Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ulu öndərin müdrik daxili və xarici siyasəti ölkəmizi böyük dövlətlərin strateji tərəfdaşına çevirdi

         Azərbaycanın dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyətinin müstəqil Azərbaycanın yaradılmasına və inkişafına həsr etmişdir. O, hələ Azərbaycanın rəhbəri oluğu vaxtdan vətənimizin iqtisadiyyatın dirçəlməsinə, əhalinin yaşayış səviyyəsinin yaxınlaşmasına, elm və mədəniyyətin inkişafına diqqət ayırmışdır. Heydər Əliyev hələ o illərdən vətənimizin gələcəyini düşünərək milli siyasət yeridirdi. Azərbaycan dilini milli adət, ənənələrini qorunmasını, milli kadrların hazırlanmasını diqqətdə saxlayırdı. Heydər Əliyevi narahat edən məsələlərdən biri hərbi kadrın az olması idi. Heydər Əliyevin səyi nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. İllər keçdi Azərbaycanın tarixində ağrılı acılı hadisələr baş verdi. 20 yanvar faciəsi, Xocalı soyqırımı törədildi, Vətən torpaqlarımızın 20%-i işğal olundu. Azərbaycanın iqtisadiyyatı dağıldı, elm və mədəniyyətimizdə durğunluq baş verdi. 1993-cü ilin iyun ayın idi, Azərbaycan tarixinin ən çətin dövrlərindən birini yaşayırdı. Torpaqlarımız işğal edilmişdir, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdır. Bu zaman tarix səhnəsinə yenidən Heydər Əliyev dühası çıxdı. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin sədri seçildi. Həmin gün ölkənin tarixinə Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ildən etibarən 15 iyun Azərbaycan Respublikasıda Milli Qurtuluş günü kimi qeyd edilir.
       1993-cü ilin 15 iyun tarixi Azərbaycan Xalqının tarixində yeni bir dövrün başlanğıcı oldu. Heydər Əliyev ilk dəfə sübut etdi ki, zamanın böyük məsələlərini böyük dövlətlər deyil, böyük siyasi xadimlər həll edir. Ulu öndərin müdrik daxili və xarici siyasəti ölkəmizi böyük dövlətlərin strateji tərəfdaşına çevirdi.

        1994-cü ilin sentyabrında bğlanan “Əsrin müqaviləsi” bunu sübut etdi. Türk müsəlman birliyini möhkəmləndirmək üçün Heydər Əliyev qardaş Türk İslam dövlətləri ilə əlaqələri möhkəmləndirdi. Ulu öndər Dünya Azərbaycanlılarının milli birlik rəmzi idi. Məhz onun təşəbüssü ilə 2001-ci ilin noyabrında Dünya Azərbaycanlıların  I Qurultayı keçirildi. Dünya Azərbycanlıları ilk dəfə bir araya gəlirdi. Heydər Əliyev bütün dövlətlərin böyük siyasi xadimi kimi qiymətləndirilmişdir.

Ülviyyə Haqverdiyeva,

Xocalı rayon gənci

 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.