ki, onlar arasında bütün sahələrdə münasibətlər Azərbaycan - Türkiyə münasibətləri qıdər səmimi və yaxın olsun. Bir-birilərinin sevincinə sevinən, kədərinə şərik olan, iki bədəndə bir can, bir ruh olan iki qardaş dövlətdir Azərbaycan, Türkiyə. Qardaşlıq münasibətlərimiz tarixın sınaqlatından mərdliklə keçərək bu günkü səviyyəyə ucalıb. Şuşa Bəyannaməsi Azərbaycanla Tütkiyə arasında imzalanmış bütün Müqavilələri xatlrlatmaqla onların mahiyyətini ümumiləşdirən və daha da üst səviyyəyə daşıyan hüquqi sənəd olmaqla yanaşı türk dünyasının birliyinə yol açan, Azərbaycan- Türkiyə birliyinin sarsılnaz olduğuna və heç bir qüvvənin münasibətlərimiz əngəl ola bilməyəcəyinin dünyaya mesajdlr.

Şuşa Bəyannamısinin müqəddiməsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydır Əliyevin fikirlərinə xitab edilməsi Azərbaycan - Türkiyə münasibətlərinin tarixi bağlarını və səviyyəsini göstırir.

Şuşa Bəyannaməsinin mətnində qeyd olunan müddəalarla yanaşı, Bəyannamənin imzalandığı məkan və tarix böyük siyasi mahiyyət kəsb edir. Adından göründüyü kimi ikitərəfli münasibətləri müəyyənləşdirən, tarxi köklərə söykənən və gələcəyə hesablanmış bu Bəyannamə 30 ilə yaxın xarici havadarlarının dəstəyi ilə erməni işğalında qalmış, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevin qətiyyəti, Ali Baş Komandan olaraq onun yaratdığı Ordumuzun şücayəti, xalqımızı cənab Prezident İlham Əliyevin ətrafıda sıx birliyi və qardaş Türkiyə Respublikasının hərtərəfli dəstəyi ilə 08 noyabr 2020-ci ildə erməni əsarətindən xilas edilmiş Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşada imzalanması ermənilərə və dünya erməniliyinə açıq mesajdır ki, Şuşa Azərbaycanın olub və əbədi olaraq da belə qalacaq. Başqa niyyət güdənlər qarşılarında Azərbaycan-Türkiyə birliyini görəcəklər. 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə birliyinin nəyə qadir olduğunu ermənilərə də, dünya erməniliyinə də sübut etdi.

Bəyannamənin məhz 15 iyun tarixində imzalanmasının da siyasi mahiyyəti vardır. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi, əbədiyaşarlığı 15 iyun 1993-cü ildən başlanır. Dövlətçiliyimizin qorunması tarixi baxımlndan "Milli Qurtuluş Günü" kimi 15 iyunun müstəsna yeri vardır.

Şuşa Bəyannaməsinin 15 iyunda imzalanması ilə bu tarix bizim ümün ikiqat bayram mənasını daşıyır. Birinci halda millətimizin və dövlətimizin xilası baxımından, ikinci halda Azərbaycan- Türkiyə münasibətlərinin rəsmiləşdirilməsi baxımından.

Şuşa Bəyannaməsinin imzalanmasından keçən qısa müddətdə türk dünyasının əlaqələrinin dərinləşməsində müsbət irəliləyiş müşahidə edilməkdədir. Türkdilli dövlətlər anlayışının Türk Dövlətləri Birliyi ilə əvəzlənməsi Şuşa Bəyannaməsinin müddəalarının yüksək dəqiqliklə və qısa müddətdə icra olunmasının göstəricisidir.

Təlatümlərlə dolu olan yeni dünya dönəmində birliyimizə daha böyük ehtiyac duyulur. Birluyimiz təhlükəsizliyimizin təminatçısı olnaqla yanaşı, xalqlarımızın gələcək həyatlarının firəvan olacağının təminatçısıdır.

Xalqımız tarixində müstəsna yeri və rolu olan 15 iyun tarixinə sayılı günlər qalır. İkiqat bayram mahiyyəti daşıyan bu əlamıtdar gün münasibəti ilə həmin günü milli bayram hesab edən hər kəsi təbrik edir, ən xoş arzu və istəklərimi bildirirəm.

Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!


Yorum Gönder

Daha yeni Daha eski